SİYASƏT
Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndinin videogörüntülərini paylaşıb VİDEO









Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Xıdırlı Kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib.