Misli Premyer Liqası: “Səbail” komandası “Şamaxı”ya qalib gəlib
Bakı, 5 oktyabr, AZƏRTAC
Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, “Səbail” komandası “ASCO Arena”da “Şamaxı”nı qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Qorka Laruçça və Madi Queta vurublar.
Günün son oyununda “Sabah” öz meydanında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Saat 19:30-da start götürəcək matçın baş hakimi Cavid Cəlilov olacaq.
Səkkiz turdan sonra muxtar respublika təmsilçisi 16 xalla ikinci, paytaxt klubu isə 14 xalla beşincidir.
Qeyd edək ki, turun açılış matçında “Kəpəz” Tovuzda “Neftçi”yə 4:3 hesabı ilə qalib gəlib. Tura oktyabrın 6-da keçiriləcək 2 oyunla yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]