Missisipi ştatında hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
ABŞ-ın Missisipi ştatında C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Təyyarə soya əkini sahəsinə düşüb.
Qeyd edək ki, bundan öncə təyyarədə 8 nəfərin olduğu, onlardan 5-nin cəsədinin tapıldığı bildirilirdi.