Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir

Bakı, 23 may, AZƏRTAC
Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, platformada sınaq imtahanının səhifəsi mayın 30-u saat 10:00-dan başlayaraq 19:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.
Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticə avtomatik olaraq ekranda görünəcək.
Müəllimlər sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupa daxil olub dəvət gəldiyindən əmin olmalıdırlar. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəldən qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [18:21]
Prorektor gələcək təhsil liderləri ilə görüşüb
- 21.06.2025 [17:41]
Filologiya fakültəsinin məzunları 30 il sonra yenidən BDU-da
- 21.06.2025 [17:38]
MEK-də professor Əsədulla Cəfərovun şəxsi kitab kolleksiyası yaradılıb
- 21.06.2025 [17:36]