“NARKOMANLIQ ƏSRİN FACİƏSİDİR” MÖVZUSUNDA SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
RİH-in başçısı İbrahim Mehdiyev, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri İsrafil Əliyev, Respublika Narkoloji Dispanserinin baş həkimi Könül Əliyeva, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, rayon polis idarəsinin rəisi Həsən Əliyev və başqaları son illər Azərbaycanda narkomanlığın qarşısının alınmasına yönəldilmiş tədbirlərdən, hüquq mühafizə orqanlarının narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizədə qazandıqları uğurlardan, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Bildirilmişdir ki, ölkə gəncləri əsrin faciəsi olan və düzgün olaraq, “ağ ölüm” adlandırılan narkomanlıqla ardıcıl, amansız və barışmaz mübarizə aparmalıdırlar. Azərbaycanda gənclərin maraqlarını, mənalı istirahətini təmin etmək üçün hər cür şərait yaradılmışdır. Gənclərimiz, ulu öndər, ümummilli lider Heydər Əliyevin siyasi xəttini əzmlə həyata keçirən Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Cünki gənclər bizim gələcəyimizdir və ölkə rəhbərliyi də dövlətin gələcəkdə sağlam əllərdə olmasını istəyir.
Seminar-müşavirədə iştirakçılar adından Azərbaycan gənclərinə müraciət qəbul olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:54]
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]