Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər saxlanılıb
Bakı, 6 yanvar, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən yeddi nəfər Bakı sakini saxlanılıb.
Axtarış zamanı onlardan ümumilikdə 430 qrama yaxın heroin, 11 qramdan artıq metamfetamin və 2 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb.