Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan: İqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi strategiyası uğurla həyata keçirilir

Naxçıvan: İqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi strategiyası uğurla həyata keçirilir

Naxçıvan, 14 iyun, AZƏRTAC

Heydər Əliyev ideyalarına sədaqət nümunəsi

Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizə parlaq səhifələr yazdı. Həmin dövrdə xaos və anarxiyanın hökm sürdüyü mürəkkəb siyasi şəraitdə çox böyük bir məsuliyyəti öz üzərinə götürən Ümummilli Lider tarixi xilaskarlıq missiyasını uğurla həyata keçirərək xalqımızın taleyində misilsiz rol oynadı. Bundan əvvəl isə 1990-1993-cü illərdə blokada vəziyyətinə salınmış, vaxtilə xain qonşularımızın ardıcıl hücumlarına məruz qalmış Naxçıvan Muxtar Respublikasında minbir çətinliklərə baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarını hazırladı, üçrəngli bayrağımızı qaldırdı, bu qədim diyarda milli birliyimizin və həmrəyliyimizin əsasını qoydu, milli ordumuzu formalaşdırdı, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə müdrikcəsinə və uzaqgörənliklə dövlətçilik ənənələri yaratdı.

Dahi şəxsiyyətin xalqımız qarşısında müqayisəolunmaz xidmətlərindən biri də müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə böyük bir nəsli milli-dövlətçilik ruhunda yetişdirməsi, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqilliyimizin əbədi və dönməz olması üçün sağlığında öz layiqli siyasi davamçısını müəyyənləşdirməsi oldu. Tarix və zaman Ulu Öndərimizin bu qərarının nə dərəcədə doğru olduğuna şahidlik etdi. Reallıqdır ki, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Dövlətimizin başçısının son 18 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi, vətənpərvərliyi sayəsində 2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında qazanılan zəfərlər Böyük Qələbəni daha da yaxınlaşdırdı. 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində ordumuz torpaqlarımızı erməni işğalçılarından təmizlədi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Artıq azad olunan əzəli torpaqlarımızda tikinti-quruculuq, abadlıq tədbirlərinə başlanılıb.

Məhz Böyük Qələbədən sonra, bu il mayın 10-da - Ulu Öndərimizin ilk doğum günündə Azərbaycan Prezidentinin Naxçıvana səfəri dahi şəxsiyyətin siyasi varisinin qədim diyara olan böyük sevgisinin, diqqət və qayğısının növbəti nümunəsi idi. Dövlətimizin başçısının vurğuladığı kimi: “Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə - Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”.

Azərbaycan Prezidentinin növbəti səfəri zamanı çox böyük sosial-iqtisadi, hərbi önəmə sahib yeni obyektlərin açılışı oldu. Dövlətimizin başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etdi. Ölkə rəhbəri, eləcə də “ASAN xidmət” mərkəzinin binasının tikintisi ilə tanış oldu, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun açılışlarına qatıldı. Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi, dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə də tanış oldu, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi. Bütün bunlar muxtar respublikanın bu günü və gələcək inkişafı, təhlükəsizliyi üçün çox böyük əhəmiyyət kəsb edən obyektlərdir. Blokada vəziyyətində yaşayan Naxçıvanda həyata keçirilən kompleks quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətini, inkişafını və tərəqqisini təcəssüm etdirir.

Bu gün Naxçıvan Muxtar Respublikası inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi sabitliyi bərqərar edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Sənaye, kənd təsərrüfatı inkişaf etdirilib, burada ümumi daxili məhsulda 10 dəfədən çox artım qeydə alınıb. Məhz bunun nəticəsidir ki, dövlətimizin başçısı son 20 il ərzində iqtisadi artımın templərinə görə Naxçıvan Muxtar Respublikasının rekordsmen bölgə olduğunu vurğulayıb. Ölkə rəhbəri deyib: “...Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Şəhidlərimizə ehtiram

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Dövlət-xalq-ordu birliyi 30 il işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi ilə nəticələndi.

Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq “Dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu, Vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, şəhidlərin xatirəsinə hörmət və ehtiramını bildirib.

Qeyd edək ki, mayın 3-də isə Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz Yusifov Əli Süləddin oğlunun cənazəsi muxtar respublikaya gətirilib. Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər. Ali Məclisin Sədri şəhidin xatirəsinə ehtiramlarını bildirib, şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verib.

Azərbaycanın tərəfdaşı olan xarici ölkələrlə iqtisadi,
mədəni, humanitar əlaqələr inkişaf edir

Muxtar respublikadakı əlverişli biznes və investisiya mühiti sahibkarlığın inkişafına təkan verib, yeni sənaye sahələri yaradılıb, idxaldan asılılıq minimuma endirilib, ixrac imkanları daha da artıb. Bütün sahələr üzrə yüksək nailiyyətlərin qazanılması muxtar respublikanın Azərbaycanın tərəfdaşı olan ölkələrlə iqtisadi-ticarət və mədəni əlaqələrinin genişləndirilməsinə hərtərəfli şərait yaradır. Xarici ölkələrin diplomatik korpuslarının, investisiya layihələrini dəstəkləyən beynəlxalq maliyyə təşkilatlarının nümayəndələrinin muxtar respublikaya səfərləri zamanı bu məsələlər həmişə diqqət mərkəzində olur.

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüşüb. Ali Məclisin Sədri qonağı yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırıb. Ali Məclisin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın muxtar respublikaya səfərini xatırladıb. Muxtar respublikada aqrar sahədə görülən işlərdən bəhs edən Ali Məclisin Sədri təqdim olunan yeni layihələrin bu baxımdan əhəmiyyətini qeyd edib. Ali Məclisin Sədri qonağın Naxçıvana səfərindən məmnunluğunu bildirib.

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırıb. Muxtar respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan bəhs edib.

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb. Ali Məclisin Sədri muxtar respublikanın sosial-iqtisadi inkişafı, təhsil sistemi, yeni texnologiyaların tətbiqi və internet təminatı, eləcə də ərzaq təhlükəsizliyi sahəsində görülən işləri diqqətə çatdırıb. Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri Ordubad rayonundakı Azadkənddə içməli su təminatının yaxşılaşdırılması layihəsini əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Ali Məclisin Sədri ali təhsil müəssisələri arasında əlaqələrin qurulması üçün geniş imkanların olduğunu vurğulayıb, Tokio Yay Olimpiya Oyunlarında muxtar respublika idmançısının iştirak edəcəyini xatırladıb.

Müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını
itirmiş insanlar daim dövlət qayğısı ilə əhatə olunurlar

Dövlətimizin başçısı deyib: “Əlimizdən gələni edəcəyik ki, müharibədən əziyyət çəkmiş, öz sağlamlığını, yaxınlarını itirmiş insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunsun”. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da bu kateqoriyadan olan insanlar diqqət mərkəzində saxlanılır. Şəhid ailələrinə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahədə xidmətlərin həcmi və keyfiyyəti ildən-ilə artırılır, onların müalicəsi üçün muxtar respublikada fəaliyyət göstərən reabilitasiya müəssisələri müasir avadanlıqlarla təchiz olunur. Müvafiq kateqoriyadan olan vətəndaşlar müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, müharibə veteranları, şəhid ailələri üçün mənzillər tikilir, sağlamlıq imkanları məhdud şəxslərə minik avtomobilləri verilir.

Mayın 7-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 1 nəfərə “Xəzər-LX” markalı minik avtomobilləri təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın ən böyük sərvəti onun vətənpərvər insanlarıdır” fikrini xatırladaraq deyib ki, xalqımızın vətənpərvərliyi özünü İkinci Qarabağ müharibəsində bir daha göstərdi. Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun gücü və Azərbaycan xalqının vətənpərvərliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün həmin torpaqlarda bərpa işləri həyata keçirilir.

“Vətənpərvərlik olan yerdə ölkə inkişaf edir, müstəqillik qorunur, dövlət-xalq birliyi yaranır”, - deyən Ali Məclisin Sədri vurğulayıb ki, Vətən Müharibəsində torpaqlarımızın azad olunması uğrunda 10 minlərlə könüllünün iştirakı və ordumuzla həmrəylik nümayiş etdirməsi bu birliyin nəticəsidir. Vətənpərvərlik nümunəsi göstərərək xidməti vəzifələrini layiqincə yerinə yetirmiş insanlar isə hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Avtomobillərin təqdim olunması bu kateqoriyadan olan şəxslərin həyatına rahatlıq gətirəcəkdir. Dövlətin qayğısı və sizin vətənpərvərliyiniz gənclərimizə örnəkdir. Bu da onu göstərir ki, hər bir gənc, hər bir vətəndaş öz ölkəsinə xidmət etməli, vətənpərvər olmalıdır.

Ali Məclisin Sədri avtomobillə təmin olunanlara Vətən qarşısında borclarını layiqincə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib, 9 May Qələbə Günü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü və Ramazan bayramı münasibətilə təbrik edib, avtomobillərin açarlarını təqdim edib.

Faşizm üzərində Qələbənin 76-cı ildönümü qeyd edilib

Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olub. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq və hərbi şücaət nümunəsi göstəriblər. 402-ci atıcı diviziya isə Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınıb. Həmyerlilərimiz Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçərək göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazıblar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i “Qırmızı ulduz”, 29-u “Qırmızı bayraq” ordenləri ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikasında müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır. Müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir, onlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri və mənzillərlə təmin olunurlar. Hər il muxtar respublikada faşizm üzərində Qələbə günü qeyd edilir. Növbəti tədbir mayın 8-də Qələbənin 76-cı ildönümü münasibətilə olub.

Həmin gün Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlib, veteranlarla görüşüb, onları qələbə münasibətilə təbrik edib. Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirib.

Muxtar respublika bələdiyyələri müasir tələblərə cavab verən
kommunal təyinatlı texnikalarla təmin olunurlar

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bu gün Naxçıvan şəhəri, rayon mərkəzləri və kəndlər müasir görkəm alıb. Bütün dünyada pandemiya olsa da, muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər, əhalinin müayinəsi və dezinfeksiya işlərinin vaxtlı-vaxtında aparılması Naxçıvanda vəziyyətin sabit olmasına şərait yaradıb. Bu tədbirlərlə yanaşı, sakinlərə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır.

Qeyd edək ki, muxtar respublikada bələdiyyələrin fəaliyyəti 2017-ci ildən daha da gücləndirilib, kommunal xidmətlər göstərməyə başlayıblar. Son illərdə 46 kommunal təyinatlı nəqliyyat vasitəsi, 2 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal müəssisələrin istifadəsinə verilib ki, bu da onların daha operativ işləmələrinə şərait yaradıb. Yeni texnikaların tətbiqi yaşayış məntəqələrinin təmizlik səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və insan sağlamlığının qorunmasına, ekoloji və sanitar mədəniyyətin formalaşmasına böyük təsir göstərir. Görülən işlərin davamı olaraq mayın 9-da muxtar respublika bələdiyyələrinə 15 traktor və 15 qoşqu təqdim olunub.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Muxtar respublika rəhbəri çıxış edərək deyib: Bələdiyyələr ölkəmizin həyatına və idarəetməsinə müstəqillik illərində - 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra daxil olub. 1999-cu il dekabrın 12-də ölkəmizdə ilk dəfə bələdiyyə seçkiləri keçirilib. Ötən illərdə muxtar respublikada da bələdiyyələrin fəaliyyəti ilə bağlı işlər görülüb. Bu gün Naxçıvanda 170 bələdiyyə fəaliyyət göstərir. Yeni tikilən kənd mərkəzlərində onlar üçün iş şəraiti yaradılıb, bələdiyyələrə qanunla təsbit olunmuş vəzifələri ilə yanaşı, kommunal xidmətlər göstərmələri üçün əlavə səlahiyyətlər də verilib. Bələdiyyələr idarəetmənin ictimai forması olsa da, lakin fəaliyyətləri qanunla tənzimlənir. Ona görə də bu sahədə fəaliyyət qanunauyğun təşkil edilməli, bələdiyyələr yaradılan şəraitdən istifadə edərək vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bələdiyyələrin fəaliyyəti cəmiyyətimiz üçün, dövlətimiz üçün və hər bir vətəndaş üçün vacibdir”.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində, faşizm üzərində Qələbənin 76-cı ildönümü günündə bələdiyyələrə texnikaların təqdim olunmasını göstərilən dövlət qayğısının ifadəsi olduğunu bildirib və bələdiyyə sədrlərini yeni texnikaların təqdim olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.

Ulu Öndərimizin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında daim yad edilir

Ulu öndər Heydər Əliyevin ömür yolu doğma Vətəninin inkişafına və xalqının rifahına həsr olunub. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu Öndərin irsi Azərbaycan xalqının milli sərvətidir.

Ümummilli Liderimiz Azərbaycanın müasir simasını müəyyənləşdirib. Onun ölkəmizə hər iki rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir.

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

“Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalında 60-dan çox tanınmış rəssam iştirak edib

Muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin Sərəncamı ilə bu il Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunur. Ötən dövrdə rəssamlıq sənətinin inkişafı diqqətdə saxlanılıb, ali təhsil ocaqlarında müvafiq ixtisaslar açılıb, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılıb. Rəssamlar Birliyi üçün yeni bina və emalatxana istifadəyə verilib, rəssamlardan 1-i Azərbaycan Respublikasının Xalq rəssamı, 1-i İncəsənət xadimi, 5-i Azərbaycan Respublikasının, 6-sı isə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı fəxri adlarına layiq görülüb. 2012-ci ildən başlayaraq “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalına start verilib, 4 beynəlxalq rəsm festivalı keçirilib. Həmin festivallarda, ümumilikdə, 29 ölkədən 172 rəssamın 181 əsəri təqdim olunub.

Ötən ay keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunub. Dünyada pandemiyanın yayılması festivalın keçirilməsinə mane olmayıb. Əvvəlki festivallarda olduğu kimi builki festivalda xarici ölkələrdən olan rəssamlar birbaşa deyil, öz əsərlərini göndərməklə iştirak ediblər. Belə ki, festivalda ölkəmizin digər bölgələrindən 18, Naxçıvan Muxtar Respublikasından isə 22 olmaqla, 40 rəssam iştirak edib. Türkiyə, İran, Rusiya, Özbəkistan, Türkmənistan və Kosovadan 23 rəssam onlayn şəkildə iştirak edərək Naxçıvana həsr olunmuş əsərlər çəkiblər. Sərgidə rəssamların festivalda çəkdikləri 44 rəsm əsəri nümayiş olunub.

Mayın 25-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Ali Məclisin Sədri sərginin açılışında iştirak edib.

“Festivalın keçirilməsi əlamətdar təqvimə təsadüf edir. May ayında böyük şəxsiyyət Heydər Əliyev anadan olmuşdur. Eyni zamanda, bu ay təbiət oyanır, gözəlləşir”, - deyən Ali Məclisin Sədri bildirib ki, təbiətin bu gözəl mövsümü rəssamlar üçün geniş yaradıcılıq imkanları açır. Festivallarda çəkilən əsərlər Naxçıvanın tarixini, təbiətini, müasir inkişafını fərqli yanaşmalarla özündə əks etdirir. Hər festivaldan sonra həmin əsərlərdən ibarət kataloqlar hazırlanıb nəşr etdirilir. Bununla da festivallar tarixə çevrilir. Gələcəkdə həmin kataloqlara nəzər yetirənlər belə bir tədbirin ənənəvi şəkildə keçirildiyini görəcək və bunu davam etdirəcəklər.

Ali Məclisin Sədri festival iştirakçılarına təşəkkür edib, rəssamlara yaradıcılıq uğurları arzulayıb və sərgiyə baxıb. Muxtar respublika rəhbəri festivalda çəkilən əsərlərdən aidiyyəti üzrə muzeylərdə nümayiş etdirilməsi barədə tapşırıqlar verib.

Yeni günəş elektrik stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”. Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Mayın 26-da Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri stansiyanın istifadəyə verilməsi və qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə kollektivi təbrik edib, Günəş Elektrik Stansiyasının istifadəyə verilməsini Şərur rayonunun həyatında əlamətdar hadisə kimi dəyərləndirib. Ali Məclisin Sədri deyib: Naxçıvanın muxtariyyət tarixi iki dövrə bölünür: müstəqillik illərinə qədərki və müstəqillik illərindən sonrakı dövr. Hər iki dövrdə muxtar respublikada sənayenin inkişaf etdirilməsi üçün elektrik enerjisinə böyük ehtiyac olub. Sovet İttifaqı ilə İran dövləti arasında bağlanmış müqaviləyə əsasən gücü 22 meqavat olan Araz Su Elektrik Stansiyası qurulub istifadəyə verilib. 1990-cı illərin hadisələri muxtar respublikaya ağır zərbələr vurdu, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvana gələn bütün kommunikasiyalar kəsildi. Naxçıvan elektriksiz qaldı. Ötən illərdə muxtar respublikada elektrik enerjisi ilə təminat sahəsində bir sıra işlər görülüb. Əgər 70 il ərzində Araz çayı üzərində cəmi 1 müştərək elektrik stansiyası tikilmişdirsə, müstəqillik illərində Naxçıvanda 9 yeni elektrik stansiyası qurulub ki, bunun da 5-i su, 3-ü isə Günəş Elektrik stansiyasıdır. Onların sırasına bu gün 5 meqavat gücündə yeni Şərur Günəş Elektrik Stansiyası da daxil olur. Bu da muxtar respublikada Günəş Elektrik stansiyalarının gücünü 32 meqavata, illik istehsalını isə 50 milyon kilovat-saata çatdıracaqdır.

“Muxtar respublikada il ərzində istifadə olunan 430 milyon kilovat-saata yaxın elektrik enerjisinin 50 faizi bərpaolunan enerji mənbələrinin payına düşür”, - deyən Ali Məclisin Sədri bildirib ki, bərpaolunan enerjidən istifadə hər bir ölkənin inkişaf göstəricisidir. Muxtar respublikanın təbii imkanlarından - dağ çaylarının gücündən, bol günəşdən istifadə etməklə elektrik stansiyalarının qurulmasına xüsusi diqqət yetirilir. Məqsəd istifadə olunan elektrik enerjisini 100 faiz bərpaolunan enerji hesabına ödəməkdir. Bu gün muxtar respublika özünü elektrik enerjisi ilə nəinki təmin edə bilir, eyni zamanda, İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi də həyata keçirilir. Elektroenergetikanın inkişaf etdirilməsi digər sahələrin də inkişafına səbəb olacaqdır. Ən əsası isə sənaye inkişaf edəcək ki, bu da muxtar respublikanın ümumi inkişafına öz töhfəsini verəcəkdir.

Ali Məclisin Sədri növbəti Günəş Elektrik Stansiyasının tikilməsi üçün yerin müəyyənləşdirilməsi, Naxçıvan Dövlət Universitetində Elektroenergetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrin xarici ölkələrə kurslara göndərilməsi barədə tapşırıqlar verib.

Respublika Günü qeyd edilib, təltiflərin, eləcə də Prezident mükafatlarının təqdimatı keçirilib

Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində mühüm yer tutmaqla yanaşı, həm də bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Respublika Günü qeyd edilib, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin, eləcə də Prezident mükafatlarının təqdimatı keçirilib.

Ali Məclisin Sədri çıxış edərək bu il xalqımızın 28 May Respublika Gününü dövlətçilik tariximizdə əbədi qalacaq böyük Qələbə ilə qeyd etdiyini bildirib, Qələbənin qazanılmasında şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ali Məclisin Sədri deyib: XX əsrin əvvəllərində milli hökumətimizin keçdiyi şərəfli yol əsrin sonlarında müstəqillik üçün siyasi və tarixi əsas yaratmışdır. Bu tarixi varislik ənənələrinin yaşadıldığı və müstəqilliyin əsasının qoyulduğu ilk yer isə Naxçıvan Muxtar Respublikası olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev həmin tarixi dövrü belə dəyərləndirmişdir: “1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır”. Həqiqətən də tarix göstərdi ki, Ümummilli Liderimizin 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyimizin bərpası ilə bağlı qəbul etdiyi tarixi qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Prezident İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirib. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi.

Ali Məclisin Sədri tədbir iştirakçılarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, muxtar respublika əhalisini qarşıdan gələn 28 May Respublika Günü, təltif olunanları isə həm də ölkəmizin yüksək təltif və mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini, eləcə də Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim edib.

Milli Qurtuluş Gününün bəhrələri və Heydər Əliyev siyasətinin təntənəsi

Son illərdə qlobal miqyasda iqtisadi inkişafın zəifləməsi fonunda Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası dünyaya dinamik sosial-iqtisadi inkişaf göstəriciləri ilə səciyyələnən fərqli və nümunəvi model təqdim edir. Belə ki, pandemiyanın, qlobal risklərin ayrı-ayrı ölkələrdə ciddi fəsadlara yol açdığı bir vaxtda iqtisadi-maliyyə imkanlarını genişləndirən Naxçıvanda bütün sosial layihələr, tikinti-quruculuq işləri əvvəlki illərdə olduğu kimi uğurla davam etdirilir. May ayının ümumi mənzərəsinə nəzər saldıqda biz bunun bir daha şahidi oluruq.

Beləliklə, Naxçıvan ötən illərdə olduğu kimi bu il də ölkəmizin bölgələri arasında liderlik mövqeyini qoruyub saxlayır. Ekspertlər bunu iqtisadiyyatın inkişaf tempinin sürətləndirilməsi strategiyasının həyata keçirilməsinin növbəti uğurlu mərhələsi hesab edirlər. Ölkəmizdə və muxtar respublikamızda əldə edilən bütün bu nailiyyətlər isə Milli Qurtuluş Gününün bəhrələri, Heydər Əliyev siyasi xəttinin təntənəsidir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI