“Muğam üçlüyü”nün onlayn konserti olub
Naxçıvan, 16 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün onlayn konserti təşkil olunub. Konsert Naxçıvan Dövlət Televiziyasından və onun internet resurslarından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyin saytından və sosial şəbəkə hesablarından canlı yayımlanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konsertdə “Şur” və “Mahur”, “Şüştər” təsnifləri və Xalq artisti Əlibaba Məmmədovun “Ağrıma ürəyim” mahnısı izləyicilərə təqdim edilib.
Konsertdə Şəfiqə Axundovanın “Mehriban olaq”, Ələkbər Tağıyevin “Qonşu qız” mahnıları ilə yanaşı “Aman təklik əlindən” “Ay qız” və “Bülbüllər oxur” kimi xalq mahnıları da səsləndirilib.
Bir saata yaxın davam edən konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ötən həftədən etibarən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan bir sıra müəssisələr onlayn fəaliyyətə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:57]
Qəbələdə inklüziv sinfin ilk buraxılışı olub
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]