Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib

Naxçıvan, 7 aprel, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ölkəmizin “Gənclər paytaxtı” Naxçıvan şəhərində yeni yaşayış kompleksi - “Gənclər şəhərciyi” inşa olunub.

Aprelin 7-də Naxçıvan şəhərinin Əziz Əliyev prospektində “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Hər il yeni yaşayış binaları inşa olunur, mövcud binalar yenidən qurularaq istifadəyə verilir. Həyata keçirilən tədbirlər ailələrin kommunal-məişət şəraitini daha da yaxşılaşdırır, sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı da yaradılmış şəraitdən bəhrələnərək öz layihələri ilə muxtar respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Belə layihələrdən biri də bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksidir. Sahibkarlığa Kömək Fondundan layihənin icrasına 3 milyon manat kredit ayrılıb. Sahibkarlar üçün yaradılan şərait və göstərilən qayğı bu layihənin də uğurla icra olunmasına imkan verdi. Vüqar Abbasov yaradılan şəraitə görə “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının kollektivi adından minnətdarlıq edib.

“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Yalçın Vəliyev bildirib ki, muxtar respublikada gənc və aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasında, əhalinin uzunmüddətli kreditlər vasitəsilə yaşayış sahəsi ilə təmin olunmasında “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti də mühüm rol oynayır. Bugünədək dövlət qulluqçuları, hərbçilər, müəllimlər, həkimlər, polislər və digər sahələrdə işləyən muxtar respublika sakinləri maliyyələşdirilmiş ipoteka kreditlərindən istifadə edərək mənzil sahibi olublar. Ötən dövrdə fondun vəsaiti hesabına əhaliyə, ümumilikdə, 3 milyon 501 min 404 manat məbləğində ipoteka krediti verilib. Bu vəsaitin 1 milyon 98 min 173 manatı və ya 31,4 faizi güzəştli, 2 milyon 403 min 231 manatı və ya 68,6 faizi isə adi ipoteka kreditlərinin payına düşür. Bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış komleksində mənzil almaq istəyən gənc ailələlər də ipoteka kreditləşməsi ilə bağlı yaradılan imkanlardan faydalanıblar. Belə ki, 98 ailə ipoteka kreditindən istifadə edərək “Gənclər şəhərciyi”ndə mənzil sahibi olub. Bu ailələrdən 26-sı güzəştli, 72-si adi ipoteka krediti götürüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2014-cü ildə təməli qoyulan “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün hərtərəfli şərait yaradılmışdır. Sahibkarlar da yaradılan şəraitdən istifadə edərək ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu gün istifadəyə verilən “Gənclər şəhərciyi” yaşayış kompleksi də bu sahədə görülən işlərin nümunəsidir.

Ali Məclisin Sədri deyib: “Gənclər şəhərciyi” yaşayış kompleksinin təməlinin qoyulması və ilkin kreditin ayrılması dövlət sifarişi əsasında həyata keçirildi. Dövlət tərəfindən yeni yaşayış kompleksinin tikilməsi ilə bağlı təklif hazırlanaraq sahibkarlara təqdim edildi. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı təklifləri qəbul edərək yeni yaşayış kompleksinin tikintisini həyata keçirdi. “Gənclər şəhərciyi” yaşayış kompleksində müasir yaşayış standartlarına cavab verən binalar tikilmiş, xidmət və istirahət sahələri yaradılmışdır. Yeni yaşayış kompleksi həm təhsil müəssisələrinə, həm də ticarət mərkəzinə yaxın ərazidə yerləşir. Vaxtilə yaşayış kompleksinin yerləşdiyi sahə Naxçıvan şəhərinin ən yararsız ərazilərindən biri idi. Lakin insan əməyi, insan zəhməti və göstərilən qayğı bu ərazini Naxçıvan şəhərinin ən abad yaşayış məntəqəsinə çevirdi.

Ali Məclisin Sədri bu işdə əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirib.

Qeyd olunub ki, “Gənclər şəhərciyi” yaşayış kompleksinin inşası dövlət və sahibkarların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Komplesk tikilərkən dövlət tərəfindən ilkin kredit verildi. Qalan vəsait isə şirkətin gəlirləri hesabına ödənildi. Yaşayış kompleksində gənclərin mənzillə təmin olunması üçün dövlətimiz tərəfindən güzəştli ipoteka kreditləri verilir. Bu da dövlətimizin gənclərə və sahibkarlara göstərdiyi qayğının daha bir ifadəsidir. Çünki kompleksdəki mənzillər tam satıldıqdan sonra sahibkar yeni obyektlərin və yaşayış binalarının tikintisinə başlayacaq, yeni iş yerləri açılacaqdır. Bütün bunlar isə ümumilikdə, ölkəmizin inkişafına xidmət edir.

Ali Məclisin Sədri deyib: O ölkə inkişaf edir ki, orada dövlət-xalq birliyi vardır. Bu gün Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi də dövlət-xalq-sahibkar birliyinin nəticəsidir. Eyni zamanda, yeni yaşayış kompleksi ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətinin bəhrəsidir. İnsan həyatında ən vacib məsələlərdən biri onun mənzil sahibi olmasıdır. Yaşayış kompleksində gələcəyimiz olan gənclərin mənzillə təmin olunması onların rahat yaşayışını təmin edəcəkdir. Çünki rahat yaşayış şəraiti rahat həyat deməkdir. Dövlətimiz tərəfindən gənclərin mənzil şəraitin yaxşılaşdırılması və işlə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin verilməsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Ali Məclisin Sədri “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kreditləri hesabına mənzil alan sakinlərə açarları təqdim edib, onlara rahat və firəvan həyat aruzlayıb.

Mənzillə təmin olunan Afin Məmmədov və Səməd Həsənov göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər. Səməd Həsənov deyib: Muxtar respublikada gənclərin mənzillə təmin olunması diqqət mərkəzindədir. Yeni yaşayış kompleksindəki mənzillər güzəştli ipoteka yolu ilə gənc ailələrə verilir. Artıq muxtar respublikamızda gənclər mənzil sahibinə çevriliblər. Bu da insan amilinə verilən qiymətin daha bir ifadəsidir. “Gənclər şəhərciyi” yaşayış kompleksində mənzil sahibi olan bütün ailələr adından göstərilən qayğıya görə minnətdarlıq edirik.

Ali Məclisin Sədri “Gənclər şəhərciyi” yaşayış kompleksinin açılışını bildirən lenti kəsib.

Bildirilib ki, ümumi sahəsi 22 min 860 kvadratmetr olan şəhərcikdə 2 doqquz mərtəbəli, 2 on bir mərtəbəli və 2 on üç mərtəbəli olmaqla, 6 bina inşa olunub. Binalarda sahəsi 57-59 kvadratmetr olan 24 birotaqlı, sahəsi 62-77 kvadratmetr olan 216 ikiotaqlı, sahəsi 86-104 kvadratmetr olan 192 üçotaqlı və sahəsi 120-142 kvadratmetr olan 24 dördotaqlı mənzil olmaqla, ümumilikdə, 456 mənzil var. Mənzillərdən 2-si şəhid ailələrinə verilib, 98-i isə ipoteka krediti ilə satılıb.

Şəhərciyin ərazisində 315 yerlik yeraltı avtomobil dayanacağı inşa olunub. Hər binanın girişində 1 sərnişin və 1 yük lifti, yanğından mühafizə üçün mərkəzi havalandırma sistemi, həmçinin avtomobil dayanacağına giriş üçün 3 köməkçi lift quraşdırılıb. Yanğından mühafizə üçün 200 kubmetrlik, tələbatı ödəmək üçün 520 kubmetrlik iki su anbarı tikilib. Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulub. Kompleksə fiber-optik şəbəkə çəkilib, ərazidə təhlükəsizliyi təmin etmək üçün mərkəzi kamera sistemi quraşdırılıb.

Şəhərcikdə 2500 kilovoltamper gücündə transformator, 250 kilovoltamper gücündə generator quraşdırılıb. 6 min kvadratmetr ərazidə abadlıq işləri aparılaraq müasir işıqlandırma və suvarma sistemi qurulub, həyətdə mini basketbol meydançası, şahmat taxtası və uşaq əyləncə parkı yaradılıb. Şəhərciyi “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yerüstü keçid tikilib.

Ali Məclisin Sədri “Gənclər şəhərciyi” yaşayış kompleksindəki ticarət və xidmət sahələrinə baxıb.

Məlumat verilib ki, kompleksdə 54 ticarət və xidmət sahəsi fəaliyyət göstərir. “Banu” ərzaq mağazasında əsasən muxtar respublikada istehsal olunan məhsullar, o cümlədən xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan gündəlik tələbat malları satışa çıxarılır. Burada çörək və şirniyyat sexi də fəaliyyət göstərir. “Meynəli” şərab mağazasında isə muxtar respublikada istehsal olunan spirtli içkilər və dünyanın 20-ə yaxın ölkəsində istehsal olunan 650 çeşiddə məhsul alıcılara təklif olunur. “Simit sarayı” iaşə obyektində isə insanların rahatlığı tam nəzərə alınıb. Yaşayış kompleksində 21 yeni iş yeri yaradılıb.

Komplekslə tanışlıqdan sonra Ali Məclisin Sədri burada yaşayan sakinlərlə görüşüb. Ali Məclisin Sədri deyib: Ailənin mənzil rahatlığı həmin ailənin möhkəmliyini də təmin edir. Ölkəmizdə ailələrin rahat yaşayışının və möhkəmliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Müasir yaşayış və xidmət şəraiti olan kompleksdə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması da həmin ailələrin möhkəmliyini təmin edəcəkdir. “Gənclər şəhərciyi” ən müasir yaşayış standartlarına cavab verir. Burada sakinlərin həm rahat yaşayışı, həm də istirahətləri təmin olunub.

Ali Məclisin Sədri kompleksdə yaşayan ailələrə və buranın gələcək sakinlərinə rahat həyat arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib VİDEO

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO