Musiqili Teatrda bu həftə doqquz maraqlı tamaşa izləniləcək
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı bu həftə doqquz tamaşa ilə teatrsevərlərin görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşaçılar səhnə əsərlərini noyabrın 16, 17, 18, 19-da izləmək imkanı əldə edəcəklər. Belə ki, sənət ocağının səhnəsində müvafiq olaraq “Hacı Qara”, “Qızıl cücə”, “Arşın mal alan”, “Molla Nəsrəddinin beş arvadı”, “Bremen musiqiçiləri və Pen”, “Mən dəyərəm min cavana” və “Düyməcik” tamaşaları oynanılacaq.
Teatr, həmçinin rusdilli və azyaşlı tamaşaçılarını da nəzərə alaraq onlar üçün də maraqlı səhnə əsərləri hazırlayıb.
Tamaşaçılar təqdim olunacaq səhnə əsərlərində Xalq Artisti İlham Namiq Kamalı, Əməkdar artistlər Boris Qrafkin, Nahidə Orucova, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyevanı, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov və başqa aktyorları görə biləcək.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]