SİYASƏT
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası olacaq
Moskva, 28 noyabr, AZƏRTAC
Rusiya paytaxtında MDB Hökumət Başçıları Şurasının iclası olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın MDB-nin nizamnamə və digər orqanları yanında daimi nümayəndəsi Andrey Qrozov məlumat verib. O qeyd edib ki, iclas dekabrın 12-də Moskvada keçiriləcək.
MDB Hökumət Başçıları Şurasının keçən iclası bu il mayın 24-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin sədrliyi ilə Aşqabadda keçirilmişdi. Həmin tədbirdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iştirak etmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva