NASA ötən ilin ən yaxşı fotoşəkillərini təqdim edib
Bakı, 20 may, AZƏRTAC
NASA “İlin fotoqrafı” illik mükafatının qaliblərinin adlarını elan edib. Kosmosa dair fotomüsabiqənin əsas mükafatına Maykl Demoker layiq görülüb.
Budəfəki müsabiqədə kosmosda olan astronavtların fotoşəkilləri iştirak etməyib. Əsas diqqət mərkəzində isə 2024-cü ildə çəkilən və Yer kürəsinin heyrətamiz mənzərələrini, onun ətrafında baş verən hadisələri əks etdirən fotoşəkillər olub.
AZƏRTAC həmin şəkilləri təqdim edir.