NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlətçilik məsələləri” mövzusunda konfrans keçirilmişdir. Konfransı universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq demişdir ki, Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin qeyd edilməsi regionun sosial həyatının bütün sahələrində inkişaf istiqamətlərinin öyrənilməsi işinə təkan vermiş və bu sahədə çoxsaylı tədbirlər görülmüşdür.
Konfransda “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas mərhələləri”, “Naxçıvan Muxtar Respublikasında mənəvi mədəniyyətin formalaşması istiqamətləri”, “Naxçıvan Muxtar Respublikasında Konstitusiya quruculuğu” mövzularında məruzələr dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]