Moskvanın mərkəzi küçəsində binalar Rusiya ilə Azərbaycan bayraqları rəngində işıqlandırılıb
Moskva, 4 aprel, AZƏRTAC
Moskvanın mərkəzi küçəsində binalar Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə iki ölkənin bayraqları rəngində işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, aprelin 4-də Moskvanın mərkəzi Yeni Arbat küçəsindəki məşhur “kitab” binaları Azərbaycan və Rusiya bayraqlarının rəngində işıqlandırılıb. Binaların üzərində “Azərbaycan, Rusiya, diplomatik münasibətlərin 30-cu ildönümü” sözləri yazılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva