Misli Premyer Liqası: Tura “Qarabağ”ın oyunu ilə yekun vurulacaq
Bakı, 16 dekabr, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XVII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, bağlanış oyununda “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq. Matçı Tural Qurbanov idarə edəcək.
Hazırda Ağdam klubu 38 xalla turnir cədvəlində 2-ci, “gənclik şəhəri” təmsilçisi isə 19 xalla 6-cı pillədə qərarlaşıb. “Qarabağ”ın ehtiyatında daha bir oyun var.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0, "Neftçi" "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” - “Səbail” və “Zirə” - “Turan Tovuz” görüşləri isə qolsuz başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
Bu saata olan əsas xəbərlər
- [12:00]
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]