ELM VƏ TƏHSİL
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi fotolarda
![](/files/galleryphoto/2021/2/1200x630/16254897435831335909_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16254897431311421738_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16254897432122031729_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/162548974372988742_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/1625489743307067509_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16254897433340428232_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16254897432969818107_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/1625489743690060957_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
Bu gün 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.
AZƏRTAC Təhsil Nazirliyinə istinadən imtahandan fotoları təqdim edir.
Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Qeyd edək ki, müsabiqəyə müraciət edənlərdən 1559 nəfər elektron ərizəsini təsdiq etməyib. 1512 nəfərin elektron ərizəsinə daxil etdiyi məlumatlar müsabiqə şərtlərinə uyğun olmadığı üçün imtina verilib. 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.