Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir innovasiyalardan istifadə: üstünlüklər və risklər

Müasir dövrdə insanlar televiziya kanallarından, radiodan, qəzet və jurnallardan aldıqları informasiyalarla kifayətlənmir, dünyada baş verən hadisələrdən özləri üçün daha münasib vaxtda və istənilən şəraitdə xəbər tutmağa üstünlük verirlər. Ona görə də dünyanın nüfuzlu xəbər agentlikləri insanları operativ surətdə informasiya ilə təmin etmək üçün daim müasirləşən informasiya texnologiyaları vasitələrindən daha geniş istifadə etməyə çalışır. Bu baxımdan AZƏRTAC da fəaliyyətinin keyfiyyətcə yeni dövrünə qədəm qoyur, zamanla ayaqlaşmağa çalışır. Qlobal informasiya dünyasının ən müasir texnoloji innovasiyaları AZƏRTAC-ın fəaliyyətində də geniş yer tutmaqdadır.

Elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin informasiya agentliklərinin işində tətbiqi məsələlərinə geniş yer verən media nəzəriyyəçiləri vurğulayırlar ki, internet də daxil olmaqla, yeni texnologiyaların yaranması və tətbiqi, heç şübhəsiz, KİV-lərin inkişafında və demokratikləşmədə yeni bir mərhələnin başlanğıcıdır.

Daha doğrusu, qlobal informasiya məkanının formalaşmasında xüsusi rol oynayan, son illərdə insanların leksikonunda tez-tez rast gəlinən “multimedia”, əslində informasiya təminatının lokomotivinə çevrilmişdir.

Hazırda dünyanın aparıcı xəbər agentlikləri bu sistemin açdığı geniş imkanlardan maksimum yararlanmağa çalışır, ənənəvi redaksiyalardan xilas olub müasir dizayn və interyerə malik, son texnologiyalarla təchiz edilmiş multimedia redaksiyalarının sayəsində informasiyanın keyfiyyətli və operativ çatdırılmasını təmin edirlər. Burada inteqrasiya olunmuş və əlaqələndirilmiş iş mexanizmi həm keyfiyyətli məhsulun hazırlanmasına, həm də onun çatdırılmasında fiziki əməyə və vaxta qənaət edilməsinə səbəb olur.

“Multimedia” terminini ilk dəfə 1966-cı ilin iyul ayında Lonq-Aylenddə “Light Works at L'Oursin” adlı şou təşkil etmiş Bob Qoldşteyn işlətmişdir. Bu, adi işıqlı tamaşa idi, lakin illər keçdikcə həmin terminin məna yükü transformasiyaya uğramışdır. 1990-cı illərdə bu termin artıq yeni, müasir anlama yaxın məna kəsb etmişdir.

“Vikipediya azad ensiklopediya” isə “multimedia” termininə belə tərif verir: “Multi - çox, media - informasiya vasitələrinin toplusu deməkdir, multimedia - çoxvasitəli informasiya mənasını daşıyır. Multimedia informasiya təqdimatının müxtəlif formalarının eyni vaxtda ifadəsi və istifadəsi deməkdir”.

Hazırda milyonlarla insanın şüurunda multimedia İnternetlə qırılmaz şəkildə bağlıdır. Bu proses 1990-cı illərin birinci yarısında, yüzlərlə meqabayt həcmində video, audio və fotoqrafiya məlumatları ilə işləməyə imkan verən kompakt disk qurğuları (CD-ROM drive) ilə təchiz edilmiş “multimedia” kompyuterlərinin bazara çıxarıldığı dövrdə başlanmışdır.

Xarici ekspertlər yeni texnologiyaların, o cümlədən multimedianın inkişaf sürətindən bəhs edərək bildirirlər ki, ümumdünya “hörümçək toru”nun - internetin 1969-cu ildə ixtira edildiyi gündən 1980-ci ildə ondan istifadə edilməsinin ilk addımlarına qədər, demək olar ki, on il müddətində onu yaradanların şüurunda “oturuşma” mərhələsi keçmişdir. Yalnız bundan sonra, xüsusən 1980-ci illərin axırlarından etibarən yeni texnologiyalar praktik tətbiqini tapmağa başlamışdır. İnternetin bugünkü istifadəçiləri yeni multimedia inqilabının mərkəzindədirlər.

Azərbaycanın yeni texnologiyalar erasına qədəm qoyması Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2010-cu il 22 aprel tarixli Sərəncamında da xüsusi qeyd olunur: “Son illər Azərbaycan Respublikasının sürətli sosial-iqtisadi və demokratik inkişafı, ölkəmizin beynəlxalq nüfuzunun artması kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Qlobal informasiya məkanında mühüm dəyişikliklər baş verdiyi, yeni informasiya texnologiyalarının geniş tətbiq olunduğu müasir dövrdə Azərbaycan haqqında obyektiv məlumatların operativ şəkildə beynəlxalq ictimaiyyətə çatdırılması və dünyada baş vermiş hadisələr barədə cəmiyyətimizin hərtərəfli məlumatlandırılması kütləvi informasiya vasitələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsini tələb edir”.

Ölkəmiz haqqında məlumatların operativ və çevik yayılmasında, habelə dünyada baş verən hadisələr barədə ictimaiyyətin dolğun məlumatlandırılmasında AZƏRTAC-ın xüsusi əhəmiyyəti nəzərə alınaraq, onun fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə Sərəncamda agentliyin xarici dillərdə informasiya baş redaksiyası nəzdində multimedia və video xidmətinin yaradılması qərara alınmışdır.

Dünyanın bir sıra nüfuzlu informasiya agentlikləri ilə sıx əməkdaşlıq əlaqələri quran AZƏRTAC artıq yeni xidmətin təşkili istiqamətində müəyyən işlər görmüşdür. Agentlik sıx əməkdaşlıq etdiyi müxtəlif ölkələrdən bu sahənin peşəkarlarını dəvət edərək, onların təcrübəsindən maksimum yararlanmağa çalışır və artıq görüntülü, səsli və təsvirli (infoqrafika) xəbərlərin buraxılmasına başlamışdır. Rus və ingilis dilləri ilə yanaşı, alman, fransız və ərəb dillərində də audio və videomateriallar hazırlanması istiqamətində intensiv iş gedir. Bu proqramın həyata keçirilməsi ilə AZƏRTAC-ın xarici ölkələrdəki auditoriyası xeyli genişlənərək, beləliklə, agentliyin məhsullarının əcnəbi istehlakçıları Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı, demokratik vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətləri, eləcə də Azərbaycan diplomatiyasının çoxvektorlu xarici siyasətdəki uğurları ilə daha yaxından tanış ola biləcəklər.

İnformasiya agentliklərinin çoxu videomaterialların yayılmasında YouTube resursundan istifadə edir. Lakin AZƏRTAC-ın öz texniki imkanları vardır və ixtisaslaşdırılmış videoportalların xidmətlərindən istifadəyə ehtiyac duymayan xaricdəki tərəfdaşlarından geri qalmır. AZƏRTAC-ın internet resursu vasitəsilə xəbər istehlakçıları üçün əlyetən olan səsli informasiyalardan da geniş istifadə edilir.

İnformasiya istehsalının bu yeni istiqamətlərinə istehlakçı auditoriyasının münasibəti müxtəlifdir. Bəziləri güman edirlər ki, videoxəbər hazırlayan agentlik televiziya yaradır. Bu, heç də belə deyildir. Təbii ki, televiziya ilə müqayisədə videoxəbərlər texnoloji sıçrayışdır. Əvvəllər adamlar televiziya xəbərlərini eşitmək üçün evə tələsirdilər. İndi isə internetə qoşulmuş adi İPhone qurğusu istifadəçiyə istənilən yerdə ani surətdə AZƏRTAC-ın internet səhifəsini açmağa və son videoyeniliklə tanış olmağa imkan verir. Məlumdur ki, televiziya xəbərləri günün müəyyən saatlarında efirə verilir. Bu saatlarda ekran qarşısında olmadınsa, deməli, yeniliklərdən xəbər tuta bilməyəcəksən. Videoxəbərlə bağlı isə bu cür problem yoxdur: eyni materiala dünyanın istənilən nöqtəsində dəfələrlə baxmaq mümkündür. Telekanalların çoxu bütün bu üstünlükləri nəzərə alaraq, televiziya ilə yayımlanmış reportajları öz internet saytlarına köçürürlər. Maraqlıdır ki, cəmi 20 il bundan əvvəl videomateriallar geniş auditoriyaya yalnız televiziya kanalları ilə yayımlanırdısa, indi bundan ötrü çox böyük vəsait hesabına yaradılan telekanal heç də zəruri deyildir. Hər hansı bir hadisə barədə süjeti çəkib reportajı YouTube saytında yerləşdirmək üçün kameralı adi mobil telefon kifayətdir. Özü də bunu hər bir insan edə bilər.

AZƏRTAC-ın audio və videoməhsulları ilə tanış olmaq üçün istehlakçının fərdi kompyuterində xüsusi və ya çətin tapılan softver-proqramların olması tələb edilmir. Agentliyin multimedia xəbərlərinin istehlakçıları çox qısa vaxtda, bəzən cəmi bir neçə saniyədə adi səyyar noutbuk vasitəsilə ən son yeniliklərdən xəbər tuta bilərlər. Müasir dövrdə getdikcə populyarlaşan “internet-flyaşka” (internetə daxil olmaq üçün USB-card qurğusu) olduqda isə hətta yolda, məsələn, qatarda və ya avtobusda da agentliyin video və audio reportajlarını nəzərdən keçirmək mümkündür.

Audio və videoreportajlarla yanaşı, artıq vizual mətn materiallarına aid olan infoqrafikaya da diqqət artmaqdadır. İnformasiyanın yayılmasında multimedia xidmətinin əsas tərkib hissələrindən biri olan infoqrafika (təsviri xəbər) son vaxtlar aparıcı xəbər agentliklərinin işində aktuallığı ilə seçilir. Görüntülü və səsli xəbərlə yanaşı, təsviri xəbər informasiya təminatında son illərin ən böyük uğurlarından sayılır və dünyanın aparıcı media qurumları onu geniş tətbiq edir.

İnformasiya işinin yeni istiqaməti olan infoqrafika ideyaları genişləndirməyə və onlara diqqəti cəlb etməyə kömək edən bir vasitədir. Bir effektli təsvir min sözü əvəz edə bilir, mənanı sadələşdirmək və eyni zamanda, bütün vacib informasiyanı çatdırmaq imkanı yaradır. Təsvir informasiyanı daha cəlbedici və daha inandırıcı edir, daha dolğun, daha polifonik informasiya verir. İnternet şəbəkəsində hər hansı saytda təsviri görəndə orada söhbətin nədən getdiyini tərcüməsiz və şərhsiz də başa düşmək mümkündür. Kompleks informasiyaların istifadə edildiyi bu qrafikalar böyükhəcmli məlumatların çatdırılması üçün çox əhəmiyyətlidir.

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi indiki vaxtda istənilən xəbər agentliyi multimedianın vacib elementi kimi infoqrafikanın imkanlarından istifadə etməsə, informasiya təminatı prosesində effektliliyi tam və dolğun təmin edə bilməz. Bu baxımdan, AZƏRTAC-ın fəaliyyətində də infoqrafikaya diqqət yetirilir.

Cəmiyyətdə belə bir yanlış fikir yayılmışdır ki, infoqrafika heç də yeni janr deyil, infoqraflar isə ya rəssam, ya da dizaynerlərdir. Həqiqətən də, yazılı mətbuatda həmişə karikaturalardan, şarjlardan, qrafik illüstrasiyalardan, diaqram və cədvəllərdən istifadə edilmişdir. Məsələn, vaxtilə “Molla Nəsrəddin”, “Zənbur”, “Kəşkül”, sonralar “Kirpi” jurnallarında dərc olunan bir-birindən maraqlı karikaturaları, qəzetlərdə verilən dostluq şarjlarını, “Sözsüz” kəlməsi ilə təqdim olunan müxtəlif mövzulu təsvirləri, bədii əsərlərə, xalq nağıllarına, dastanlara çəkilən illüstrasiyaları, miniatürləri inkar etmək olmaz. Eyni zamanda, “infoqrafika müasir jurnalistikanın mövcud janrlarından ən cavanıdır” deyənlərin də fikirlərini inkar etmək mümkün deyildir. Ona görə ki, hazırda elektron mətbuatda infoqrafikanı hazırlayanlar nə təsviri incəsənətlə məşğul olan rəssamlar, nə karikaturaçılar, nə də dizaynerlərdir. Onlar adi jurnalistlərdir. Göründüyü kimi, bu məsələdə nəzəri cəhətdən mübahisə üçün zəmin olsa da, praktik mənada həqiqət bundan ibarətdir ki, infoqrafların məqsədi materiala forma cəhətdən bəzək-düzək vermək deyil, əyani qrafik material vasitəsilə faktları sadə və anlaşıqlı şəkildə şərh etməkdir.

AZƏRTAC Azərbaycan Prezidentinin məlum Sərəncamından irəli gələn vəzifələri yerinə yetirməklə bərabər, öz işində sosial medianın müxtəlif platformalarından, o cümlədən son illərdə internetdə olduqca populyarlaşmış Facebook, Twitter, Livejournal bloq-portalı, YouTube video-portalı və digər sosial şəbəkələrdən istifadə edilməsi sahəsində başqa informasiya agentliklərinin qabaqcıl təcrübəsini də diqqətlə öyrənir.

Əlbəttə, sürətlə yayılmaqda olan inteqrasiya prosesləri və onlayn sosial şəbəkələrlə konstruktiv əməkdaşlığı biz də müsbət qiymətləndiririk. Bununla bərabər, araşdırmalar göstərir ki, milli agentliklərin böyük əksəriyyəti sosial şəbəkələrə qoşulmağa çox da can atmır. Bunun başlıca səbəbi həmin sahədə, ilk növbədə, elektron məlumatların və intellektual mülkiyyətin qorunması ilə bağlı müəyyən risklərin olmasıdır. Sosial şəbəkələr çox böyük mütərəqqi potensiala malik olmaqla bərabər, təəssüf ki, informasiya piratlarının, parolların dağıdılması və məlumat bazasına qanunsuz müraciət, o cümlədən məxfi və şəxsi xarakterli məlumatların oğurlanması üzrə ixtisaslaşan xakerlərin fəaliyyət meydanına çevrilmişdir.

Sosial şəbəkələrlə bağlı təhlükəsizlik məsələləri AZƏRTAC-ın da üzv olduğu nüfuzlu regional informasiya qurumlarına - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) və Avropa Xəbər Agentlikləri Alyansına (EANA) daxil olan milli agentliklərin daim diqqət yetirdiyi problemdir. Bu təhdidlə əlaqədar məsələ 2009-cu ilin mayında EANA-nın Budapeştdə keçirilən konfransında, 2010-cu ildə Argentinanın Barilos şəhərində Xəbər agentliklərinin üçüncü dünya konqresində geniş müzakirə olunmuş, sosial media ilə əlaqədar risk amilini ciddi surətdə nəzərə almaq və ehtiyatlı olmaq tövsiyə edilmişdir. Buna görə də indiki mərhələdə AZƏRTAC nə ilə nəticələnəcəyi məlum olmayan inteqrasiyaya tələsməməyi və vəziyyəti izləməkdə, tərəfdaşlarımızın təcrübəsini öyrənməkdə davam etməyi üstün tutur.

Bu məsələdə daha bir məqama diqqət yetirmək çox zəruridir. Azərbaycanın bəzi xəbər agentliklərinin və portallarının təcrübəsi göstərir ki, erməni istifadəçilər həmin informasiya resurslarının təşkil etdikləri forumlara və onların serverlərinə sərbəst müdaxilə edir və Azərbaycan dövlətçiliyinə ünvanlanmış təhqiramiz şərhlərlə bizim onlayn KİV-lərin səhifələrində yer alırlar. Agentliklər və portallar bu tipli qeyri-konstruktiv diskussiyaya münasibətdə heç bir kompromisə yol verməməlidir.

Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının konstruktiv şərhləri və fikirləri, eləcə də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayan Ermənistan vətəndaşlarının konstruktiv rəyləri bizim saytlarda yer ala bilər. AZƏRTAC isə xəbərlərin ictimaiyyət tərəfindən müzakirə edilməsi üçün platforma yaradarkən, rəsmi dövlət informasiya agentliyi kimi, ölkəmizin milli maraqlarını həmişə əsas tutacaqdır.

Aslan Aslanov

AZƏRTAC-ın Baş direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib