Musiqidə əbədiləşən ömür
Bakı, 17 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Musiqidə əbədiləşən ömür”adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın düşməndən azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən, xalqımızın rifahı naminə gördüyü misilsiz xidmətlərdən bəhs edilib.
Bədii hissədə məktəb şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeir və musiqi nömrələri təqdim olunub.