Mütləq Döyüş Çempionatının Bakıda təşkil olunan turniri başa çatıb
Bakı, 27 iyun, AZƏRTAC
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, döyüşlər Milli Gimnastika Arenasında təşkil olunub.
Son olaraq gecənin əsas döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyev ilə meksikalı Manuel Torres arasında olub. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı üstələyib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) məğlub olub.
Qeyd edək ki, Azərbaycanda UFC turniri ilk dəfə ötən il təşkil edilmişdi.
Müxbir - Cavid Əliyev
Fotoqraf - Orxan Kərimov