Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında müasir rabitə sistemi yaradılıb

Naxçıvan, 28 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 28 fevral tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılıb. Ali Məclis Sədrinin 2014-cü il 19 sentyabr tarixli digər Fərmanı ilə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə və Yeni Texnologiyalar Nazirliyi adlandırılıb, nazirliyin səlahiyyətləri daha da genişləndirilib.

Muxtar respublikanın hazırkı sosial-iqtisadi inkişafı rabitə və yeni texnologiyaların rolunu daha da artırıb. Son illərdə muxtar respublikada əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə konkret vəzifələr müəyyənləşdirilib, rabitə sektoruna investisiyaların cəlb edilməsi nəticəsində istismarda olan avtomat telefon stansiyaları müasir tələblərə cavab verən yeni rabitə sistemi ilə əvəz olunub, ən ucqar dağ kəndində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib.

Yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin 4-ü artıq başa çatdırılıb

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin 4-ü artıq başa çatdırılıb. Culfa rayonu ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminin qurulması ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə müqavilə imzalanıb. Layihənin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Ötən il iyul ayının 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə Ordubad rayonu ərazisində Yeni Nəsil Telekommunikasiya Sisteminin və Ordubad şəhərində yeni tikilən Rabitə Evinin açılışı olub. Həmçinin Radio-Televiziya Verici Stansiyasının yeni binası da istifadəyə verilib.

Son illər muxtar respublikada rabitə sahəsində əldə edilən sürətli inkişaf, fiber-optik xətlərinin çəkilməsi, yüksəksürətli kompüter şəbəkələrinin yaradılması, poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb. Hazırda muxtar respublika ərazisində 1 mərkəzi poçt, 7 rayon filialı və 177 poçt məntəqəsi fəaliyyət göstərir. 2013-cü ildə “Naxçıvanpoçt”un muxtar respublikanı əhatə edən telekommunikasiya şəbəkəsi qurulub, Naxçıvan şəhərində Məlumatların Emalı Data Mərkəzi yaradılıb. Poçt məntəqələrində ənənəvi poçt xidməti ilə yanaşı, telefon, elektrik, qaz, sudan istifadə haqlarının, Yeni Azərbaycan Partiyasının üzvlük haqlarının, Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin, bələdiyyə ödənişlərinin, Dövlət Yol Polisinin cərimələrinin qəbulu həyata keçirilir. Hökumət Ödəniş Portalının şəbəkəsinə qoşulmaqla Azərbaycan Respublikası üzrə bank, maliyyə, vergi və digər təşkilatların ödənişlərinin qəbulunun poçt məntəqələrində həyata keçirilməsi təmin olunub. Poçt məntəqələrində nağdsız ödənişlərin təşkili üçün 172 POS-terminal qoyulub. Ötən ildən əmək pensiyalarının pensiyaçıların istəklərinə uyğun olaraq poçt məntəqələrində paylanmasına başlanılıb. Hazırda bu xidmətdən pensiya alanların sayı 347 nəfərdir. Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatının hazırlanması başa çatdırılıb və bu il fevral ayının 1-dən istifadəyə verilib.

Yeni texnologiyaların inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırıb. Bu tələbatı ödəmək məqsədilə muxtar respublikada “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılıb, “Naxçıvanpoçt” MMC-nin rayon filiallarında elektron imza kartının verilməsi təşkil edilib. Bundan əlavə, “Naxçıvanpoçt” MMC-nin nəzdində “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” fəaliyyətə başlayıb. “İtmiş Əşyaların Sahibinə Çatdırılması Xidməti” üçün “Naxçıvanpoçt” MMC-nin www.naxcivanpoct.az internet saytında xüsusi bölmə yaradılıb, 225 qaynar xətti istifadəyə verilib

Yeni fiber-optik xətlər çəkilir, iritutumlu telekommunikasiya şəbəkələri qurulur

Hər il muxtar respublikada yeni fiber-optik xətlər çəkilir və bu xətlər üzərində iritutumlu telekommunikasiya şəbəkələri qurulur. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1527 kilometrə yaxındır. Bu da muxtar respublikada rabitə əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, elektron hökumət, genişzolaqlı internet, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir. Son iki ildə Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilib və muxtar respublikaya daxil olan internet kanalının həcmi iki dəfə artırılıb. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98,6 faizində genişzolaqlı, 99,5 faizində isə mobil internet xidmətləri göstərilir. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən genişzolaqlı asinxron rəqəmsal abunəçi xətləri texnologiyası vasitəsilə ötən il ərzində 7300-dən artıq yeni istifadəçi internetlə təmin olunub, əhali üzrə genişzolaqlı internet paylayıcı nöqtələrinin aktiv sayı 30 minə yaxınlaşıb. Ötən il ərzində Naxçıvan “İslam Mədəniyyətinin Paytaxtı - 2018” beynəlxalq tədbirinə həsr edilmiş imp.nakhchivan.az, Bəhruz Kəngərli Muzeyinin behruzkengerli.nakhchivan.az, Duz Muzeyinin duzmuzeyi.nakhchivan.az və Qarabağlar Türbə Kompleksinin garabaglartk.nakhchivan.az saytları hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar yaradılmış “Elektron hökumət” portalının imkanları ildən-ilə inkişaf etdirilir. “Bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən 33 dövlət təşkilatı tərəfindən hazırda 291 elektron xidmət istifadəçilərə təqdim olunub. Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi tərəfindən 150-yə yaxın dövlət və ictimai təşkilata elektron poçt ünvanları və domen adları verilib, həmin təşkilatların internet səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib. Bunun üçün İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin maddi-texniki bazası daha da möhkəmləndirilib, əlavə server avadanlıqları və irihəcmli məlumatların qəbulu və paylanması üçün şəbəkə avadanlıqları alınıb quraşdırılıb. Ötən il İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin Naxçıvan, Şərur və Culfa şəhərlərindəki filiallarında kompüter və ingilis dili kurslarında 505 nəfər təhsil alıb.

Muxtar respublikada elektron təhsil infrastrukturu yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada elektron təhsil infrastrukturunun yaradılması və təhsildə yeni texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Son illər bu istiqamətdə işlər daha da genişləndirilib. Təhsil müəssisələrində kompüter dəstləri quraşdırılaraq internetə qoşulur. Həmçinin təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsi üçün distant təhsil sistemi yaradılıb, internet üzərindən interaktiv dərslərin keçilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin saytında elektron təhsil xidməti istifadəyə verilib, orta ixtisas və ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərslərin keçirilməsinə başlanıb. Hazırda muxtar respublikanın 236 təhsil müəssisəsi və 17 muzeyi distant təhsil sisteminə qoşulub. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində də Distant Tədris Mərkəzi yaradılıb, elektron kitabxana və “258” telefon xidməti üzərindən fəaliyyət göstərən audiokitabxana yaradılıb. Hazırda bu sistem vasitəsilə 22 şagird təhsil alır, audiokitabxanadan 352 nəfər istifadə edir.

Kadr hazırlığı diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə bağlı bir sıra işlər görülüb. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan Naxçıvan Dövlət Universitetindən 6, “Naxçıvan” Universitetindən isə 2 tələbəyə 2018-2019-cu tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilib, nazirliklə Çin Xalq Respublikasının “Huawei” şirkəti arasındakı razılaşmaya uyğun olaraq “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqənin qalibi olan dörd tələbə “Huawei” şirkətinin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib. Həmçinin 2017-2018-ci tədris ilində “Huawei” şirkətinin mütəxəssisləri tərəfindən “Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində tələbələr üçün 7 seminar-treninq keçirilib. Ötən ilin oktyabr ayında Naxçıvan Dövlət Universitetində “İdeyadan-Biznesə” ümumrespublika startap müsabiqəsi təşkil edilib. 2018-ci il ərzində Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları ixtisasının 3-cü və 4-cü kurs tələbələrinin, Naxçıvan Dövlət Texniki Kollecinin Poçt və bank işi ixtisası üzrə təhsil alan tələbələrinin nazirlikdə və onun tabeliyində olan qurumlarında istehsalat təcrübəsi keçməsi təşkil edilib, tələbələr bilavasitə praktik işlərə cəlb olunublar. Ötən il hamiliyə götürülmüş ixtisaslarda təhsil alan tələbələrlə görüşlər keçirilib, Naxçıvan Dövlət Universitetini, “Naxçıvan” Universitetini, Texniki Kolleci və peşə məktəblərini bitirmiş 19 məzun nazirlik və onun tabe təşkilatlarında daimi işlə təmin ediliblər.

12 televiziya və 9 radionun rəqəmsal yayımı təmin edilib

Müasir texnologiyaların tətbiqi muxtar respublika ərazisində rəqəmsal radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaradıb. 2014-cü ilin dekabr ayından analoq televiziya yayımı dayandırılıb, 6 güclü və 44 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımına keçid təmin edilib. Hazırda bütün yaşayış məntəqələrində 12 televiziya və 9 radionun rəqəmsal yayımı təmin edilib. Azərbaycan Respublikasında ilk dəfə teleradio kanallarının bir tezlik üzərindən yayımını təmin edən SFN texnologiyası Naxçıvan Muxtar Respublikasında tətbiq olunub. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin tərkibində 2004-cü ildən “Kanal 35” informasiya-tədris televiziyası, 2005-ci ildən isə “Naxçıvanın səsi” radiosu fəaliyyət göstərir.

Dördüncü nəsil mobil rabitə şəbəkəsi uğurla fəaliyyət göstərir

Muxtar respublikada 2016-cı ildən etibarən dördüncü nəsil mobil rabitə şəbəkəsi fəaliyyət göstərir. Muxtar respublikanın yaşayış məntəqələrinin 99 faizini əhatə edən dördüncü nəsil mobil rabitə şəbəkəsinin 2018-ci ildə abunəçi sayı 2 dəfə artıb. Hazırda Naxtelin qeydiyyatdan keçən abunəçi sayı 65 mini ötüb. Naxçıvan şəhərindəki və rayonlardakı Naxtel Satış və Xidmət mərkəzləri abunəçilərə keyfiyyətli mobil rabitə xidmətləri təklif edir. “Naxçıvanbank”a məxsus POS-terminallar, ATM və vətəndaşların müxtəlif kateqoriyalı ödənişlərini vahid ödəniş platformasından icra etməsi Pay-Point ödəniş terminallarında Naxtelin data şəbəkəsi vasitəsilə həyata keçirilir. Beynəlxalq rouminq xidməti artıq 7 ölkədə aktivləşdirilib və digər ölkələrdə də aktivləşdirilməsi üçün işlər test və yoxlama mərhələsindədir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.

Görülən işlər, həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər belə deməyə əsas verir ki, muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində işlər bundan sonra da davam etdiriləcək, əhaliyə keyfiyyətli poçt və rabitə xidmətləri göstəriləcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb