Narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Xızı sakini saxlanılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildirilib ki, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimov qəsəbə ərazisində tutulub.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 18.06.2026 [18:21]
“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə elan edilib
- 18.06.2026 [18:07]
ƏƏSMN ilə BMqT arasında əməkdaşlıq genişləndirilir
- 18.06.2026 [17:50]