MOSKVADA LEV TOLSTOYUN 180 İLLİYİNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, avqustun 18-də A.S.Puşkin adına Moskva Dövlət Muzeyində dahi rus yazıçısı Lev Tolstoyun 180 illiyinə həsr olunmuş “Tolstoylar nəslinin tarixi Rusiyanın tarixidir” mövzusunda sərgi açılır. Böyük ekspozisiyaya 750 eksponat, o cümlədən portretlər, rəsmlər, şəxsi əşyalar, tətbiqi sənət nümunələri, nadir sənədlər daxildir. Nümayiş etdirilən əşyalar arasında nəsildən-nəslə keçən və hazırda tanınmış telejurnalist Pyotr Tolstoya məxsus üzük də var.
Sərginin təşkilatçılarından biri, “Yasnaya polyana” memorial muzey-malikanəsinin direktoru Vladimir Tolstoyun fikrincə, sərgi kökləri XIV əsrə gedib çıxan bu məşhur nəslin nümayəndələrini bir yerə toplamaq, taleyini nümayiş etdirmək məqsədi ilə keçirilir. Tolstoylar böyük sərkərdə, dövlət xadimi və siyasi xadim, alim, keşiş, şəhərsalma mütəxəssisi, rəssam, yazıçı, şair və həkim olmuşlar. Tədbir dahi yazıçının dünyanın bir çox guşələrində yaşayan 100-dən çox qohumunun beynəlxalq qurultayına çevriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]