Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanla hərbi sahədə əməkdaşlığı ümumu hədəflər çərçivəsində təkmilləşdirmək istəyir

Mövlud Çavuşoğlu: Türkiyə Azərbaycanla hərbi sahədə əməkdaşlığı ümumu hədəflər çərçivəsində təkmilləşdirmək istəyir

Bakı, 5 mart, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab nazir, yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfərinin nəticələri hər iki ölkənin mətbuatında geniş şəkildə şərh edildi və ekspertlər tərəfindən çox müsbət qiymətləndirildi. Mətbuatın şərhlərində böyük hədəflərin olduğundan bəhs edildi. Bu istiqamətdə hansı tədbirlər görülür və hansı  yenilikləri qeyd edə bilərsiniz?

-Türkiyə və Azərbaycan ümumi tarix və mədəniyyət birliyi əsasında aralarında güclü münasibətləri olan iki qardaş və strateji müttəfiqlərdir. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı əsasında hər sahədə inkişaf etməkdə və şaxələnməkdə olan əlaqələrimiz bu gün bütün dünyaya nümunədir.

Əlaqələrimiz birincisi 2011-ci il oktyabrın 25-də İzmirdə, ikincisi 2012-ci il sentyabrın 11-də Qəbələdə, üçüncüsü 2013-cü il noyabrın 13-də Ankarada, sonuncusu isə Prezident İlham Əliyevin Türkiyəyə dövlət səfəri çərçivəsində 2015-ci il yanvarın 15-də Ankarada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları ilə strateji səviyyəyə yüksəlib.

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası qardaş Azərbaycan ilə malik olduğumuz münasibətlərin “yol xəritəsi”ni gələcəyə yönəlmiş dünyagörüşü ilə müəyyən edən mexanizmdir. Bu, əlaqələrimizin hər aspektdə daha da möhkəmlənməsi istiqamətindəki təşəbbüslərimizə əhəmiyyətli töhfə verir.

Şuranın son iclasında əvvəlki iclaslarda qəbul etdiyimiz qərarların həyata keçirilməsində nail olduğumuz uğurlar və ikitərəfli əlaqələrimizin gündəmində yer alan müəyyən məsələlər ətraflı şəkildə nəzərdən keçirilərək, qarşıdakı dövrdə atıla biləcək addımlar müzakirə edildi. Həmçinin Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq və regional proseslər də nəzərdən keçirildi.

2013-cü ilin noyabrında Ankarada keçirdiyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 3-cü iclasında qəbul edilən Fəaliyyət Planında əks olunan tədbirlərin vaxtında həyata keçirilməsi Şurada böyük əhəmiyyət verilən amil olmuşdu. Fəaliyyət Planı siyasi, hərbi, hərbi-texniki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat, energetika, kənd təsərrüfatı sənayesi və texnologiya, təhsil, elm, mədəniyyət, turizm və konsulluq sahələrindəki əlaqələr daxil olmaqla 40-dan artıq layihə və fəaliyyəti əhatə edir.

İqtisadi və ticari əlaqələrimizin iki strateji müttəfiq arasındakı siyasi əlaqələrə uyğun səviyyəyə çatdırılması istiqamətində görülə biləcək tədbirlər də Şuranın iclasında müzakirə edilən mövzular arasında yer alıb. Bu çərçivədə əvvəlki iclasda elan edildiyi kimi, ikitərəfli ticarət dövriyyəsinin həcminin 2023-cü ildə 15 milyard dollara çatdırılması ilə bağlı iradəmizi qarşılıqlı olaraq təsdiq etdik. İqtisadi əlaqələrimiz üçün müəyyən etdiyimiz hədəflərin həyata keçirilməsinə töhfə verə biləcək tədbirlərin görülməsi, ikitərəfli ticarət sahəsində vətəndaşlarımızın səyahət, yaşayış və iş icazələri haqlarının endirilməsi daxil olmaqla bürokratik prosedurların asanlaşdırılması məsələləri də iclas əsnasında ətraflı şəkildə müzakirə edilib, prezidentlərimiz bununla bağlı təlimat veriblər.

Türkiyə və Azərbaycan arasındakı regional əməkdaşlığın ən bariz nümunəsi olan energetika və nəqliyyat sahələrində birgə həyata keçirilən layihələr də Şurada geniş müzakirə olundu. Bu çərçivədə TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin vaxtında başa çatdırılması ilə bağlı qərarlı olduğumuzu ifadə etdik.

Şura iclasından az sonra Türkiyənin iqtisadiyyat naziri ilə energetika naziri Azərbaycana səfər etdilər. Sonra mən Bakıya gəldim. Qarşıdakı aylarda isə azərbaycanlı həmkarlarımız Türkiyəyə gələcək. Bu səfərlər Şurada qəbul olunan qərarların həyata keçirilməsinə xidmət edir.

- Azərbaycan və Türkiyə arasında hərbi sahədə yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində bu məsələ də gündəmə gətirildi. Bu sahədə konkret olaraq hansı addımların atılması nəzərdə tutulur?

-Strateji əlaqələrə malik olduğumuz Azərbaycanla hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı da dərinləşdirmək niyyətindəyik. Xüsusilə, hərbi və müdafiə sənayesi sahəsindəki əməkdaşlığımızı strateji cəhətdən, ümumu mənfəət və hədəflər çərçivəsində təkmilləşdirmək istəyirik. Ölkələrimiz arasında müdafiə sənayesi sahəsində gündəmdə olan mövcud layihələrlə birlikdə, Azərbaycanın ehtiyaclarını nəzərə alaraq əməkdaşlıq etməyə təşəbbüs göstəririk. Silahlı qüvvələrimizin əməkdaşlığını təhsildən başlayaraq, birgə təlimlərə qədər geniş diapazonda davam etdirəcəyik.

2014-cü ildə aralarında Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunlarının komandanı və Jandarm Qüvvələrinin Baş komandanının da olduğu yüksək səviyyəli hərbi nümayəndə heyəti Azərbaycana səfər edib. Milli müdafiə nazirimiz bir ay ərzində Azərbaycanda üç dəfə olub. Sentyabrda ilk dəfə təşkil edilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində  (ADEX 2014) Türkiyə yüksək səviyyədə təmsil olunub. Bu səfərlər hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın inkişaf etdiyini göstərir.

Təbii ki, hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığımız Prezident İlham Əliyevin ölkəmizə etdiyi son dövlət səfəri zamanı Şuranın IV iclasında da ətraflı şəkildə nəzərdən keçirildi. Bu çərçivədə təhsil, təcrübə mübadiləsi, birgə təlimlər, tədarük, ümumi istehsalat və birgə layihələrin hazırlanması istiqamətində əməkdaşlığımızı və təşəbbüslərimizi daha da gücləndirməyə qərar verdik. Bundan əlavə, dəniz təhlükəsizliyi və kibermüdafiə istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərdə də eyni mövqeyi bölüşürük. Hərbi təyinatlı sistemlərin müasirləşdirilməsi sahəsində əlaqədar təşkilatların birlikdə fəaliyyət göstərməsini təşviq edirik.

- Rəsmi Ankara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunana qədər Türkiyə-Ermənistan sərhədinin açılmayacağını dəfələrlə bəyan edib. Qardaş ölkənin bu məsələ ilə bağlı mövqeyinə daha nəyi əlavə edə bilərsiniz?

-Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və rifaha əngəl törədən ən ciddi maneələrdən biridir. Bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həll olunması xarici siyasətimizin gündəliyindəki ən önəmli məsələlərdəndir. Ölkəmiz bu məsələdə Azərbaycana tam dəstək verir. Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prosesləri hər zaman yaxından izləyir, problemin həll olunması məqsədi ilə ATƏT-in Minsk qrupu çərçivəsindəki təşəbbüslərə fəal töhfə verməyə çalışırıq. Minsk qrupundan başqa, digər çoxtərəfli platformalarda və üçüncü ölkələrlə təmaslarımızda da Dağlıq Qarabağ münaqişəsini gündəmə gətiririk.

- Ermənilər uydurduqları qondarma soyqırımının “100-cü ildönümünü” qeyd etməyə hazırlaşırlar. Azərbaycan və Türkiyə ictimaiyyəti də heç bir əsası olmayan erməni iddialarına qarşı mübarizə istiqamətində müştərək fəaliyyətlərini gücləndirirlər. Erməni təbliğatını zərərsizləşdirmək üçün başqa nələrə ehtiyac duyulur?

-Təəssüf ki, Ermənistan və erməni diasporu 1915-ci il hadisələri ilə bağlı öz iddialarını digər ölkələrə qəbul etdirməyi milli məsələ olaraq qarşılarına məqsəd qoyublar. Bu, tarixin siyasiləşdirilməsi deməkdir. Biz ümumi tariximizdə yaşananların bütün həqiqəti ilə ortaya qoyulmasında və birtərəfli iddiaların həqiqətin yerini tutmamasında qərarlıyıq. Diqqətimizi sadəcə 2015-ci ilə cəmləşdirmirik. Erməni diasporunun birtərəfli, əsassız iddialarına qarşı biz fikirlərimizi elmi və hüquqi əsasda irəli sürürük. Xüsusilə, parlament diplomatiyası vasitəsilə digər ölkələrin parlamentlərinə düşüncələrimizi çatdırır, tarixin və hüququn siyasiləşdirilməməli olduğunu bildiririk. Həmçinin xaricdəki türk qeyri-hökumət təşkilatları da artıq fikirlərini daha açıq şəkildə ifadə edə bilirlər. Siyasi sahə ilə yanaşı, elmi, hüquqi, ictimai diplomatiya kimi sahələrdə də fəaliyyətimizi keyfiyyət və kəmiyyət baxımından təkmilləşdirməyə davam edirik. Bu işdə azərbaycanlı qardaşlarımızla birgə hərəkət edir, güclərimizi birləşdiririk. 

Məlum olduğu kimi, Türkiyə və Ermənistan xarici işlər nazirləri tərəfindən 2009-cu il oktyabrın 10-da Sürixdə diplomatik əlaqələrin qurulması və ikitərəfli əlaqələrin təkmilləşdirilməsi haqqında protokollar imzalanıb. Lakin Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyəti olmadığını və bütün səylərini 1915-ci il hadisələrinin “100-cü ildönümü”nə cəmləşdirdiyini görürük. Ermənistan prezidenti Serj Sarkisyanın Sürix protokollarını parlamentdən geri götürməsi də onun əlaqələri normallaşdırmaq niyyətinin olmadığını göstərdi.  

Türk millətinin tarixində narahatlıq doğuran heç bir məsələ yoxdur. Xatırladım ki, Prezident Rəcəb Tayyib Ərdoğan 2005-ci ildə, Baş nazir olduğu dövrdə ermənilərə açıq şəkildə dəvət ünvanlamışdı.  Ermənistan prezidentinə məktub göndərərək türk-erməni ümumi tarixinin ağrılı dövrü ilə bağlı tarixçilər və mütəxəssislərdən ibarət birgə komissiya tərəfindən elmi tədqiqat aparılmasını, bütün arxivlərin araşdırılmasını və faktların beynəlxalq ictimaiyyətə açıqlanmasını tövsiyə etmişdi. Türkiyə Böyük Millət Məclisi, 2005-ci il aprelin 13-də qəbul edilən deklarasiya ilə bu tövsiyəni yekdilliklə dəstəkləmişdi. Təəssüf ki, Türkiyənin bu özünəinamlı yanaşmasına qarşı, erməni tərəfi irəli sürülən təklifdən boyun qaçırır. Erməni iddialarına siyasi səbəblərlə bəzi ölkələrin dəstək verməsinin Ermənistanı birgə fəaliyyət fikrindən uzaqlaşdırdığı da həqiqətdir. Biz xalqlar arasında qarşılıqlı inamın yenidən yaradılması üçün lazımi dialoqun elmi əsasda  qurulmasını istəyirik. Biz bunu etməyə hazırıq və bütün erməni arxivləri də elmi tədqiqatlara açılmalıdır.

Mən Prezident Rəcəb Tayyib Ərdoğanın 2014-cü il aprelin 23-də, Baş nazir olarkən verdiyi tarixi başsağlığı mesajını da xatırlatmaq istəyirəm. Bu mesaj son dərəcə açıqdır: Keçmişdə yaşanan bütün acılara hörmətlə yanaşaq, yasımızı birlikdə tutaq, tarixi unutmadan və təhrif etmədən gələcəyə baxaq. Erməniləri dialoq yolu ilə və XXI əsrdə bəşəriyyətin çatdığı mədəniyyət səviyyəsinə yaraşan şəkildə davranmağa dəvət edən bu tarixi addıma Ermənistan iqtidarının hələ də birmənalı cavab verə bilməməsi bir yana qalsın, “soyuq müharibə” dövründən qalan dayaz ritorikanı davam etdirməsi təəssüf doğurur. Bundan başqa, bu yanaşma Ermənistanın status-kvodan yararlanma seçimini də dünyaya nümayiş etdirir. 

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur