İQTİSADİYYAT
“Nar Mobile” abunəçilərinə “Limitsiz” tarif təklif edir
Bakı, 12 yanvar, AZƏRTAC
“Nar Mobile” mobil operatoru abunəçilərinə “Limitsiz” tarif təklif edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tarifə qoşulmuş “Nar” istifadəçiləri limitsiz şəbəkədaxili dəqiqələr və gündəlik 100 SMS-dən zövq alacaqlar. "Limitsiz" tarifinə qoşulmaq çox bəsitdir. Bunun üçün Limitsiz yazaraq 777 nömrəsinə mesaj göndərmək və yaxud *777#111#YES şifrəsini yığmaq kifayətdir. Tarif çərçivəsində qalıq borcu *777#52#YES kodunu yığmaqla yoxlamaq olar. Təqdim olunan bonus qalığı barədə məlumat üçün telefonun ekranında *777#51#YES, cari tarifi öyrənmək üçün isə *777#230#YES şifrəsini yığmaq lazımdır.
Əlavə məlumatı “Nar Mobile” mobil operatorunun rəsmi İnternet səhifəsindən əldə edə bilərsiniz: https://www.narmobile.az/az/pages/default/pageName=tariff_catalog&id=105/