Misli Premyer Liqası: "Zirə" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib
Bakı, 15 dekabr, AZƏRTAC
Futbol üzrə Misli Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Zirə” və “Turan Tovuz” komandaları qarşılaşıb. “Zirə” İdman Kompleksində keçirilən görüş qolsuz heç-heçə ilə baş çatıb.
Hazırda Bakı təmsilçisi turnir cədvəlində 27 xalla dördüncü, Tovuz klubu isə 31 xalla üçüncü sırada qərarlaşıb.
Günün son qarşılaşmasında isə "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edəcək. “Neftçi Arena”da oynanılacaq matç saat 18:30-da start götürəcək. “Ağ-qaralar" turnir cədvəlində 13 xalla səkkizinci, "sarı-göylər" isə 10 xalla doqquzuncu yerdədir.
Qeyd edək ki, turun ötən gün baş tutmuş oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəlib. “Şamaxı” - “Səbail” görüşündə isə qapılara qol vurulmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]