NATO-nun Baş katibi ABŞ və Rusiya liderləri arasında telefon danışığını müsbət qiymətləndirib
Bakı, 20 may, AZƏRTAC
NATO-nun Baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığını Ukrayna münaqişəsinin nizamlanması üçün müsbət addım hesab edir.
AZƏRTAC xəbər verir ki, Mark Rütte bunu Avropa İttifaqının Xarici İşlər Şurasının müdafiə nazirləri və xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində keçirilən iclasından öncə deyib.
“Yanvar ayınadək Rusiya ilə heç bir danışıq olmayıb. ABŞ və Rusiya prezidentləri arasında ünsiyyət kanalının açması müsbət haldır”, - deyə Baş katib bildirib. O, həmçinin bu vəziyyətdə lider rolunu öz üzərinə götürdüyü üçün ABŞ tərəfinə minnətdarlığını bildirib.
Qeyd edək ki, mayın 19-da Donald Tramp və Vladimir Putin arasında telefon danışığı baş tutub. Tramp Ukrayna münaqişənin həlli prosesinə mane olmamaq üçün Rusiyaya qarşı sanksiyaları sərtləşdirmədiyini vurğulayıb. Rusiya Prezidenti isə öz növbəsində amerikalı həmkarı ilə söhbətin çox konstruktiv keçdiyini deyib.
Kremlin məlumatına görə, telefon danışığı zamanı ABŞ və Rusiya prezidentləri Ukrayna münaqişəsi də daxil olmaqla, bütün məsələlər üzrə dialoqun davam etdirilməsi və gələcəkdə şəxsi görüşün təşkilinin mümkünlüyü barədə razılığa gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır
- 01.10.2026 [12:24]
“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib
- 01.10.2026 [11:42]