Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikanın daxili işlər orqanlarının fəaliyyəti barədə müşavirə keçirilib

Naxçıvan, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamı diqqətə çatdırılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 7 fevral tarixli Fərmanına əsasən Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, həmin tarixli Sərəncamına əsasən isə Zahid Əjdər oğlu Gözəlov Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin ediliblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov muxtar respublikanın daxili işlər orqanlarında yol verilmiş nöqsanlar barədə çıxış edib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov muxtar respublikanın daxili işlər orqanlarının yeni ştat strukturu barədə çıxış edib, yol verilmiş nöqsanları aradan qaldıracaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada daxili işlər orqanlarının fəaliyyəti üçün hər cür şərait yaradılmış, müasir və inkişaf etmiş ölkələr ilə müqayisə olunacaq səviyyəyə çatdırılmışdır. Bu gün muxtar respublika yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də mövcud sabitlik və əmin-amanlığa görə də fərqlənir. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, cinayətkarlığın dinamikasında da aşağı tendensiya müşahidə olunur. Qanunsuz saxlanılan silahların yığılması hesabınadır ki, onun tətbiqi ilə törədilən cinayətlərə rast gəlinmir. İl ərzində qeydə alınan hüquqazidd əməllərin əksəriyyətini bilavasitə kriminogen durumun gərginləşməsinə təsiri olmayan və bir çox hallarda ehtiyatsızlıqdan baş verən cinayətlər təşkil edir. Əhalinin hər 100 min nəfərinə nisbətdə baş verən cinayət hadisələrinin sayı orta göstəricidən dəfələrlə azdır. Lakin yaradılan şərait və göstərilən dövlət qayğısı düzgün qiymətləndirilməmiş, ciddi nöqsanlara yol verilmişdir. Buna görə də ictimai təhlükəsizliyi və ictimai qaydanı təmin edən əsas orqan kimi Daxili İşlər Nazirliyinin fəaliyyəti yenidən qurulmalıdır.

Ali Məclisin Sədri tapşırıb ki, nazirliyin yeni ştat strukturuna uyğun fəaliyyət tənzimlənməli, nöqsanların aradan qaldırılması üçün islahatlar davam etdirilməlidir. Polisin əsas vəzifəsi ictimai təhlükəsizliyi və sabitliyi, insanların həyatını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən qorumaqdan ibarətdir. Bu vəzifələri həyata keçirərkən polis qətiyyətli, qorxmaz olmalı, səlahiyyət həddini aşmamalı, verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməlidir. Yeni ştat strukturunda da əsas diqqət yerlərdə polis sahə müvəkkillərinin fəaliyyətinin gücləndirilməsinə yönəlmişdir. Nazirlik sahə müvəkkillərinin fəaliyyətinin qurulmasına diqqəti artırmalı, onların xidməti stimullaşdırılmalı, iş rejimi yaxşılaşdırılmalıdır.

Ali Məclisin Sədri deyib: Polis sahə inspektorları təhkim olunan inzibati sahənin sərhədlərini, ərazisini, xüsusiyyətlərini, əhalinin sayını və əsas məşğulluğunu, yerli adət-ənənələrini, ərazidə baş vermiş, açılmış və bağlı cinayətlərin sayını, növünü, onun törədilməsinə səbəb olmuş amilləri, qeydiyyatda olan cinayət törətməyə meyilli şəxsləri və onlar haqqında məlumatları bilməlidir. Sahə inspektorunun ən mühüm işi inzibati sahənin pasportunu tərtib etməkdir. Pasport xidmətin düzgün qurulmasına və sahə inspektorları dəyişdirilərkən xidmətin ardıcıllığının təmin olunmasına, asan idarəçiliyə imkan yaradır. Nəzərə alınmalıdır ki, inzibati sahənin pasportu ciddi xidməti sənəddir. Nazirliyin ictimai təhlükəsizlik idarəsi və yerli polis orqanlarının rəhbərləri polis sahə inspektorlarının fəaliyyətini ciddi nəzarətdə saxlamalı, verilən tapşırıqların icrasını təmin etməlidirlər. Sahə inspektorlarının fəaliyyətinin nəticələri hər ay ümumiləşməli, müzakirə olunmalı, nöqsanlar müəyyən edilməli, müvafiq istiqamətlər verilməlidir. Profilaktika işi polisin əsas vəzifələrindəndir. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmas qurması, cəmiyyətin içində olması, ehtiyacı olanlara yardım göstərməsi və maarifləndirməsidir. Bununla da qeyri-peşəkar şəraitdə baş verən hüquqpozmaların açılmasında vətəndaşların rolu artırıla bilər. İctimai asayişin təmin edilməsinin əsas şərtlərindən biri də hüquq pozuntusu törətməyə meyilli şəxslərin qeydiyyata alınması və onlarla profilaktik işin təşkilidir. Penitensiar müəssisələrdən azad edilmiş, islah işi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, ailə-məişət zəminində mütəmadi münaqişə törədən şəxslər, səhiyyə orqanlarında qeydiyyatda olan narkotik istifadəçiləri, ruhi xəstələr sahə inspektorlarının pasportunda qeydiyyata götürülməklə vaxtında lazımi profilaktik tədbirlər aparılmalıdır. Sahə inspektorları inanılmış şəxslərlə işin qurulmasına da diqqətlə yanaşmalı, bu zaman məxfiliyə riayət etməli, müvafiq sənədləşmələr diqqətlə aparılmalıdır.

Bildirilib ki, yol hərəkəti və onun təhlükəsizliyinin təmin edilməsi nazirliyin fəaliyyətinin əsas hissələrindən biridir. Naxçıvan şəhərində “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə sisteminin və magistral yollarda videonəzarət kameralarının quraşdırılması nəqliyyatın təhlükəsiz və rahat hərəkətinin təşkil olunmasında, hadisələrin operativ və obyektiv araşdırılmasında, yol hərəkəti qaydalarını pozmuş şəxslərin aşkarlanmasında mühüm rol oynayır. Nazirliyin aid qurumu yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün ciddi təhlillər aparıb təkliflər verməli, bu sahədə aidiyyəti orqanlarla əlaqəli işləməli, hərəkəti nizamlayan texniki və elektron vasitələrin quraşdırılması, dəyişdirilməsi, ləğv edilməsi, təkmilləşdirilməsi üçün təşəbbüskarlığını artırmalıdır. Muxtar respublikada nəqliyyat sıxlığının artmasını nəzərə alaraq kütləvi informasiya vasitələrində yol hərəkəti qaydalarının təbliği, maarifləndirmə işi gücləndirilməlidir. Nəqliyyat vasitələrində qanunsuz, konstruksiyada nəzərdə tutulmayan vasitələrin quraşdırılmasının qarşısı qətiyyətlə alınmalıdır.

Ali Məclisin Sədri deyib: Daxili işlər orqanlarının əsas vəzifələrindən biri də insanların əmlakının, dövlət idarələri və obyektlərinin mühafizəsini təşkil etməkdir. Mühafizə polisi də işini qanunvericiliyin tələblərinə uyğun qurmalıdır. Muxtar respublikada əməliyyat-axtarış işinin, narkotiklərlə mübarizənin, mütəşəkkil dəstələr və cinayətkar birliklər tərəfindən törədilən cinayətlərin qarşısının alınması, dini ekstremizmlə mübarizə funksiyalarının həyata keçirilməsi nazirliyin cinayət axtarış qurumlarının üzərinə qoyulmuşdur. Cinayət axtarış şöbəsinin statusunun artırılaraq idarəyə çevrilməsi və əvvəllər ayrılıqda fəaliyyət göstərən narkotiklərlə mübarizə və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbələrinin bu idarəyə birləşdirilməsi yeni vəzifələr müəyyən etməklə, bu xidmətin daha operativ işləməsini zəruri etmişdir. Cinayət törətmiş şəxslərin dərhal müəyyən olunması, əməliyyat fəaliyyətinin düzgün təşkil olunması, axtarışa verilmiş şəxslərin tutulması işi daha peşəkar qurulmalı, baş verə biləcək cinayətlərin qarşısının alınması və açılması üçün nazirliyin bütün qurumları birgə işləməlidirlər. Narkotiklərlə bağlı hüquqpozmaların qarşısının alınması və tutulan narkotik vasitələrin saxlanılmasında yol verilən nöqsanlar bir daha təkrarlanmamalı, narkotik vasitələr saxlanc üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təhvil verilməlidir. Nazirliyin müvafiq qurumları kriminogen durumun təhlili əsasında cinayətkarlığın dinamikası və strukturunda baş verən dəyişiklikləri qiymətləndirməli, əməliyyat şəraitinə operativ müdaxilə edilməlidir. Müasir dövrün təhlükəli əməlləri olan kibercinayətkarlıq, adam oğurluğu, hədə-qorxu ilə tələb etmə, insan alveri, dini ekstremizm kimi cinayətlərin qarşısını almaq, bu sahədə digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birgə əməliyyat-axtarış tədbirlərini həyata keçirmək və məlumat mübadiləsi aparmaq ən mühüm vəzifələrdən olmalıdır.

Ali Məclisin Sədri deyib: Əməliyyat-axtarış fəaliyyətinin əsas iştirakçılarından olan nazirliyin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsinin işi də gücləndirilməlidir. Bu qurum üçün hər cür şərait yaradılmasına baxmayaraq fəaliyyət düzgün qurulmamışdır. Ona görə də nazirlik Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsinin fəaliyyətinin qanunvericiliyə uyğun təşkil edilməsi üçün tədbirlər görməlidir. Nəzərə alınmalıdır ki, bu qurum cinayətkarlığa qarşı mübarizədə və asayişin təmin olunmasında polis orqanları üçün əməliyyat marağı kəsb edən faktlar və şəxslər barədə məlumatlar əldə edilməsini həyata keçirir. Bunlar nəzərə alınaraq şöbə əməkdaşlarının digər fəaliyyətlərə cəlb olunmasına yol verilməməli, əməliyyat-axtarış tədbirləri qanunauyğun sənədləşdirilməli, məxfilik təmin edilməli, şöbə funksional vəzifələrinin icrasını təmin etməlidir. Nazirlikdə kadr işinin təkmilləşdirilməsi, peşəkar kadr korpusunun yaradılması nəzarətdə saxlanmalıdır. Şəxsi heyətlə müvafiq xidməti dərslərin, kursların keçirilməsi, müsbət təcrübənin yayılması təşkil olunmalı, bu sahədə Orta İxtisas Polis Məktəbinin imkanlarından istifadə edilməlidir. Kadrların yerləşdirilməsi və xidmətdən xaric olunmasında əvvəllər mövcud olmuş ədalətsiz yanaşmalar aradan qaldırılmalı, xidmətdə fərqlənən əməkdaşların irəli çəkilməsi, stimullaşdırılması qanunvericiliyə uyğun aparılmalıdır. Rayon-şəhər polis idarə və şöbə rəislərinin, habelə digər vəzifəli şəxslərin istəklərinə uyğun yerdəyişmə aparılması məhdudlaşdırılmalı, belə təkliflər araşdırılmalı, əsaslandırılmalı və nəticəsinə uyğun qərarlar qəbul edilməlidir. Nazirliyin rəhbərliyi şəxsi heyət tərəfindən xidməti intizama və qanunçuluğa riayət olunmasına ciddi nəzarət etməlidir.

Diqqətə çatdırılıb ki, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında da nizam-intizam və döyüş hazırlığı möhkəmləndirilməlidir. Şəxsi heyətin xidmətdənkənar işlərə cəlb olunmasına bir daha yol verilməməli, hərbi qulluqçuların xidmət-məişət şəraiti diqqətdə saxlanmalıdır. Nazirlikdə analitik-planlaşdırma işi yaxşılaşdırılmalı, cinayətkarlığın strukturuna təsir göstərən faktorlar öyrənilməli, əməliyyat şəraiti, polis orqanlarının fəaliyyətinin nəticələri təhlil edilməli, icra intizamının yaxşılaşdırılması üçün tədbirlər görülməlidir. Nazirliyin xidmətlərinin idarəçilik, təşkilatçılıq fəaliyyəti, onların yerli qurumlara təsirinin səmərəliliyi artırılmalıdır. Vətəndaşların qəbuluna, şikayətlərinin araşdırılmasına diqqətlə yanaşılmalı, daha çox yerlərdə qəbullar aparılmalı, bununla bağlı polis sahə müvəkkillərinin fəaliyyəti gücləndirilməlidir. Yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması üçün onların qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi hallarına qarşı tədbirlər davam etdirilməli, gənclərin yad təsirlərdən qorunması diqqətdə saxlanmalıdır. Bundan sonrakı dövrdə, ilk növbədə, yol verilən nöqsanlar aradan qaldırılmalıdır. Muxtar respublikada polis orqanlarının işgüzarlıq keyfiyyətləri artırılmalı, polis dövlətə və xalqa sədaqətlə xidmət etməli, insanların inam və etibarını qazanmalıdır.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin “Gərək elə işləyəsiniz, özünüzü elə göstərəsiniz, vətəndaşlarla o qədər mülayim, amma cinayətkarlığa qarşı o qədər barışmaz olasınız ki, insanlar sizi dövlətin bir nümayəndəsi kimi sevsinlər”, - fikirlərinin xidmətin təşkilində əsas götürülməsinin vacibliyini bildirərək deyib ki, daxili işlər orqanlarının əməkdaşları yaradılan şəraitdən, maddi-texniki bazadan səmərəli istifadə etməli, xidməti günün tələbləri səviyyəsində qurmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO