Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərdən marixuana aşkarlanaraq götürülüb
Bakı, 18 avqust, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri F.Nəcəfov və əvvəllər məhkum olunmuş A.Baranov saxlanılıblar.
Şəxsi axtarış zamanı F.Nəcəfovdan 440 qram, A.Baranovdan isə 480 qram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.