NATO-nun Kosovodakı qüvvələrinə rəhbərlik Türkiyəyə keçib VİDEO
Belqrad, 10 oktyabr, AZƏRTAC
NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinə (KFOR) rəhbərlik Türkiyəyə keçib.
AZƏRTAC xəbər verir ki, ötən il oktyabrın 10-da KFOR-a rəhbərliyi Macarıstandan təhvil alan İtaliyanın komandanlıq müddəti başa çatıb. Türkiyə sülhməramlı qüvvələrin komandanlığını oktyabrın 10-da İtaliyadan təhvil alıb.
Türkiyə 1999-cu ildən bu vaxtadək Kosovoda xidmət aparan KFOR-a ilk dəfə rəhbərlik edəcək. KFOR-un komandiri vəzifəsinin icrası general-mayor Özkan Ulutaşa həvalə olunub.
1999-cu il iyunun 12-də Kosovoda fəaliyyətə başlayan sülhməramlı qüvvələrin şəxsi heyətində ümumilikdə 27 ölkədən 4500-dən çox hərbi personal var. Türkiyə hərbçilərin sayına görə ikinci yerdədir. Türkiyə tərəfi KFOR-u Balkan regionunda sülh və sabitliyin təmin olunmasında ən mühüm missiyalardan biri kimi qiymətləndirir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]