NAXÇIVAN MR ALİ MƏCLİSİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Bakı, 5 mart (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2008-ci ildə kənd təsərrüfatı sahəsində görülən işlərin yekununa və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək bu sahənin inkişaf etdirilməsi, əkinəyararlı torpaqlardan səmərəli istifadə, keyfiyyətli məhsul istehsalının vacibliyindən danışmışdır. Qeyd olunmuşdur ki, əhali yerli istehsal hesabına ayrı-ayrı kənd təsərrüfatı məhsulları, xüsusilə kartof və taxılla təmin edilməli, daxili bazarda qıtlıq olmamalı, bu məqsədlə soyuducu anbarlar, terminallar yaradılmalıdır. Anbarlar rayonlar üzrə təyinatına uyğun qurulmalı, bu iş iyun ayına kimi başa çatdırılmalıdır. Rayonlarda əkinçilik məhsulları üzrə ixtisaslaşma aparılmalı, kənd təsərrüfatının inkişafı elmi əsaslarla təmin edilməlidir.
Müşavirədə müzakirə olunan məsələrlə əlaqədar Naxçıvan MR kənd təsərrüfatı naziri Məmməd Abbasovun, iqtisadi inkişaf naziri Famil Seyidovun, ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubovun, Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru Əsgər Əsgərovun, "Naxçıvan Aqrolizinq" ASC-nin baş direktoru Vasif Məmmədovun və "Aqrobiznes" MMC-nin direktoru Xəlil Əliyevin məruzələri dinlənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]