REGİONLAR
Naftalanda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
Naftalan, 22 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Naftalanda da ədliyyə işçiləri peşə bayramlarını qeyd ediblər.
Ədliyyə işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ədliyyə işçiləri iştirak ediblər.
Çıxışlarda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi ədliyyə və məhkəmə islahatlarının həyata keçirilməsindən, bu sahədə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışılıb.