Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib
Bakı, 13 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.İsrafilov saxlanılıb. Axtarış zamanı ondan 3 kiloqram 273 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat davam edir.