Müdafiə Sənayesi Nazirliyində etik davranış qaydalarına dair növbəti treninq keçirilib
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşların etik davranış qaydalarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq treninqlər təşkil edir.
MSN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən növbəti treninqdə dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, etik davranış qaydalarına əməl olunması və s. məsələlərə dair geniş müzakirələr aparılıb. Tədbirdə, həmçinin dövlət qulluqçularının bu məsələlərə daim məsuliyyət hissi ilə yanaşmalarının vacibliyi vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]