Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntülərini paylaşıb VİDEO



Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Füzuli şəhərindən iki kilometr məsafədə düzənlik ərazidə yerləşən Şəkərcik kəndi 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.