Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Naxçıvan, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda, milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mais Əliyev çıxış edərək, aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında gigiyena-epidemiologiya və baytarlıq təbabəti sahəsində Dövlət proqramlarının qəbul olunması, həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər sağlam ətraf mühit və sağlam qida təminatına imkan verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada sanitar-epidemioloji vəziyyət sabitdir. Novruz bayramı ərəfəsində təmizlik-abadlıq və təsərrüfat işlərinin görülməsi də mühüm əhəmiyyət daşıyır. Çünki min illər ərzində formalaşmış Novruz adətləri xalqımızın məişət-sanitariya gigiyenası və təsərrüfat həyatı ilə sıx bağlıdır. Bu səbəbdən də mart ayında aid qurumlar tərəfindən dezinfeksiya tədbirləri və təsərrüfat işlərinə hazırlıq məsələləri diqqətdə saxlanılmalıdır.

Ali Məclisin Sədri aid qurumlar qarşısında tapşırıq qoyaraq deyib: Fövqəladə Hallar Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən martın 1-dən etibarən bütün yaşayış məntəqələrində və əhali sıxlığı müşahidə olunan yerlərdə qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır. Xüsusilə bazarlar və böyük ticarət mərkəzləri, mədəniyyət müəssisələri, turistik yerlər, bayram günlərində isə uşaq musiqi və bədii sənətkarlıq məktəbləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri mərhələli şəkildə dezinfeksiya olunmalıdır. Ticarət və xidmət sahələrində sanitar-gigiyena qaydalarına əməl olunması əhalinin sağlamlığının qorunmasında vacib amildir. Gigiyena və Epidemiologiya Mərkəzi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ictimai iaşə, ticarət və xidmət obyektlərinin sanitar-epidemioloji qaydalara uyğun fəaliyyətinə nəzarət etməlidir.

Təhsil Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə Novruz bayramı günlərində muxtar respublikanın məktəbəqədər, məktəbdənkənar, peşə və ümumtəhsil məktəblərində dezinfeksiya işlərinin aparılmasını təmin etməli, Səhiyyə Nazirliyi təhsil müəssisələrində gündəlik müşahidə və müayinələri davam etdirməlidir. Səhiyyə Nazirliyi peyvənd təqviminə diqqət etməli, mövsümi xəstəliklər və koronavirus infeksiyasına qarşı peyvənd işini davam etdirməli, tibbi maarifləndirmə aparılmalı, profilaktik müayinələrin sayı artırılmalı, xəstəliklər və onların risk amilləri erkən mərhələdə aşkar edilməlidir.

Ali Məclisin Sədri deyib: Kənd təsərrüfatı məhsulları yarmarkalarının keçirilməsi əsas ərzaq məhsullarına olan tələbatın ödənilməsi ilə yanaşı, həm də bayram günlərində süni qiymət artımının qarşısını alır. İqtisadiyyat Nazirliyi martın 20-nə qədər Naxçıvan şəhərində və rayon mərkəzlərində bayram yarmarkaları təşkil etməli, bununla bağlı ailə təsərrüfatçıları, sahibkarlar və əhali əvvəlcədən məlumatlandırılmalıdır. Həmçinin nazirlik aid qurumlarla birlikdə dövlət ehtiyatları sahəsində tənzimləmə aparmalı, bayram ərəfəsində bazar və ticarət mərkəzlərinin, mağazaların ərzaqla normal təminatına diqqəti artırmalıdır. Yeni ailə təsərrüfatlarının və yerli xammal əsasında fəaliyyət göstərən müəssisələrin yaradılmasına üstünlük verilməlidir.

Qeyd olunub ki, muxtar respublikada ətraf mühitin qorunması sahəsində ardıcıl tədbirlər görülür, yaşıllıqlar artırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerli icra hakimiyyətləri ilə birlikdə bu il də yeni yaşıllıq zolaqlarının və meyvə bağlarının salınması, eləcə də bərpa əkinləri üçün hazırlıqlar görməli, hava şəraitinə uyğun olaraq yaşıllaşdırma tədbirlərinə başlanılmalıdır. Yaşıllaşdırma tədbirlərində ting tələbatı yerli imkanlar hesabına ödənilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs bu sahədə tədbirlərə diqqəti artırmalı, tingçilik təsərrüfatlarında hazırlıqlara başlanılmalıdır. Yaz-tarla işlərinin düzgün təşkil olunması bol məhsul istehsalına təminat verir. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi muxtar respublikanın ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə əkin tələbatını müəyyənləşdirməli, mütərəqqi əkin metodlarına üstünlük verilməli, torpaq mülkiyyətçiləri mövsümi aqrotexniki qaydalar barədə məlumatlandırılmalıdır. Torpaq mülkiyyətçilərinin keyfiyyətli və məhsuldar toxumlarla təminatı da diqqətdə saxlanılmalı, toxum ehtiyatının həcmi təhlil olunmalı, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxs tərəfindən bu istiqamətdə müvafiq tədbirlər görülməli, xarici ölkələrdən gətirilən toxumların keyfiyyətinə diqqət yetirilməlidir.

Müşavirədə tapşırılıb ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti hidrotexniki qurğulara baxış keçirməli, anbarlarda su ehtiyatı yaradılmalı, kanal və arxlar, kollektor və drenaj şəbəkələri lildən təmizlənməli, yerli icra hakimiyyətləri ilə birlikdə suvarma mövsümünə hazırlıq görülməli, su bölgüsü və sudan qənaətlə istifadə diqqətdə saxlanılmalıdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikaya yeni texnikalar və ehtiyat hissələri gətirməli, bu zaman fermer və torpaq mülkiyyətçilərinin təklifləri nəzərə alınmalı, texniki xidmət işi düzgün təşkil olunmalıdır. Qarşıdan yaylaq mövsümünün gəlməsi baytarlıq təbabəti sahəsində işlərə bu gündən başlamağı zəruri edir. Dövlət Baytarlıq Xidməti epizootiya tədbirlərini davam etdirməli, profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılmalı, mövsümlə bağlı təsərrüfatlara baxış keçirilməli və zootexniki qaydalar izah olunmalı, baytarlıq məntəqələri və apteklər dərman preparatları ilə təmin olunmalıdır.

Ali Məclisin Sədri deyib: Xalqımız tarixən baharın gəlişini səliqə-sahman yaratmaqla qarşılamışdır. Təbiətə qayğı və torpağa bağlılıqdan qaynaqlanan bu adətlər hazırda muxtar respublikada yaşadılır. Mart ayında Naxçıvan şəhərində və rayonlarda iməciliklər keçirilməli, təmizlik-abadlıq işlərinə diqqət artırılmalı, bayram günlərində əhalinin asudə vaxtının səmərəli təşkili üçün şərait yaradılmalıdır. Həmçinin yerli icra hakimiyyətləri və bələdiyyələr qəbiristanlıqlarda təmizlik işlərinin aparılmasını, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi isə sakinlər tərəfindən bayramqabağı ziyarətlərin və mərasimlərin dini dəyərlərimizə uyğun təşkilini diqqətdə saxlamalıdır. Novruz bayramı hər il muxtar respublikada geniş qeyd olunur, mədəni-kütləvi tədbirlər keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Mədəniyyət Nazirliyi Novruz bayramının keçirilməsi ilə bağlı tədbirlər planı hazırlamalı, Naxçıvan şəhəri və rayon mərkəzləri Novruz bayramına uyğun bəzədilməli, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində və rayon mərkəzlərində ictimai iaşə xidməti və xalq gəzintiləri, eləcə də musiqi kollektivlərinin çıxışları təşkil olunmalıdır. Bir sıra mədəniyyət müəssisələri, xüsusilə də teatrlar və muzeylər bayram günlərində işləməli, tamaşalar nümayiş olunarkən sanitar-epidemioloji qaydalara əməl edilməlidir. Turizm Departamenti bayram tədbirlərinin yeri və vaxtı barədə məlumatlar hazırlayaraq internet saytında və sosial şəbəkələrdə yerləşdirməli, yerli və xarici tur-operatorlar məlumatlandırılmalı, turizm müəssisələri ilə qarşılıqlı fəaliyyət təmin edilməlidir.

Qeyd olunub ki, muxtar respublikanın kommunal xidmət müəssisələri bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərməli, xüsusilə əhalinin daha çox cəmləşdiyi yerlərdə təmizlik işlərinə diqqət artırılmalıdır. Muxtar respublikada dezinfeksiya tədbirlərində iştirak edənlər 1 aylıq əməkhaqqı məbləğində mükafatlandırılmalı, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bununla bağlı məsələləri həll etməlidir. Həyata keçirilən tədbirlər kütləvi informasiya vasitələrində işıqlandırılmalı, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti verilən tapşırıqların icrası barədə Ali Məclisə məlumat verməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar