Mixeil Kavelaşvili gürcü pravoslav xristianlarına göstərdiyi həmrəyliyə görə müsəlman icmasına təşəkkür edib
Tbilisi, 24 mart, AZƏRTAC
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, Prezident öz bəyanatında, həmçinin II İlyanın vəfatı ilə əlaqədar yas tutan gürcü pravoslav xristianlarına göstərilən həmrəyliyə görə müsəlman icmasına təşəkkürünü bildirib.
“Ramazan və Novruz bayramları münasibətilə müsəlman həmvətənlərimizi təbrik edirəm. Katolikos-Patriarx II İlyanın vəfatı münasibətilə yas tutan gürcü pravoslav xristianlarına göstərdiyiniz böyük dəstəyə görə sizə səmimi qəlbdən təşəkkür edirəm”, – deyə dövlət başçısı qeyd edib.
Kavelaşvili vurğulayıb ki, müsəlman vətəndaşların bu həssas dönəmdə bayram tədbirlərindən imtina etməsi ölkədə yaşayan müxtəlif dini icmalar arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı hörmətin bariz nümunəsidir.
Prezident sonda bir daha müsəlman icmasını təbrik edərək onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb, son günlər nümayiş etdirilən həmrəylik nümunəsinə görə minnətdarlığını ifadə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]