Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan - dayanıqlı sosial-iqtisadi inkişaf, keçmişə hörmət, gələcəyə inam

Naxçıvan, 9 iyun, AZƏRTAC

Dövlət başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasının reallaşdırılması qədim diyarın inkişafına yol açır

Qlobal, planetar xarakterli amillərin həyatın, demək olar ki, bütün sahələrində - iqtisadi, sosial, siyasi, humanitar-mədəni sahələrdə gedən proseslərə nüfuz etdiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər qədim diyarın inkişafının davamlılığını təmin edir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin uğurla davam etdirilməsi, görülən hər bir işin elmi əsaslara söykənməsi, uzunmüddətli inkişafın tərkib hissəsi olması sosial proqramların reallaşdırılmasına, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasının həyata keçirilməsi ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə diqqətin daha da artmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilib. May ayında görülən işlər, əldə olunan nəticələr, müəyyənləşdirilən yeni hədəflər də bu inkişafın davamlı xarakter aldığını bir daha sübut edir.

Ötən ay dövlətin vətəndaşına göstərdiyi diqqəti, insan amilinə verilən yüksək dəyəri ifadə edən bir sıra tədbirlərlə tarixdə öz yerini tutub. Bu mənada, may ayının ümumi mənzərəsinə nəzər yetirdikdə bəzi mühüm məqamlar diqqəti cəlb edir. Ötən ay biz bir daha Azərbaycanın dünənini və bu gününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan Heydər Əliyev siyasi xəttinə sarsılmaz sədaqətin, tarixi keçmişimizə böyük hörmətin, geniş miqyas alan kompleks quruculuq və abadlıq işlərinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən diqqətin, insanların həyat şəraitinin daha yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin, pandemiya ilə mübarizədə görülən məqsədyönlü və ardıcıl işlərin, ümumilikdə isə sosialyönümlü, diversifikasiya olunmuş, özünüinkişaf qabiliyyətli iqtisadiyyatın daha da möhkəmlənməsi, kənd təsərrüfatının bütün sahələrinin inkişafının davamlı xarakter alması üçün atılan addımların növbəti dəfə şahidi olduq.

Ölkə və dünya əhəmiyyətli tarixi abidələrimizin bərpası və yenidən qurulması istiqamətində görülən işlər davamlı xarakter alıb

Bir ölkənin, diyarın gələcəyi onun köklərinə bağlılığı, dahilərinə, tarixi şəxsiyyətlərinə hörmət və ehtiramı, gələcəyə inamı və birliyi ilə birbaşa bağlıdır. Bu mənada Naxçıvan keçmişə hörmətlə, bu günümüzə diqqətlə, gələcəyə inamla daha böyük uğurlara doğru irəliləyir. Diyarımızın qədim tarixi, mədəniyyəti və zəngin mətbəxi turizmin inkişafı üçün geniş imkanlar açır. Bu torpaqda min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izləri həm də tarixi abidələrdə - buzxanalarda yaşadılır. Qədimdə insanların buza olan tələbatını ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı buzxanalarda bu gün milli mətbəx nümunələrimizin təbliği tarixi və mədəni irsimizin yaşadılmasına hesablanmış tədbirlərdəndir. Ali Məclis Sədrinin tapşırığı ilə Naxçıvan şəhərindəki buzxananın bərpa olunması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Mayın 5-də Naxçıvan şəhər buzxanası bərpa və yenidənqurmadan sonra istifadəyə verilib, abidədə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş şəraiti yaradılıb.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını ölkə əhəmiyyətli tarixi abidəmiz olan Naxçıvan şəhər buzxanasının bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə təbrik edib. Ali Məclisin Sədri deyib: “Buzxanalar insan təfəkkürünün məhsuludur. Texnologiyanın olmadığı bir dövrdə xalqımızın yaratdığı buzxanalar insanları isti yay günlərində buzla təmin etmişdir. Bu da Azərbaycan xalqının tarixən nə qədər böyük inkişaf yolu keçdiyini göstərir. Çünki tarixi abidələr hər bir xalqın uzun illər ərzində formalaşdırdığı mədəniyyətin nəticəsində yaranmışdır. Xalqımızın keçdiyi yol və malik olduğu mədəniyyət neçə əsr bundan əvvəl tarixi abidələrin, o cümlədən buzxanaların yaranmasına səbəb olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin tövsiyə və tapşırıqlarına əsasən ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da abidələr bərpa olunur. Muxtar respublikada bu işə tarixi abidələrin pasportlaşdırılması ilə başlanılmışdır. Daha sonra abidələr tədqiq olunaraq öyrənilmiş, hansı kateqoriyaya aid olduqları müəyyənləşdirilmiş və bərpa edilmişdir. Belə abidələrdən biri də Naxçıvan şəhərində yerləşən və XII-XIV əsrlərə aid olan buzxanadır”.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib, abidənin bərpasında əməyi olanlara təşəkkür edib, yaradılan şəraitlə maraqlanıb, milli mətbəx nümunələrimizin təbliği ilə bağlı tapşırıqlar verib.

Buzxana abidəsinin tarixi görkəmi qorunub saxlanılmaqla bərpa olunması ona ikinci həyat verib. Abidədə xalqımızın milli dəyərlərinin bir hissəsi olan kulinariya mədəniyyəti yaşadılacaq və təbliğ olunacaqdır. Bu gün Naxçıvan Dövlət Universitetində müvafiq ixtisas üzrə kadr hazırlığının aparılması və həmin ixtisasın hamiliyə götürülməsi, eləcə də gənclərimizə kulinariya mədəniyyətimizin öyrədilməsi qarşıda duran əsas vəzifələrdəndir. Ona görə də buzxanada Naxçıvan Turizm Departamentinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin fəaliyyəti üçün şərait yaradılıb, yeni iş yerləri açılıb. Burada milli mətbəx nümunələrimiz hazırlanaraq təbliğ olunacaq, həm tariximiz, həm də dəyərlərimiz yaşadılacaqdır. Muxtar respublikanın Turizm Departamenti abidənin qorunmasında və yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunmasında yaxından iştirak edəcək.

1941-1945-ci illər müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi ehtiramla anılıb

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıblar. 402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınıb. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən həmyerlilərimiz göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazıblar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i “Qırmızı ulduz”, 29-u “Qırmızı bayraq” ordenləri ilə təltif olunublar.

Bu gün ölkəmizdə, o cümlədən muxtar respublikada müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır, hər il faşizm üzərində qələbə günü qeyd olunur. Qələbənin 75-ci ildönümü muxtar respublikada qeyd olunub.

Mayın 9-da Naxçıvan Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gələrək abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirib.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslər daim diqqət mərkəzində saxlanılır

Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmətlərin göstərilməsi, onların təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi daim diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, təkcə bu il müvafiq kateqoriyalı 179 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 108 şəxsə müalicə müəssisələrinə göndəriş, 110 nəfərə texniki reabilitasiya vasitələri verilib, 120 nəfər protez-ortopedik məmulatlarla təmin edilib. Sosial qayğıya ehtiyacı olan 334 nəfərə evlərində, 6 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib. 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 11 nəfərə minik avtomobilləri təqdim edilib.

Bu istiqamətdə həyata keçirilən tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevin “Vətən müdafiəçiləri cəmiyyətimizdə ən hörmətli adamlardır. Bu adamlara qayğı göstərmək, onların problemlərini həll etmək hamının borcudur”, - sözlərinin daim rəhbər tutulmasının nəticəsidir ki, bu gün Naxçıvanda Vətənimizin müdafiəsi zamanı sağlamlıqlarını itirən şəxslər hərtərəfli qayğı ilə əhatə olunublar. Onların sağlamlıqlarının bərpası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və minik avtomobilləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır.

Mayın 9-da - faşizm üzərində Qələbənin 75-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ-Lifan-330” markalı minik avtomobilləri təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri qələbənin 75 illiyi münasibətilə müharibə veteranlarını, həlak olmuş şəxslərin ailələrini, bütün muxtar respublika sakinlərini və tədbir iştirakçılarını təbrik edib, avtomobillərin həm də ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ərəfəsində təqdim olunduğunu bildirərək deyib: “Ümummilli Liderimizin siyasi fəaliyyətində dövlət-xalq birliyi əsas yer tutur. Bu gün Ulu Öndərimizin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə dövlət-xalq birliyi daha da möhkəmləndirilir. Bunun nəticəsi olaraq xalq və Vətən qarşısında xidməti olanların əməyi layiqincə qiymətləndirilir. Bu gün avtomobillərin təqdim olunması da xidməti vəzifələrini layiqincə yerinə yetirən şəxslərə dövlətimiz tərəfindən verilən qiymətdir. Dövlətinə sədaqətli olan insanların əməyinin qiymətləndirilməsi isə digər vətəndaşlarımız üçün nümunədir”.

Ali Məclisin Sədri Vətən qarşısında borclarını layiqincə yerinə yetirdiklərinə görə avtomobillə təmin olunanlara təşəkkürünü bildirib və avtomobillərin açarlarını təqdim edib.

Qədirbilən naxçıvanlılar əvəzolunmaz liderin ölkəmiz naminə gördüyü işləri heç vaxt unutmurlar

Bugünkü müstəqil Azərbaycan Respublikası, sürətlə inkişaf edən, çiçəklənən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderimiz bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Buna görə bütün Azərbaycan xalqı kimi, qədirbilən naxçıvanlılar da əvəzolunmaz liderin ölkəmiz naminə gördüyü bütün işləri heç vaxt unutmur, Onu həmişə ehtiramla yad edirlər.

Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Ali Məclisin Sədri Heydər Əliyev Muzeyinə gələrək Ulu Öndərimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Heydər Əliyev Muzeyinin əməkdaşları ilə görüşən Ali Məclisin Sədri onlara təşəkkürünü bildirərək deyib: “Heydər Əliyev Muzeyi Azərbaycanda Ümummilli Liderimizin sağlığında - 1999-cu ildə yaradılan ilk muzeydir. Muzeyin ilk ziyarətçisi də ümummilli liderimiz Heydər Əliyev olmuş, dahi şəxsiyyət muzeyin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir. Ötən dövrdə muzeyin fondu xeyli zənginləşmiş, mühüm tədbirlər keçirilmişdir. Muzeyin yeni eksponatlarla zənginləşdirilməsi bundan sonra da diqqətdə saxlanılmalı, internet saytı yenilənməli, virtual fəaliyyət təmin olunmalı, ziyarətçilərə ətraflı məlumat verilməli, dahi şəxsiyyətin həyat və fəaliyyəti təbliğ olunmalıdır.

Ulu öndər Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bu gününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan dövlətçilik yoludur. Dahi şəxsiyyətin həyatı və siyasi fəaliyyəti Azərbaycan xalqının milli sərvətidir”.

Ulu Öndərin quruculuq siyasətinin növbəti bəhrəsi - dahi şəxsiyyətin doğum günündə yeni parkın açılışı olub

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işləri Naxçıvan şəhərini də əhatə edib. İnzibati və yaşayış binalarının istifadəyə verilməsi ilə yanaşı, yeni parklar salınır, sakinlərin və turistlərin mənalı istirahəti təşkil olunur. Naxçıvan şəhərində tarixi görkəm qorunub saxlanılmaqla yanaşı, həm də müasir şəhər infrastrukturu yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Sahil Parkının yaradılması da bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır.

Mayın 10-da - ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilib.

Tədbirdə iştirak edən Ali Məclisin Sədri Ulu Öndərin doğum günü və yeni parkın açılışı münasibəti ilə muxtar respublika sakinlərini təbrik edib. Ali Məclisin Sədri deyib: “İnsanlar vardır ki, həm sağlığında, həm də dünyasını dəyişəndən sonra onların əməlləri yaşayır, xalqına və dövlətinə uğur gətirir, ölkəsinin inkişafına xidmət edir. Ümummilli Liderimiz də belə şəxsiyyətlərdəndir. O, sağlığında Azərbaycan dövlətini müstəqillik və inkişaf yoluna çıxarmışdır. Bu gün də dahi şəxsiyyətin yolu Azərbaycan xalqının və dövlətinin inkişafına xidmət edir. Ona görə də hər il Ulu Öndərin doğum günü Azərbaycanda bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Dahi şəxsiyyətin doğum günündə Naxçıvan şəhərində yeni parkın istifadəyə verilməsi də Ulu Öndərin xatirəsinə və onun şəxsiyyətinə olan böyük ehtiramın daha bir ifadəsidir. Bu gün dünyada böyük problemlər var. Lakin Ümummilli Liderimizin yolunun davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda sabitlik, inkişaf və tərəqqidir”.

Parkda yaradılan şəraitlə tanış olan Ali Məclisin Sədri parkın turist marşrutlarına daxil edilməsi və yaradılan şəraitin qorunub saxlanılması barədə tapşırıqlar verib.

Süni Mayalanma Mərkəzinin yaradılması heyvandarlığın inkişafında yeni mərhələnin əsasını qoyub

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 22 fevral və 2019-cu ilin 22 noyabr tarixli Sərəncamlarına əsasən Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılması heyvandarlığın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Mayın 12-də Ali Məclisin Sədri Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanıb.

“Muxtar respublikada süni mayalanma işi ən kiçik detallar nəzərə alınmaqla həyata keçirilir. Bu sahədə fəaliyyətin düzgün təşkili, heyvanların cins tərkibinin yaxşılaşması insanların gəlirlərinin nəzərəçarpacaq dərəcədə artmasına imkan verəcəkdir. Bu gündən etibarən Süni Mayalanma Mərkəzi tədris sahəsi kimi baytarlıq təbabəti ilə məşğul olanların istifadəsinə verilir”, - deyən Ali Məclisin Sədri yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunacağına və mərkəzin inkişafının təmin ediləcəyinə əminliyini bildirib.

Ali Məclisin Sədri deyib ki, Süni Mayalanma Mərkəzi muxtar respublikada heyvandarlığın və maldarlığın inkişafına, bu sahədə mütəxəssislərin yetişməsinə böyük təkan verəcəkdir. Mərkəz istifadəyə verildikdən sonra baytar həkimlərin təcrübə və peşəkarlıqları daha da artacaqdır. Əvvəllər süni mayalanma materiallarının qonşu ölkələrdən gətirilməsində çətinliklər yaranırdı. Lakin bundan sonra azot istehsalı da daxil olmaqla, bütün materiallar yerli istehsal hesabına həyata keçiriləcək.

Onu da qeyd etmək lazımdır ki, muxtar respublikada nə keçmiş Sovetlər Birliyi dövründə, nə də müstəqillik illərində Süni Mayalanma Mərkəzi olmayıb. Lakin 15 ilə yaxın bir dövrdə muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılıb, süni mayalanma tədbirləri həyata keçirilib. Törədici toxumların və digər avadanlıqların idxal olunmasına baxmayaraq ötən dövrdə muxtar respublikada 83 min başa yaxın mal və camışlarda süni mayalanma aparılıb, 60 minə yaxın cins buzov alınıb. Artıq mal-qaranın cins tərkibində ciddi dəyişiklik vardır. Zərurət nəzərə alınaraq muxtar respublikada müasir Süni Mayalanma Mərkəzinin yaradılması bu istiqamətdə görülən işlərə öz əsaslı töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizədə ardıcıl tədbirlər həyata keçirilir

Koronavirus pandemiyasına qarşı muxtar respublikada kompleks qabaqlayıcı tədbirlər görülüb. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, virusun muxtar respublikada yayılmasının qarşısı alınıb. Bunun əsas səbəbi isə odur ki, Naxçıvan Muxtar Respublikasında da koronavirusla mübarizə tədbirləri ilk günlərdən diqqətdə saxlanılıb. Martın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib, Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyənləşdirilib, virusun aşkar edilməsi ilə bağlı müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar yaradılıb. Səhiyyə müəssisələrinə ümumi dəyəri 2 milyon 970 min manat olan yeni tibbi avadanlıqların, dərman və ləvazimatların alınması da bu sahədə görülən işlərin davamıdır. Muxtar respublikada koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərin sosial müdafiəsi də gücləndirilib, bununla bağlı müvafiq Sərəncamlar imzalanıb.

Mayın 14-də Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə sahəsində görülən işlərlə bağlı tədbir keçirilib, bu məqsədlə alınmış yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunub.

Tədbirdə iştirak edən Ali Məclisin Sədri ölkəmizdə pandemiya ilə mübarizə və əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

“Pandemiya ilə mübarizə yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Əhalinin də tətbiq olunan qaydalara əməl etməsi vacib məsələdir. Ona görə də görülən bütün işlərdə sakinlər həmrəylik nümayiş etdirməli, ictimai yerlərdə və parklarda, eyni zamanda ictimai-iaşə obyektlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmalıdır”, - deyən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında hər kəsə uğurlar arzulayıb. Sonra yeni alınmış tibbi avadanlıqlara baxış olub.

Culfa müasir görkəmə qovuşub, Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib

Dünyanın böyük bir problemlə qarşılaşmasına baxmayaraq, ölkəmizdə və muxtar respublikada quruculuq işləri öz axarı ilə davam edir. Culfa şəhərində və rayonun kəndlərində aparılan quruculuq işləri də insan amilinə verilən dəyəri ifadə edir. Rayonda dayanıqlı iqtisadi sistemin formalaşdırılması, yeni iş yerlərinin açılması sakinlərin rahat yaşayışına səbəb olub, abadlıq-quruculuq tədbirləri Culfa şəhərini müasir görkəmə qovuşdurub. Mayın 15-də şəhərin Heydər Əliyev prospekti əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Ali Məclisin Sədri Vasif burada görülən işlərlə tanış olub.

Muxtar respublikada informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi sahəsində kompleks tədbirlər həyata keçirilir. Bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilib. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı təmin edilib, bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin olunub. Hazırda muxtar respublikanın ən ucqar dağ kəndlərində də sakinlərin yeni texnologiyaların imkanlarından və müasir rabitə xidmətindən istifadəsinə lazımi şərait yaradılıb.

Rabitə sahəsində həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Culfa rayonunun bütün yaşayış məntəqələrini əhatə edən 9 min 344 nömrə yerlik 28 yeni nəsil Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib. İstər binanın tikilib istifadəyə verilməsi, istərsə də yeni nəsil telekommunikasiya sistemlərinin qurulması rayonda rabitənin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Artıq Culfa rayonunun bütün yaşayış məntəqələrində insanlar ən müasir rabitə xidmətindən istifadə edəcəklər. Mayın 15-də Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib.

Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri bu münasibətlə rayon sakinlərini təbrik edib, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib. Sonra Ali Məclisin Sədrinə Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi haqqında məlumat verilib.

Hərtərəfli inkişaf edən Şərur rayonunun yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq işləri görülüb

“Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, - deyən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf mərhələsinə qədəm qoyub. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun da hərtərəfli inkişafına səbəb olub. Rayonun yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq tədbirləri geniş vüsət alıb. Aparılan genişmiqyaslı quruculuq işlərindən Muğancıq-Mehrab və Məmmədsabir kəndlərinə də pay düşüb. Həmin yaşayış məntəqəsində kənd tam orta məktəbi, kənd və xidmət mərkəzləri, yeni həkim ambulatoriyası, Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolu sakinlərin istifadəsinə verilib. Mayın 18-də Ali Məclisin Sədri açılış tədbirlərində iştirak edib, yaradılan şəraitlə tanış olub.

Həmin gün Ali Məclisin Sədri Məmmədsabir kəndində də kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının açılışında iştirak edib.

Muğancıq-Mehrab və Məmmədsabir kəndlərində uşaqların yaxşı təhsil alması üçün müasir məktəbin, dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzlərinin, əhalinin gündəlik mallara olan tələbatının ödənilməsi üçün xidmət mərkəzlərini, kənd avtomobil yolunun istifadəyə verilməsi, qaz, elektrik və rabitə sisteminin, əkin sahələrinin suvarılması üçün su arxlarının yenidən qurulması bir sıra məsələlərin həllinə öz töhfəsini verməklə sakinlərin rahat və firavan yaşayışını təmin edəcək, məskunlaşmanı artıracaq, ailə təsərrüfatlarının inkişafına şərait yaradacaqdır. Bu şərait imkan verir ki, kənd əhalisi bol məhsul istehsal edərək bazara çıxarsın, o cümlədən dövlətin qəbul məntəqələrinə təhvil versinlər. Bu gün kənddə yeni evlər tikilir, insanların yaşayış şəraiti yaxşılaşdırılır. Bütün bunlar da ölkəmizin həmin kəndlərin timsalında ümumi inkişafının göstəricisidir.

Kənd təsərrüfatı texnikaları ilə təminat məhsul istehsalında rentabelliyi artırır

Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir. Yeni innovativ texnologiyaların tətbiqi muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artmasına səbəb olub. Bu da əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına imkan verir.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər içərisində texnika ilə yanaşı, toxum və su təminatı da mühüm yer tutur. Artıq muxtar respublikada torpaq mülkiyyətçiləri məhsuldar yerli toxumlarla təmin edilir, eyni zamanda müasir hidrotexniki qurğuların, su anbarlarının tikilməsi yaz və payız suvarma mövsümünün mütəşəkkil keçirilməsinə imkan verir. Bütün bunlar kənd təsərrüfatı sahəsində məşğulluğu təmin etməklə yanaşı, həm də bol məhsul istehsalına və ixrac imkanlarının yaranmasına səbəb olub.

Mayın 21-də muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib, yeni alınmış kənd təsərrüfatı texnikalarına baxış keçirilib.

Ali Məclisin Sədri çıxış edərək deyib: “Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı və həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidentinin qayğısı ilə 2019-cu ildə aqrolizinq sahəsində xidmətlərin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər çərçivəsində alınmış yeni kənd təsərrüfatı texnikaları bu gün təqdim olunur. Yeni texnikalar əkin və biçin işlərinin rahat həyata keçirilməsinə imkan verəcək, taxılçılıq, meyvəçilik və tərəvəzçilik sahələrində əl əməyini yüngülləşdirəcəkdir”.

Ali Məclisin Sədri yeni texnikaların bu sahədə təcrübəsi olan şəxslərə verilməsi və onlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib. Sonra yeni alınmış texnikalara baxış olub.

“Badamlı” Mineral Sular Zavodunun istifadəyə verilməsi ixrac imkanlarını daha da artırır

Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. “İxrac ili”ndə Badamlı mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır. Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Xarici bazarda Badamlı suyuna tələbatın artması yeni zavodun tikilməsini zəruri etmişdir. Eyni zamanda mineral su ixracına sertifikat verən təşkilatların rəylərində də qeyd olunur ki, mineral sular mənbədən ən çox 3 kilometr məsafəyə daşınaraq istehsal olunmalıdır. Bütün bunlar əsas götürülərək iqtisadi dəyərləndirmə aparılmış və Badamlı qəsəbəsində yeni zavod tikilmişdir. Sovetlər Birliyi dövründə Badamlı qəsəbəsində qurulan zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdu. Bu gün istifadəyə verilən yeni zavodda isə su ehtiyatından 100 faiz istifadə olunacaqdır. Müəssisənin illik istehsal gücü 150 milyon şərti butulkadır. Vaxtilə burada yalnız bir çeşiddə qazlı su istehsal olunurdusa, hazırda 14 çeşiddə və müxtəlif qablaşdırmalarda qazlı, qazsız, eləcə də premium su istehsal ediləcəkdir. Bütün bunlar da muxtar respublikanın ixrac imkanlarının artırılmasına və məşğulluğun təmin olunmasına mühüm töhfədir. Zavodda 72 nəfər işlə təmin edilmişdir. Fəaliyyətin səmərəli qurulması gələcəkdə yeni iş yerlərinin açılmasına və digər təbii sərvətlərimizdən də səmərəli istifadəyə imkan verəcəkdir”.

Ali Məclisin Sədri zavodun qurulmasında əməyi və təşəbbüsü olanlara təşəkkürünü bildirib, zavodu işə salıb.

Kollektivlə görüşən Ali Məclisin Sədri ərazidə yaşıllaşdırma işlərinin davam etdirilməsi, keyfiyyətə önəm verilməsi, istehsal və laboratoriya sənədlərinin zavodun internet saytında yerləşdirilməsi ilə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, 2009-cu ildən etibarən Badamlı mineral suyu 5 ölkəyə ixrac olunur. Lakin yeni zavodun istifadəyə verilməsi muxtar respublikada ixrac imkanlarının genişlənməsinə, büdcə daxilolmalarının artmasına və digər istehsal sahələrin yaranmasına da imkan verəcəkdir.

Ali Məclisin növbəti sessiyasının gündəliyində bir sıra mühüm məsələlər yer alıb

Mayın 23-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi kimi məsələlər verilib. Qanunvericiliyə əsasən Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyi səsə qoyulub və o, Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib. Sessiyada müzakirə olunan ikinci məsələ ilə əlaqədar hazırlanmış qanun layihəsi oxunub və səsə qoyularaq qəbul edilib. Sonra İntizam Komissiyası yaradılıb, komissiyaya Ali Məclisin deputatları sırasından 5 üzv seçilib.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq deyib: “Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin ötən dövründə həyata keçirilən tədbirlər, xüsusilə də insanların sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və iqtisadi sabitliyin qorunması ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Qarşıdakı dövrdə də Ümummilli Liderimizin yoluna sədaqət muxtar respublikada kompleks inkişafa səbəb olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Liderin vəzifəsidir xalqı qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir... Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”.

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu dövlət müstəqilliyinin bəhrəsi qüdrətli Azərbaycandır. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi müstəqilliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirir. Ölkə rəhbərinin müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvan Muxtar Respublikasında hər bir yaşayış məntəqəsinin davamlı inkişafına səbəb olub.

Mayın 27-də - Respublika Günü ərəfəsində muxtar respublikanın ən gənc rayonu olan Kəngərli rayonunda yeni obyektlər istifadəyə verilib. Həmin gün “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialı istifadəyə verilib.

Ali Məclisin Sədri “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının istifadəyə verilməsi münasibətilə kollektivi və rayon sakinlərini təbrik edib. Muxtar respublika rəhbəri deyib: “28 May Respublika Günü ərəfəsində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kəngərli rayon filialının istifadəyə verilməsi müstəqilliyimizin bəhrələrindəndir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən çətindir”. Ölkəmizdə Heydər Əliyev siyasətinin davam və inkişaf etdirilməsi müstəqilliyimizi qoruyub saxlamış, bütün sahələrin, eləcə də bank sisteminin inkişafını təmin etmişdir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti də müstəqillik illərində yaranmış və inkişaf yolu keçmişdir”.

Ali Məclisin Sədri 28 May - Respublika Günü münasibətilə tədbir iştirakçılarını və onların timsalında bütün muxtar respublika sakinlərini təbrik edib.

Kəngərli rayonunda görülən quruculuq işləri bütün sahələri əhatə edib. Rayonda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihə çərçivəsində Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində su və kanalizasiya şəbəkəsinin, Qarabağlar, Yurdçu, Xok və Qabıllı kəndlərində su şəbəkəsinin tikintisinin aparılması nəzərdə tutulub.

Mayın 27-də Ali Məclisin Sədri layihəyə baxıb, işlərin 2021-ci ildə başa çatdırılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə sahiblik nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Ali Məclis Sədrinin tapşırığına əsasən muxtar respublikanın qədim yaşayış məntəqələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamının bərpa olunması da bu istiqamətdə görülən işlərin davamıdır.

Mayın 27-də Ali Məclisin Sədri aparılan bərpa işləri ilə maraqlanıb. Muxtar respublika rəhbəri Şahtaxtı kəndindəki Şərq hamamının bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək deyib: Muxtar respublikada Şərq üslubunda tikilmiş 10-a yaxın tarixi hamam qeydiyyata alınmış, Ordubad və Naxçıvan şəhərlərindəki, Şərur rayonunun Yengicə kəndindəki qədim hamamlar bərpa olunmuşdur. Bu gün isə Şahtaxtı kəndindəki hamam yenidənqurmadan sonra istifadəyə verilir. Şahtaxtı kəndindəki Şərq hamamı uzun illər bu ərazidə yaşayan insanların sağlamlığına və təmizliyinə xidmət edib. Hamamın tarixi abidə kimi bərpası vaxtilə onu tikənlərin də xatirəsinin yad edilməsidir. Bu abidə xalqımızın mədəniyyətinin və təfəkkürünün göstəricisi olmaqla yanaşı, həm də muxtar respublikada bioqazla qızdırılan ilk hamam olmuşdur”.

Ali Məclisin Sədri abidənin yenidən qurulmasında iştirak edən bütün bərpaçılara təşəkkür edib.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xətti Naxçıvan Muxtar Respublikasının inkişaf və tərəqqi yoludur

Ulu Öndərin siyasi xətti Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və tərəqqi yoludur. Bu gün muxtar respublikada dahi şəxsiyyətin yolunun davam etdirilməsi çoxşaxəli inkişafın əsasını qoyub, quruculuq işlərinin miqyası genişlənib. Məhz bunun nəticəsidir ki, may ayında da yeni-yeni nailiyyətlər əldə edilib. Ötən ayın ümumi mənzərəsi deməyə əsas verir ki, 30 ildir blokada şəraitində yaşayan muxtar respublika bu gün uğurla inkişaf edir. Dünya tarixində uzun illər blokadada yaşayan bir diyarın bu şəkildə inkişaf etməsinin ikinci bir nümunəsi yoxdur. Maraqlı məqam isə ondan ibarətdir ki, Naxçıvan 7 minillik tarixinin heç bir dövründə bugünkü kimi yüksək səviyyədə inkişafa nail olmayıb. Qədim diyarın var olduğu tarixi dövr ərzində ilk dəfədir ki, ən ucqar dağ kəndləri belə, abadlaşdırılıb, burada şəhər rahatlığı yaradılıb. Naxçıvan başdan-başa gülüstana çevrilib. Bu, müstəqil, qüdrətli Azərbaycan dövlətinin, dövlətimizə, dövlətçiliyimizə, Heydər Əliyev siyasi xəttinə sədaqətli olan naxçıvanlıların tarixi uğurudur. Bəli, Ulu Öndərimizin işıqlı yolunun uğurla davam etdirilməsi nəticəsində blokada şəraitində yaşayan Naxçıvanın inkişaf salnaməsi tarixə qızıl hərflərlə yazılır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb