MOLDOVA AVQUSTUN 1-DƏN DNESTRYANI BÖLGƏYƏ QARŞI İQTİSADİ SANKSİYALAR TƏTBİQ EDİR
“Respublikanın iqtisadi təhlükəsizliyinin təmin olunmasına dair tədbirlər haqqında” Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən, avqustun 1-dən Moldova Gömrük Departamenti Dnestryanı bölgənin ölkənin büdcəsi ilə vergi münasibətləri olmayan iqtisadi agentləri tərəfindən göndərilən malların gömrükxanada rəsmiləşdirilməsini müvəqqəti dayandıracaqdır.
Ticarət-Sənaye Palatası malların mənşəyi barədə onlara sertifikatlar verilməsinə qadağa qoyacaq, “Moldova dəmir yolu” dövlət müəssisəsi isə malların daşınması və ixracı üçün vaqonlar ayrılmasını müvəqqəti dayandıracaqdır.
Bundan əlavə, regionun iqtisadi agentlərinin fəaliyyəti ilə bağlı əvvəllər qəbul edilmiş bütün qərarlar avqustun 1-dən müvəqqəti qüvvədən düşmüş hesab olunur.
Xəbər verilir ki, əgər Tiraspolun hakimiyyət orqanları avqustun 1-dək regiondakı moldovan məktəblərinin işini bərpa etsələr, insanların və malların sərbəst hərəkətinə mane olan sədləri aradan qaldırsalar, təhlükəsizlik zonasında vəziyyəti normallaşdırsalar, iqtisadi sanksiyaların tətbiqi ləğv oluna bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]