Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 18 mart, AZƏRTAC

Martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: “Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Lakin mövcud turizm potensialı imkan verir ki, bu sahə də inkişaf etdirilsin. Turizmin inkişafı isə aid dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən əsas vəzifələrdəndir. Muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği hər kəsi düşündürməli, konkret tədbirlər həyata keçirilməlidir”.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova müşavirədə çıxış edərək deyib ki, muxtar respublikada turizmin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Hazırda muxtar respublikada 30 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. 1200-dən çox tarix-mədəniyyət abidəsi vardır. Eyni zamanda bütün yaşayış məntəqələrini əhatə edən quruculuq işləri, istifadəyə verilən müasir turizm obyektləri bu sahənin inkişafı üçün geniş imkanlar açır. Son illər bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib, internet resurslarından səmərəli istifadə vasitəsilə muxtar respublikanın ilbəil inkişaf edən turizm potensialının təbliği sahəsində işlər görülüb, 7 reklam informasiya materialı buklet şəklində hazırlanaraq çap etdirilib. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin turizm və otelçilik ixtisasları hamiliyə götürülüb, tələbələrin hazırlıq səviyyələrini artırmaq üçün seminarlar təşkil olunub, onların mədəniyyət müəssisələrində və mehmanxanalarda təcrübə keçmələri təmin edilib. Bundan başqa ötən il Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində Naxçıvan Muxtar Respublikası 6 otel, 1 turizm müəssisəsi ilə təmsil olunub. Hazırda muxtar respublikaya gələn turistlər içərisində İran, Türkiyə, Rusiya, Çin, Nigeriya, Almaniya, Amerika Birləşmiş Ştatları, Suriya, Braziliya, Kanada, İndoneziya, Yaponiya, İsveç, Cənubi Koreya və başqa ölkələrdən olanlar üstünlük təşkil edir. Natəvan Qədimova muxtar respublikada turizmin inkişafı sahəsində yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Müzakirə olunan məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov, nəqliyyat naziri Mirsənani Seyidov, səhiyyə naziri Niyazi Novruzov, gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli, “Şərq qapısı” qəzetinin baş redaktoru Tural Səfərov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Əsgər İsmayılov məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Bu gün ölkələrin əsas gəlir mənbələrindən biri kimi turizmin inkişafı məsələləri xeyli aktuallaşıb. Azərbaycanda bu sahədə kompleks tədbirlər görülmüş, yeni turizm infrastrukturları yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında da bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. Hazırda muxtar respublikada tarix-mədəniyyət abidələrinin, zəngin təbiətin, şəfalı suların, təbii müalicə mərkəzlərinin mövcudluğu turizmin inkişafı üçün geniş imkanlar yaratmışdır. Bu imkanlardan məqsədyönlü istifadə diqqət mərkəzində saxlanmış, ötən dövr ərzində Naxçıvanın turizm infrastrukturu xeyli dərəcədə yaxşılaşdırılmışdır. Avtomobil yolları yenilənmiş, tarixi və mədəni abidələr bərpa olunmuş, yeni otel və istirahət mərkəzləri tikilmiş, ən ucqar yaşayış məntəqələrində müasir tələblərə cavab verən istirahət, ticarət, xidmət və səhiyyə ocaqları istifadəyə verilmiş, Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılmışdır. Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində Turizm və otelçilik ixtisasları açılmışdır. İran İslam Respublikası və Türkiyə Respublikası ilə sərhəd keçid rejiminin sadələşdirilməsi, habelə Naxçıvan Beynəlxalq Hava Limanından xarici reyslərin təşkili turizmin inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, 2015-ci ildə Naxçıvana gələn turistlərin sayı 390 min nəfərə çatıb”.

Ali Məclisin Sədri deyib: “Aparılan təhlillər göstərir ki, muxtar respublikanın turizm infrastrukturundan hələ də lazımi səviyyədə istifadə olunmur. Hər bir ölkənin özünəməxsus təbii gözəllikləri, tarixi-mədəni abidələri var. Ancaq turizm o yerdə və o zaman inkişaf edir ki, bunlardan səmərəli istifadə olunsun, güclü təşviqat mexanizmi qurulsun. Çox təəssüf ki, turizm potensialının zəngin olmasına və bununla bağlı zəruri infrastrukturun mövcudluğuna baxmayaraq, muxtar respublikamız əlverişli turizm məkanı kimi lazımi səviyyədə tanıdılmır. Turizmin təbliğində elektron resurslardan istifadə mühüm əhəmiyyətə malikdir. Lakin elektron resurslarda muxtar respublikamızın görməli yerləri, tarixi abidələri, müasir turizm və sosial-mədəni infrastrukturu barədə təbliğat işi düzgün qurulmayıb. Mədəniyyət və Turizm Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etməli, dövlət təşkilatlarının internet səhifələrində Naxçıvanın turizm potensialı ilə bağlı bölmələr yaradılmalıdır”.

Qeyd olunub ki, turizm imkanlarının təbliğində gənclər təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyasının Heydər Əliyev adına Gənclər Birliyi və Təhsil Nazirliyi bu məqsədlə proqram hazırlamalı, müxtəlif layihələr həyata keçirməli, gənclərin sosial şəbəkələrdə muxtar respublikanın turizm potensialının təbliğində fəallığını artırmalıdırlar. Muxtar respublikada müalicə-sağlamlıq turizminin də inkişafı diqqətdə saxlanmalıdır. Səhiyyə Nazirliyi Duzdağ Fizioterapiya Mərkəzi və “Darıdağ” Arsenli Su Müalicəxanasının imkanları ilə bağlı elektron resursların hazırlanmasını və internetdə yerləşdirilməsini təmin etməlidir. İqtisadiyyat Nazirliyi Azərbaycanı, eləcə də Naxçıvanı tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması və satışını diqqətdə saxlamalı, ölkəmizdə və xaricdə təşkil olunan müxtəlif sərgilərdə Naxçıvanın turizm potensialı nümayiş etdirilməlidir.

Ali Məclisin Sədri deyib: “Turistin bir şəhər və yaxud bölgə ilə tanışlığı çox vaxt nəqliyyat vasitələri ilə səyahətdən başlanır. Sürücülərin davranışları, verdikləri məlumatlar turistlər üçün ilk təəssürat qaynaqlarıdır. Sürücülərin də yaşadıqları ərazinin tarixi, məişəti, təbiəti, mədəni ünvanları ilə bağlı ümumi biliklərə malik olması nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyi Nəqliyyat Nazirliyi ilə birgə taksi xidməti ilə məşğul olanlar üçün muzeylərdə seminar-məlumatlandırma işini təşkil etməlidir. Daxili turizm də diqqətdə saxlanılmalı, Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzinin imkanlarından düzgün istifadə edilməlidir. Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yeni Azərbaycan Partiyasının Heydər Əliyev adına Gənclər Birliyi hər həftə sonu məktəblilərin, aztəminatlı ailələrin uşaqlarının, sağlamlıq imkanları məhdud uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahətlərini təşkil etməlidir.

Təcrübə göstərir ki, peşəkar kadr təminatı olmadan turizmin inkişafı mümkün deyildir. Turizm sahəsində çalışan kadrlar tarix, coğrafiya, mədəniyyətşünaslıq sahələrini, zəruri xarici dilləri bilməli və müasir informasiya-kommunikasiya texnologiyala-rından istifadə bacarığına yiyələnməlidirlər. Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti Turizm və otelçilik ixtisası üzrə ali təhsilli kadr hazırlığı səviyyəsini artırmalı, peşə və ixtisas səviyyələrinin yüksəldilməsi üçün metodiki vəsaitlər hazırlanmalı, praktik məşğələlər təşkil edilməlidir. Muxtar respublikada turizm sahibkarlığı da inkişaf etdirilməlidir. Özəl sektor bu sahədə xüsusilə təşəbbüskar olmalı, real təkliflər ortaya qoyulmalıdır. İqtisadiyyat Nazirliyi turizmlə məşğul olan sahibkarlara müvafiq tövsiyələr verməli, biznes-planların işlənilməsinə və onların tətbiqinə çalışmalıdır”.

Müşavirədə qeyd olunub ki, turizmin inkişafı turistlərin təhlükəsizliyinin qorunması məsələsini də aktuallaşdırır. Bu sahədə də aidiyyəti dövlət orqanları fəaliyyətlərini gücləndirməli, onlarla işin təşkilinə diqqəti artırmalıdırlar. Aidiyyəti dövlət orqanları turistlərin gediş-gəlişi zamanı rəsmiləşdirmə qaydalarına düzgün riayət etməli, turistlərə heç bir maneə yaradılmamalıdır. Muxtar respublikanın kütləvi informasiya vasitələri turizmin təbliği ilə bağlı tematik materiallar hazırlamalı, turizmin inkişafına öz töhfələrini verməlidirlər. Mədəniyyət və Turizm Nazirliyi Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə birlikdə turizm obyektləri ilə bağlı videoçarxların hazırlanmasını və onların internetdə yerləşdirilməsini təmin etməlidir.

Ali Məclisin Sədri müşavirəyə yekun vuraraq deyib: “Muxtar respublikada turizmin inkişafı bizim hər birimizi düşündürməli, turizmin düzgün təbliği və təşviqi üçün aid təşkilatlar səylərini artırmalıdırlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu