Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mükafatların təqdimatı olub

Naxçıvan, 9 fevral, AZƏRTAC

Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü günündə mükafatların təqdim olunması münasibətilə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının yaradılmasının 93-cü ildönümü münasibətilə muxtar respublika əhalisini və tədbir iştirakçılarını təbrik edərək deyib: Ötən 93 il ərzində Naxçıvanın muxtar respublika kimi yaşaması nəticəsində onun ərazisi qorunmuş, muxtar respublika inkişafa qovuşmuşdur. Bu inkişaf müstəqillik dövründə daha da artmış, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurlar qazanılmışdır. Ümummilli Liderimizin siyasi xəttinə sədaqətin bəhrələri şəhər və rayon mərkəzlərinin, qəsəbə və kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda özünü göstərir. Artan iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin inkişafına da öz təsirini göstərmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzi yaradılmışdır. Naxçıvan tarixi sistemli şəkildə tədqiq olunmuş, abidələrimiz bərpa edilmiş, tariximizə və mədəniyyətimizə aydınlıq gətirən elmi əsərlər, kitablar və ensiklopediyalar, o cümlədən “Naxçıvan tarixi” çoxcildliyi nəşr olunmuşdur.

Ali Məclisin Sədri deyib: Bu gün Naxçıvan Muxtar Respublikası özünün tarixinə və milli dəyərlərinə sahib çıxır. Gənc nəsil milli dəyərlər əsasında tərbiyə olunur, sağlam gələcək formalaşdırılır. İstedadlı gənclər də üzə çıxarılaraq təqaüdlərə layiq görülürlər. Bir sözlə, insan amilinə böyük diqqət göstərilir. Aparılan quruculuq işlərinə, elmin və mədəniyyətin inkişafına öz töhfəsini verənlərin əməyi yüksək qiymətləndirilir, onlar dövlət mükafatları ilə təltif olunurlar.

Ali Məclisin Sədri mükafatlara layiq görülənlərin hamısını təbrik edib, elmimizin və mədəniyyətimizin inkişafı yolunda uğurlar arzulayıb, çıxışını hörmətli Prezidentimiz İlham Əliyevin muxtar respublikaya səfəri zamanı qeyd etdiyi fikirlərlə tamamlayıb: “Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadə çıxış edərək deyib ki, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafla yanaşı, elm, təhsil və mədəniyyətin inkişafına da böyük önəm verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına əsasən muxtar respublika ərazisində 1200-dən artıq abidə qeydə alınıb. Aparılan araşdırmaların nəticəsi olaraq Azərbaycan və ingilis dillərində “Naxçıvan Abidələri Ensiklopediyası”, 2 cildlik “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Tarixi Atlası” kimi fundamental əsərlər nəşr edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 2012-ci il 6 avqust tarixli Sərəncamından sonra isə Naxçıvanın ən qədim dövründən günümüzədək olan böyük bir tarixi dövrü əhatə edən “Naxçıvan tarixi” çoxcildliyi nəşr olundu. Naxçıvan Muxtar Respublikasının tarixində elm və elm adamları heç vaxt indiki qədər qayğı ilə əhatə olunmayıb. Bu diyarda heç vaxt elm indiki qədər inkişaf etməyib. Muxtar respublikada təkcə elmi araşdırmalara deyil, müəlliflərə də böyük diqqət və qayğı ilə yanaşılır, onların əməyi yüksək qiymətləndirilir. Azərbaycan Milli Elmlər Akademiyasına keçirilən seçkilərdə Naxçıvandan olan elm adamlarından 3-ü akademik, 11-i isə müxbir üzv seçilib. Müxtəlif ixtisaslar üzrə elmlər doktoru, fəlsəfə doktorları hazırlanıb, elm sahəsində fərqlənmiş bir sıra alimlər fəxri adlar, orden və medallar, diplom və müxtəlif mükafatlarla təltif olunublar. Qadir Qədirzadə Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərdiyi diqqət və qayğıya görə elmi ictimaiyyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Zeynəb Quliyeva deyib ki, Naxçıvanın zəngin tarixinin hərtərəfli, sistemli şəkildə araşdırılması təkcə bu qədim diyarın keçdiyi şərəfli yolun öyrənilməsi baxımından deyil, bütövlükdə Azərbaycanımızın tarixinin kompleks tədqiqi üçün də böyük əhəmiyyətə malikdir. Son illər muxtar respublika tarixinin tədqiqi istiqamətində mühüm işlər görülüb. “Nuh peyğəmbər: Dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ” və başqa mövzulardakı beynəlxalq simpoziumlar elmi təfəkkürün Naxçıvan tarixinin qaranlıqda qalmış sahələrinə nüfuz etməsində stimul yaratmış, çoxlu sayda əsərlər yaranmışdır. “Naxçıvan tarixi” çoxcildliyi isə Naxçıvanda bu vaxtadək aparılmış elmi tədqiqatların ümumiləşdirilmiş nəticəsidir. Alim və tədqiqatçılar elmi fəaliyyət üçün yaradılan şəraitdən bundan sonra da səmərəli istifadə edərək Naxçıvanşünaslığı zənginləşdirəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının yaranması Azərbaycan tarixində mühüm hadisədir. Ötən 93 ildə muxtar respublika böyük inkişaf yolu keçib. Bu gün Naxçıvan müasir inkişafın göstərici kimi qəbul olunur. Muxtar respublikanın kompleks inkişafında elmin və təhsilin xüsusi yeri vardır. Son illər Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, o cümlədən bütün təhsil müəssisələrinin müasir tədris bazası ilə təmin olunması, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində alim və tədqiqatçılar üçün hərtərəfli şəraitin yaradılması, təşkil olunan ekspedisiyalar, aparılan arxeoloji qazıntılar Naxçıvanda elmin və təhsilin inkişafını yeni mərhələyə yüksəldib. “Naxçıvan tarixi” çoxcildliyinin nəşri də muxtar respublikada elmə və təhsilə qayğının nəticəsi kimi ortaya çıxıb. “Naxçıvan tarixi” çoxcildliyi Azərbaycan tarixşünaslıq elminə mühüm töhfədir. İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü münasibətilə Azərbaycan elmi ictimaiyyət adından təbriklərini çatdırıb.

Naxçıvan Musiqi Kollecinin tələbəsi, gənc istedad Sərxan Əliyev qeyd edib ki, gənclər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin onlara göstərilən qayğısını daim hiss edirlər. Bunun bariz nümunəsi muxtar respublikamızda yeni istifadəyə verilən təhsil müəssisələrində, gənclik mərkəzlərində, elektron kitabxanalarda, mədəniyyət müəssisələrində, musiqi məktəblərində, ali təhsil müəssisələrində, Olimpiya İdman kompleksləri və idman mərkəzlərində gənclərin hərtərəfli inkişafı, eləcə də asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan zəruri şəraitdir. Bununla yanaşı, muxtar respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da biz gənclərin yaxından iştirakı üçün hər cür şərait vardır. Sevindirici haldır ki, gənclərimiz yaradıcılıq potensiallarını daim artırır, təhsildə və idmanda uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunurlar. Bu isə bugünkü gəncliyin sabaha inamını daha da artırır, onların fəallığına müsbət təsir göstərir. Sərxan Əliyev gəncliyə göstərilən diqqət və qayğıya görə muxtar respublika gəncləri, o cümlədən gənc istedadlar adından minnətdarlıq edib.

Sonra mükafatlar təqdim olunub. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 9 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan tarixi” çoxcildliyi elm sahəsində Naxçıvan Muxtar Respublika Mükafatına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan tarixi” çoxcildliyinə görə Naxçıvan Muxtar Respublika mükafatını Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevə təqdim edib.

İsmayıl Hacıyev minnətdarlıq edərək deyib ki, Naxçıvanın tarixinin öyrənilməsi üçün yaradılan şərait alim və tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin kollektivi bundan sonra da yaradılan şəraitdən istifadə edərək səylə çalışacaqdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında” 2017-ci il 27 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qadir Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı isə Ali Məclis Sədrinin mükafatına layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” 2017-ci il 14 yanvar tarixli Sərəncamına əsasən xüsusi istedadı olan Naxçıvan Musiqi Kollecinin tələbəsi Sərxan Əliyevin və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Pərviz Qasımovun adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq, Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Dövlət qulluğunda fərqlənməyə görə” medalının döş nişanını və vəsiqəsini, Ali Məclis Sədrinin mükafatını, gənc istedadlara isə təqaüd kartlarını təqdim edib.

Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının İnstrumental Ansamblının konserti olub.

Sonda tədbir iştirakçıları və ziyalılarla söhbət edən Ali Məclisin Sədri deyib ki, Naxçıvan tarixi uzun illər ətraflı tədqiq olunmamışdır. Sanballı mənbələrdən istifadə edilərək yazılan “Naxçıvan tarixi” çoxcildliyinin nəşri Naxçıvanın əsl tarixini ortaya qoymaqla yanaşı, həm də Azərbaycan tarixşünaslığına sanballı töhfədir. Son illər Naxçıvanda elmin və təhsilin inkişafı sahəsində görülən işlər, akademiyanın Naxçıvan Bölməsinin yaradılması Naxçıvanın tarixi ilə bağlı elmi əsaslara söykənən əsərlərin yazılmasına imkan verib. İqtisadiyyatı inkişaf etdirmək, yol çəkmək, bina tikmək bütün dövrlərdə mümkündür. Lakin elmi, təhsili və mədəniyyəti inkişaf etdirmək çətin və məsuliyyətli məsələdir. Naxçıvanda digər sahələrlə yanaşı, elm, təhsil və mədəniyyətin də inkişafına nail olunub. Bu gün Naxçıvan Muxtar Respublikasının inkişafı, bütün sahələrdə qazanılan uğurlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqətin bəhrələridir. Naxçıvan Muxtar Respublikasının yaranmasının 93-cü ildönümü günündə “Naxçıvan tarixi” çoxcildliyinin muxtar respublika mükafatına layiq görülməsi, “Gülüstan türbəsi”, “Naxçıvan dünya mətbuatında” kitablarının və “Məmməd Araz qrafik albomu”nun “Şərq qapısı” qəzetində geniş ictimaiyyətə təqdim olunması mühüm əhəmiyyətə malikdir. Alim və tədqiqatçılar bundan sonra da Naxçıvanın tarixi, mədəniyyəti, elmi və təhsilinin inkişafı sahəsində səylərini artırmalı, yeni əsərlər yazılmalıdır.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının inkişafında əməyi olanlara təşəkkürünü bildirib.

Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Allahverdi Hüseynov deyib ki, vaxtilə məhdud imkanlarla fəaliyyətə başlayan Naxçıvan Dövlət Universiteti bu gün dünyanın ən müasir ali təhsil ocaqlarındandır. Bu, Naxçıvanda təhsilin inkişafının nəticəsidir. Muxtar respublikada gənc nəslin hərtərəfli təhsil almasına və əsl vətəndaş kimi yetişməsinə böyük qayğı göstərilir. Sevindirici haldır ki, yaradılan şərait, göstərilən qayğı öz bəhrəsini verməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans