Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunub

Naxçıvan Muxtar Respublikasında ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunub

Blokada vəziyyətində özünəməxsus inkişaf modeli yaradan muxtar respublika dünyaya nümunə ola biləcək yeni-yeni uğurlara imza atır

Naxçıvan, 5 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində yaratdığı özünəməxsus inkişaf modelinin baza əsaslarının, eləcə də inkişaf konsepsiyasının formalaşması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ötən müddətdə elmin, təhsilin, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətdə mövcud olan resurs və potensialın bütün istiqamətlərdə reallaşdırılmasına yönəlmiş fəaliyyət, aparılan islahatlar, həyata keçirilən dövlət proqramları muxtar respublikanın inkişafının daha sürətli mərhələyə qədəm qoymasına rəvac verib. Məhz bütün bunların nəticəsində, mövcud çətinliklər aradan qaldırılaraq, dünyada ikinci bir nümunəsi olmayan blokada vəziyyətində dayanıqlı və sabit iqtisadi sistem formalaşıb, iqtisadi potensialın daha da artmasına şərait yaradılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, vaxtilə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdusa, artıq bu gün 372 növdə məhsul istehsal olunur. Əgər 1990-cı ildə muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, hazırda bu müəssisələrin sayı 7,9 dəfə artaraq 442-yə çatıb.

Bu gün muxtar respublikamız dünyaya daha bir nümunə göstərir. Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasətin uğurla davam etdirilərək ekoloji tarazlığın, ətraf mühitin qorunmasına daim diqqət göstərilməsi, iməciliklər yolu ilə yeni yaşıllıq zolaqlarının salınmasıdır. Kəskin kontinental iqlimə malik muxtar respublikada insandan böyük zəhmət və səbir tələb edən bu iş mütəşəkkilliklə həyata keçirilir. Nəticə etibarilə Naxçıvan özünün yaşıl örtüyü, ətraf mühitinin təmizliyi ilə bura yolu düşən hər kəsin diqqətini cəlb edir. Qədim diyar indi zəngin tarixi keçmişi və mədəniyyəti ilə yanaşı, həm də ekoloji təhlükəsizliyin ciddi qorunduğu region kimi tanınır. Digər tərəfdən, bu tədbirlərin həyata keçirilməsində inzibati metodlardan və resurslardan istifadə olunmur. Muxtar respublika rəhbərinin ağac əkini kampaniyalarında şəxsi nümunə göstərməsi, ekoloji tədbirlərdə yaxından iştirak etməsi bu tədbiri ümumxalq işinə çevirməklə yanaşı, regionda ekoloji mədəniyyətin formalaşmasına da mühüm təsir göstərib. Həmin tədbirlərin davamı olaraq martın 3-də Uzunoba Su Anbarının kənarında iməcilik keçirilib, 2 hektar ərazidə 1500 meyvə tingi əkilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri yaz aylarında əkin işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının iqtisadi-ticarət və humanitar sahələrdə xarici əlaqələri genişlənir. Hazırda muxtar respublikanın dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. Elm və təhsil sahəsində də qarşılıqlı təcrübə mübadiləsinə əsaslanan münasibətləri ildən-ilə inkişaf edir. Bu çərçivədə Koreya Respublikasının müxtəlif təhsil qurumları ilə Naxçıvan Dövlət Universitetinin qarşılıqlı əməkdaşlığı daha çox diqqət çəkir.

Martın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycan ilə Koreya Respublikası arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışıb, xüsusilə təhsil sahəsində səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Naxçıvan Dövlət Universitetində Koreya dilinin tədris olunduğunu və koreyalı tələbələrin təhsil aldığını qeyd edən Ali Məclisin Sədri bütün bunların mədəni əlaqələrin inkişafına töhfə verdiyini bildirib. Koreyanın “KOİCA” şirkəti tərəfindən quraşdırılan yeni texnologiyalar hesabına bu il Naxçıvan Dövlət Universitetində distant təhsil mərkəzinin yaradıldığını diqqətə çatdıran Ali Məclisin Sədri əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Ölkəmizdə, o cümlədən muxtar respublikamızda qadınlar tarixin bütün dövrlərində öz fədakarlığı, vətənpərvərliyi və fəallığı ilə seçiliblər. Bu gün muxtar respublikada dövlət qulluğunda işləyənlərin 513 nəfəri, yaxud 20 faizi qadınlardır. Təhsil sahəsində qadınların sayı 10 min nəfər (66 faiz), səhiyyə və sosial təminat sahəsində 4 min 491 nəfər (76 faiz), mədəniyyət sahəsində 2 min 692 nəfəri (68 faiz), özəl sektorda 11 min 323 nəfər (20 faiz) təşkil edir. Ümumiyyətlə, muxtar respublikada qadınların 32 min 543 nəfəri işləyir ki, bu da işləyən əhalinin 33 faizinə bərabərdir. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar.

Bu faktlar martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Tədbirdə çıxış edən Ali Məclisin Sədri muxtar respublikamızın inkişafında əməyi olan bütün qadınlara muxtar respublikanın Ali Məclisi və hökuməti adından təşəkkürünü bildirib, qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Ümidvaram ki, qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək, daim yeniləşən ölkəmizin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəklər”.

Sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı olub. Ali Məclisin Sədri təltiflərin vəsiqə və döş nişanlarını təqdim edib.

Bu gün muxtar respublikamızda kənd təsərrüfatı sahəsində transformasiya yönümlü dəyişikliklər başa çatıb, əsas növ ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi yüksəldilib, məhsul istehsalının artımı təmin edilib, kənd təsərrüfatı istehsalının strukturunda köklü dəyişikliklər baş verib. İnkişaf proseslərində davamlılığın təmin edilməsi üçün maddi-texniki resursların həcminin artırılması və bu sahəyə əlavə kapital qoyuluşunun həyata keçirilməsi, elm və texnologiyanın son nailiyyətlərindən istifadə olunması, torpaqların münbitliyinin yüksəldilməsi hesabına məhsul istehsalının artırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir, mütərəqqi suvarma şəbəkələri qurulur, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır.

Görülən kompleks işlərin davamı olaraq bu il Kəngərli rayonu ərazisində, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin 410 hektar əkin sahəsində yeni qapalı suvarma şəbəkəsi qurulacaq. Həmçinin Kəngərli rayonunun Kərki və Xok kəndlərinin torpaq sahələrini əhatə edən qapalı suvarma şəbəkəsindəki hidrantlarda supaylayıcı hovuzlar qoyulacaq, ərazidə boru xətti çəkiləcək və yeni hidrantlar quraşdırılacaq. Ümumilikdə, tikinti işləri zamanı 100 nəfər işlə təmin olunacaq.

Martın 13-də Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.

Ali Məclisin Sədri ərazidə qapalı suvarma şəbəkəsinin qurulmasının payız əkin dövrünə qədər başa çatdırılması, toxumçuluq təsərrüfatında taxılla yanaşı, digər kənd təsərrüfatı bitkilərinin əkilməsi və toxuma olan tələbatın ödənilməsi barədə tapşırıqlar verib.

Kənd təsərrüfatının inkişafında mütərəqqi metodların tətbiqi, müasir texnika və texnoloji avadanlıqlardan istifadə mühüm əhəmiyyətə malikdir. Muxtar respublikamızda bu istiqamətdə də ardıcıl tədbirlər görülür, torpaq mülkiyyətçilərinin texnika ilə təminatı diqqətdə saxlanılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə muxtar respublikaya 2213 texnika və texnoloji avadanlıq alınıb gətirilib, onlardan 1808-i sahibkarlara satılıb. Bu il 6 taxılsəpən, 15 kotan, 8 otbiçən, 4 çizel, 8 gübrəsəpən, 10 otdoğrayan maşın, 6 suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla, 59 texnika alınıb. Yeni texnika və avadanlıqlar əkin sahələrində, eləcə də təsərrüfat işlərində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan yaradır. Lizinqə götürüləcək kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizi ödənildikdən sonra dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verməkdədir. Sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları yüksək keyfiyyət göstəricilərinə malikdir.

Martın 17-də Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına, daha sonra isə cəmiyyətin bitkiçilik və heyvandarlıq aptekinə, eləcə də ehtiyat hissələri və gübrə anbarlarına baxıb.

Ali Məclisin Sədri sahibkarların tələbatına və sifarişinə uyğun texnika və gübrələrin alınıb gətirilməsi, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və rayon bazalarında texnikaların ehtiyat hissələrinin, arıçılıq ləvazimatlarının və dərmanların satışının həyata keçirilməsi, kənd təsərrüfatında mütərəqqi metodlardan və texnikalardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

Aprelin 11-də ölkəmizin ictimai-siyasi həyatında növbəti mühüm hadisə olan Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək. Seçkilərin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasında, o cümlədən Naxçıvan Muxtar Respublikasında hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Muxtar respublikanın Mərkəzi Seçki Komissiyasının, dairə seçki komissiyalarının müasir inzibati binalarla təmin edilməsi, seçki məntəqələrinin fəaliyyəti üçün zəruri şəraitin mövcudluğu muxtar respublikada seçkilərin qanunvericiliyə uyğun olaraq yüksək səviyyədə keçirilməsinə geniş imkanlar açır. Seçkilər zamanı müşahidəçilərin müşahidə aparmaları üçün hər cür şərait yaradılıb.

Martın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gəlmiş missiyasının muxtar respublikada fəaliyyət göstərəcək müşahidəçiləri Filipo Ristoldo və Risto Hurme ilə görüşüb. Ali Məclisin Sədri muxtar respublikada seçki prosesinə hazırlıq işlərini diqqətə çatdırıb, beynəlxalq müşahidəçilərin fəaliyyəti üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib. Seçki müşahidələrinin qanunvericiliyin tələblərinə uyğun aparılacağına əminliyini bildirən Ali Məclisin Sədri qonaqlara fəaliyyətlərində uğurlar arzulayıb.

Muxtar respublikamızda Novruz bayramı hər il yüksək nailiyyətlərlə qarşılanır, baharın gəlişi quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunur. Martın 19-da Naxçıvan şəhərindəki “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.

Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.

Ali Məclisin Sədri Novruz bayramı və Od çərşənbəsi münasibətilə muxtar respublikanın əhalisini, hərbi hissələrin şəxsi heyətlərini və tədbir iştirakçılarını təbrik edib. Muxtar respublikanın 2017-ci ildə əldə etdiyi mühüm nailiyyətləri diqqətə çatdıran Ali Məclisin Sədri deyib: “Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Bu da qarşıya mühüm vəzifələr qoyur. Bu il muxtar respublikada mədəni-kütləvi tədbirlərin əhatə dairəsi genişlənəcək, gənclər siyasəti ilə bağlı ardıcıl tədbirlər həyata keçiriləcəkdir. Eyni zamanda quruculuq işləri də davam etdiriləcək, sosial-iqtisadi islahatlar diqqətdə saxlanacaqdır. Əminik ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət və bu yolun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi hər il olduğu kimi, bu il də ölkəmizi inkişafa qovuşduracaq, dövlət müstəqilliyimiz və sabitlik daha da möhkəmlənəcəkdir”.

Ali Məclisin Sədri bir daha tədbir iştirakçılarının Novruz bayramını təbrik edib, bayram tonqalını yandırıb.

Ali Məclisin Sədri ictimai iaşə xidmətinin təşkili ilə maraqlanıb.

Yeni günün, yeni nizamın başlanğıcı olan Novruzun min illərdir, qorunub-yaşadılan ənənələrindən biri də bayram günlərində yaz-tarla işlərinin görülməsi, təsərrüfatlarda səliqə-sahman yaradılmasıdır. Təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu adətlər muxtar respublikada bu gün də yaşadılır. Novruz bayramı münasibətilə iməciliklər keçirilir, meyvə bağları və yaşıllıqlar salınır.

Martın 24-də Naxçıvan Muxtar Respublikasında Novruz iməciliyi keçirilib, Naxçıvan şəhərində və rayon mərkəzlərində “Gənclər bağı” salınıb.

Ali Məclisin Sədri Naxçıvan-Şərur-Sədərək magistral avtomobil yolunun kənarında keçirilən iməcilikdə iştirak edib, meyvə tingləri əkib. Ali Məclisin Sədri meyvə bağlarına və yaşıllıq zolaqlarına düzgün aqrotexniki qulluq göstərilməsi barədə tapşırıqlar verib.

Martın 30-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ali Məclisin Sədri abidə önünə gül qoyub, soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.

Ali Məclisin Sədri Vasif Talıbov tədbirdəki çıxışında deyib: “Tarix ona görə yad olunur ki, ondan nəticə çıxarılsın. Ötən iki əsr ərzində xalqımızın məruz qaldığı qanlı faciələrin və soyqırımların təkrar olunmaması, itirilmiş və işğal olunmuş torpaqlarımızın geri qaytarılması naminə hər gün səylə çalışmalıyıq. Güclü xalq - güclü dövlət prinsipini əldə rəhbər tutaraq, gənclərimizi vətənpərvərlik, qəhrəmanlıq ruhunda tərbiyə edərək müstəqil Azərbaycanımızı daha da möhkəmləndirməliyik”.

Bəli, bu gün muxtar respublikamız məhz bu prinsiplərlə yaşayır, görülən bütün işlər bu müqəddəs amallara xidmət edir. Naxçıvanda Azərbaycançılıq məfkurəsi, dövlətçilik, milli dəyərlər, tarixi köklərimizə bağlılıq hər şeydən üstün tutulur. İctimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan, sürətlə müasirləşərək qarşıya qoyulan strateji hədəfləri reallaşdıran Naxçıvanda ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf xətti uğurla davam etdirilir. Bütün bunların mərkəzində isə insan amili dayanır. Görülən işlər muxtar respublika sakinlərinin rifahının yaxşılaşdırılmasına, gələcəyimizin etibarlı şəkildə qurulmasına, enerji və ərzaq təhlükəsizliyimizin təmin edilməsinə, intellektual potensialın güclənməsinə, innovasiyayönümlü inkişafın davamlı xarakter almasına xidmət edir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB