Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasının Soyuq döyüş bölgəsində müasir əsgəri yaşayış kompleksi istifadəyə verilib

Naxçıvan, 5 noyabr, AZƏRTAC

Xalqın əmin-amanlıqda yaşaması, torpaqların etibarlı müdafiə olunması üçün güclü ordunun olması vacib şərtdir. Bu gün müstəqil Azərbaycanın peşəkar hərbiçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu var. Silahlı Qüvvələrimizin maddi-texniki təminatı ilbəil təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır. Dövlətin diqqət və qayğısını daim öz üzərində hiss edən əsgər və zabitlər sərhədlərimizin keşiyində ayıq-sayıq dayanırlar.

Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Təmas xətti boyu mövqelərini gücləndirən Əlahiddə Ümumqoşun Ordunun ucqar və çətin dağlıq şəraitində yerləşən hissə və bölmələrində möhkəm müdafiə potensialı yaradılıb. Uca dağ silsilələrinin əhatəsində yerləşən Soyuq bölgəsi də muxtar respublikanın əsas müdafiə istehkamına və alınmaz qalasına çevrilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 5-də Soyuq bölgəsində yerləşən hərbi hissə üçün yeni əsgəri yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsinə gəlib, əsgəri yaşayış kompleksinin açılışında iştirak edib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri əsgərləri salamlayıb.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, bu gün Naxçıvanın etibarlı və dayanıqlı müdafiəsi üçün bütün zəruri tədbirlər görülür. Sərhədlərimizin toxunulmazlığını, torpaqlarımızın müdafiəsini təşkil edən qoşun birləşmələri müasir silah və texnikalarla təchiz edilib. Bu gün artıq Əlahiddə Ümumqoşun Ordu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından düşmənə göz dağıdır. Muxtar respublika ərazisindəki digər hərbi obyektlər kimi ucqar dağ silsiləsində yerləşən Soyuq bölgəsində də əsgər və zabitlərin məişət şəraiti yaxşılaşdırılıb. Çətin dağlıq şəraitində müasir əsgəri yaşayış kompleksinin istifadəyə verilməsi xalq-ordu birliyinin, əsgər və zabitlərə göstərilən qayğının daha bir ifadəsidir. Kərəm Mustafayev yaradılan şəraitə görə şəxsi heyət adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Soyuq bölgəsində əsgəri yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək deyib: Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir. Ordu quruculuğu sahəsində görülən işlər isə bu tədbirlər sırasında mühüm yer tutur. Çünki güclü və qüdrətli ordu ölkəmizin gələcəyinə xidmət edir. Bu gün dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən Soyuq bölgəsində xidmət keçən əsgər və zabitlərimiz vətən torpağımızı, sərhədlərimizi etibarlı qoruyurlar. Ona görə ki, sərhədlərin etibarlı müdafiəsi vətənin qorunması, sərhəddə sabitlik ölkədə sabitlik deməkdir. Sabitlik isə hər bir ölkədə inkişafın əsasını təşkil edir.

Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu müstəqil ordu quruculuğu strategiyası bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Nəticədə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Hər il yeni əsgəri yaşayış kompleksləri istifadəyə verilir, silahlı qüvvələrimiz ən müasir silah-sursatla təmin olunur, Azərbaycan ordusunun döyüş qabiliyyəti artırılır. Bu gün ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər dövlət müstəqilliyimizin qorunması ilə yanaşı, həm də işğal altındakı torpaqlarımızın azad edilməsinə xidmət edir. Artıq muxtar respublikada yerləşən ordu, hərbi hissə və birləşmələr sərhədlərimizi etibarlı qorumaqla yanaşı, həm də işğal altındakı torpaqlarımızı azad etməyə qadirdilər.

Qeyd olunub ki, muxtar respublikada ordu quruculuğu uzun yol keçib. Ümummilli liderimiz Heydər Əliyev 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı qərar qəbul etmiş, mövcud hərbi dəstə və hissələrə vahid rəhbərliyi həyata keçirən Müdafiə Komitəsi yaradılmışdı. 1992-ci ildə isə muxtar respublika ərazisində əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib. Sonra briqada inkişaf edərək ordu korpusuna çevrilib və bunun da əsasında bölgədə güclü ordu olan Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Bu gün qarşı tərəf də bilir ki, Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin əsgər və zabitlər qarşısında mühüm vəzifələr qoyduğunu bildirən Ali Məclisin Sədri deyib: Göstərilən bu qayğı və diqqət əsgər və zabitlərin üzərinə mühüm vəzifələr qoyur. Şəxsi heyət xidməti nümunəvi təşkil etməli, müasir silah və texnikalardan istifadə qaydalarını öyrənməli, nizam-intizama əməl olunmalı, əsgər və zabitlərin döyüş qabiliyyəti daim artırılmalıdır.

Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, xidməti fəaliyyətlərində fərqləndiklərinə görə şəxsi heyətə təşəkkür elan edib.

Hərbi hissənin zabiti Çingiz Hüseynov minnətdarlıq edərək deyib ki, muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər istər hakim yüksəkliklərdə, istərsə də daimi yaşayış məntəqələrinə yaxın ərazilərdə eyni səviyyədə aparılır. Müasir yaşayış və xidmət şəraiti hər bir əsgər və zabitin döyüş ruhunu daha da artırır. Bu gün düşmənlə üzbəüz, ucqar dağlıq şəraitdə müasir şəraitin yaradılması bunu bir daha təsdiq edir. Şəxsi heyət bu qayğıdan daha da ruhlanır. Torpaqlarımız ayıq-sayıq müdafiə olunur.

Əsgər Əli Razimoğlu deyib ki, müstəqil Azərbaycan ordusunda xidmət etmək şərəfdir. Çünki ölkəmiz günü-gündən inkişaf etdikcə ordumuz da qüdrətlənir. Bu gün Soyuq bölgəsinin timsalında hissə və birləşmələrdə yaradılan müasir xidmət və məişət şəraiti əsgərlərin döyüş ruhunu və əzmkarlığını artırır. Digər tərəfdən müasir texnika və silahlarla təminat qüdrətli Azərbaycan ordusunda xidmət keçən hər bir əsgərdə yüksək döyüş ruhu yaradır. Bu gün ərazi bütövlüyümüzü təmin etmək, işğal altında olan torpaqlarımızı azad etmək biz gənclərin öhdəsinə düşür. Ona görə də müasir silah və texnikanı dərindən mənimsəyir, döyüş hazırlığımızı yüksəldirik. Mövqelərimizdə daim ayıq-sayıq dayanmışıq.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, əsgəri yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, binada əsgər və zabitlər üçün yataq otaqları, məişət və ideoloji otaqlar, tibb otağı, mətbəx, yeməkxana, eləcə də komandir heyəti üçün xidməti otaqlar var. Yataqxanada əsgərlər üçün müasir sosial-məişət şəraiti yaradılıb. Yataq otaqları keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla təchiz olunub. Hərbi hissənin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan bina telefon, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Burada əsgərlərin asudə vaxtlarının təşkili üçün də hər cür şərait vardır. İdeoloji otaqda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərdən bəhs edən məlumatların, o cümlədən hərbi nizamnamənin tələblərinin yazıldığı stendlər asılıb, qəzet və jurnallar, hərbi və bədii ədəbiyyatlar qoyulub.

Binanın foyesində foto-guşə və divar qəzeti hazırlanıb, televizor qoyulub. Hərbi hissənin anbarlarında kifayət qədər ərzaq və geyim ehtiyatı vardır. Binanın ətrafı da abadlaşdırılıb, su və elektrik xətləri çəkilib.

Ali Məclisin Sədri şəxsi heyətlə nahar edib, onlarla xatirə şəkli çəkdirib.

Hərbi hissənin əhatə etdiyi postlarda olan Ali Məclisin Sədri əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb.

Əsgərləri salamlayan Ali Məclisin Sədri deyib: Çətin dağlıq şəraitində yerləşən Soyuq bölgəsi muxtar respublikanın əsas müdafiə istehkamlarından biridir. Hələ 1918-1920-ci illərdə bu ərazilərdə torpaqlarımızın müdafiəsi təşkil olunmuş, könüllülərdən ibarət dəstələr postlar yaradaraq sərhədlərimizi qorumuşlar. Ötən əsrin 90-cı illərindən sonra isə burada müstəqil ölkəmizin əsgər və zabitlərinin xidməti təşkil olunmuşdur. Lakin o zaman bugünkü şərait yox idi. Əsgərlər öz xidməti fəaliyyətlərini çətin şəraitdə həyata keçirirdilər. Bu gün isə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Soyuq bölgəsində də nümunəvi xidmət şəraitinin yaradılmasına imkan vermişdir. Bu işlər gələcəkdə də davam etdiriləcəkdir. Çünki hərbi xidmətin düzgün təşkili əsgər və zabitlər üçün yaradılan rahat şəraitdən başlayır. Bu sahədə həyata keçirilən tədbirlər sırasında xalq-ordu birliyi mühüm yer tutur. Muxtar respublika sakinləri əsgərlərlə həmrəylik nümayiş etdirir. Bütün bunlar da şəxsi heyət qarşısında mühüm vəzifələr qoyur. Əsgər və zabitlər dostluq və birlik şəraitində xidmət etməli, torpaqlarımız etibarlı müdafiə olunmalıdır.

Əsgərlərdən İlkin Musayev, Nahid Məmmədov, Turan Yusifli, Toğrul Məmmədov, Mühit Əliyev və Babək Fətullazadə minnətdarlıq edərək deyiblər ki, Soyuq dağlarının uca zirvəsində vətənimizin müdafiəsində dayanmaq ikiqat qürur və şərəfdir. Azərbaycan əsgərinə göstərilən qayğını, əsgər adına verilən yüksək qiyməti bu gün Soyuq bölgəsinin timsalında görmək mümkündür. Yüksək dağlıq şəraitində xidmət etsək də, heç bir çətinlik çəkmirik. Burada şəxsi heyət üçün hər cür şərait yaradılıb. Hər il Ali Məclis Sədrinin Soyuq bölgəsinə gələrək əsgər və zabitlərlə görüşməsi şəxsi heyətin böyük sevincinə səbəb olur. Bu görüşlər çətin iqlim və relyef şəraitində xidmət edən əsgərlərdə mübarizlik, qəhrəmanlıq hisslərini alovlandırır, şəxsi heyət arasındakı birlik və bərabərliyi daha da möhkəmləndirir. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğını minnətdarlıq hissi ilə qarşılayır, etimadı doğrultmağı ən yüksək amalımız kimi qəbul edir, hər bir döyüş əmrinə hazır olduğumuzu bildiririk.

Sonra Ali Məclisin Sədri müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti ilə tanış olub. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib.

Bildirilib ki, hakim yüksəkliklərdə mühəndis təminatının məqsədyönlü şəkildə təşkil olunması silahlı qüvvələrə müdafiə və hücum əməliyyatları zamanı hərbi üstünlük qazandırır. Buna görə də muxtar respublikanın bu cür dağlıq ərazilərində sərhədlərin müdafiəsinin təşkilinə xüsusi diqqət yetirilir. Ərazidə müşahidə məntəqələri yaradılıb, postlarda müasir silah və müdafiə qurğuları yerləşdirilib. Müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş imkanı vardır. Bu da xidmətin qarşılıqlı əlaqə zəminində təşkili baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, təmas xəttində şəxsi heyətin döyüş hazırlığını daim yüksək səviyyədə saxlamaq vacib şərtdir. Xüsusilə dağlıq ərazilərin təbiətini və relyef xüsusiyyətlərini bilmək döyüş tapşırıqlarının icrasını dəqiq yerinə yetirməyə kömək edir. Təlimlər zamanı silahların təyinatı, onların taktiki-texniki xassələri və onlardan istifadə qaydaları ilə yanaşı, mürəkkəb dağlıq şəraitdə döyüş əməliyyatlarını düzgün aparmaq üçün lazımi təlimatlar da verilir. Bunun üçün əsgərlərə, ilk növbədə, yüksək dözümlülük, iqlim xüsusiyyətlərini bilmək və ona uyğunlaşmaq, təhlükəsizlik qaydalarına əməl etmək kimi mühüm amillər öyrədilir.

Ali Məclisin Sədri Soyuq döyüş bölgəsində müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, ərazidə müdafiə mövqeyinin möhkəmləndirilməsi və şəxsi heyətin xidməti döyüş fəaliyyətinin yüksəldilməsi barədə tapşırıqlar verib.

Gətirilmiş müxtəlif ərzaq məhsulları, yun corab və şərflər anbarlara təhvil verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...