MSK VENESİYA KOMİSSİYASI VƏ SEÇKİ SİSTEMLƏRİ ÜZRƏ BEYNƏLXALQ FOND İLƏ BİRLİKDƏ MƏŞĞƏLƏLƏR KEÇİRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci il avqustun 25-26-da Avropa Şurasının Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fond ilə birlikdə dairə seçki komissiyalarının (DSK) ərizə və şikayətlərə baxılmasına məsul olan əməkdaşları üçün “Ərizə və şikayətlərə baxılması qaydaları”na dair məşğələlər keçirəcəkdir. Məşğələlərin keçirilməsində məqsəd ərizə və şikayətlərə baxılmasına məsul olan dairə seçki komissiyaları əməkdaşlarının peşə hazırlığı səviyyəsini yüksəltməkdir.
Xatırladaq ki, avqustun 21-22-də keçirilmiş məşğələlərdə 65 DSK-nın məsul şəxsləri iştirak etmişlər. Bu dəfə isə məşğələlərə digər 60 DSK-nın (əsasən, Bakı, Sumqayıt və Abşeronda yerləşən DSK-ların) əməkdaşları dəvət olunacaqlar.
Avqustun 27-30-da isə Bakı, Sumqayıt və Abşeronda yerləşən məntəqə seçki komissiyalarının üzvlərindən ötrü seçki günü üçün zəruri olan seçki hərəkətləri və prosedurları ilə bağlı məşğələlər keçiriləcəkdir.
Məşğələləri MSK-nın təlim qrupunun üzvləri və Mərkəzi Seçki Komissiyasının Venesiya Komissiyasının ekspertləri ilə birgə təlim keçdikləri dairə seçki komissiyaları katibliklərinin məsul əməkdaşları aparacaqlar. Aşağı seçki komissiyalarının peşə hazırlığının artırılması məqsədi daşıyan bu tədbir MSK-nın maarifləndirmə proqramına uyğun olaraq keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]