Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə tədbir keçirilmişdir

Naxçıvan, 17 iyun (AZƏRTAC). İyunun 17-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin yaradılmasının 10 illiyi və kursantların 2014-cü il buraxılışı münasibəti ilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önünə gül qoymuş, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmişlər.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir.

Ali Məclisin Sədri kursantları salamlamışdır.

Şəxsi heyət orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət Himnini ifa etmişdir.

Liseyin rəisi, polkovnik Elman Orucov çıxış edərək demişdir ki, Heydər Əliyev adına Hərbi Lisey Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ixtisaslı və peşəkar kadr təminatı istiqamətində fəaliyyətini uğurla davam etdirir. Hərbi Lisey göstərilən dövlət qayğısı sayəsində qısa zaman kəsiyində böyük inkişaf yolu keçmiş, kursantların yaşayışı, təhsili, sağlamlığı, fiziki tərbiyəsi üçün hərtərəfli şərait yaradılmışdır. Hərbi təhsil müəssisəsində tədrisin keyfiyyətini daha da artırmaq, kursantları mənəvi-psixoloji cəhətdən hazırlıqlı yetişdirmək üçün ardıcıl tədbirlər görülür.

Qeyd olunmuşdur ki, bu gün məqsəd təkcə fiziki cəhətdən sağlam, savadlı, yetkin gənclər deyil, həm də Vətənə, dövlətə, milli dəyərlərə, ən əsası isə ümummilli lider Heydər Əliyevin ideyalarına və Ali Baş Komandana sədaqətli gənclər yetişdirməkdir. Hərbi Liseydə kursantlarla aparılan iş də Ümummilli Liderimizin irsini, onun ideyalarını dərindən öyrənmək və gələcək xidmətdə tətbiq etmək prinsipi üzərində qurulmuşdur. Hərbi Liseyin rəisi təhsil ocağının maddi-texniki bazasının mütəmadi olaraq gücləndirilməsinə, kursantların təhsilinə və hazırlanmasına göstərdiyi qayğıya və buraxılış mərasimindəki iştirakına görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Çıxış edən valideyn Nadir İsmayılov demişdir ki, kursantların peşəkar hərbçi kimi yetişməsi, Milli Ordumuzda ləyaqətlə xidmət etməsi valideynlərin ən böyük arzusudur. Bu gün hərbi liseydə vətənpərvər, ölkəsinə və xalqına layiqli övladlar yetişdirilir. İstər yaradılan təhsil şəraiti, istərsə də kursantların yaşayışı və fiziki hazırlıqlarının yüksək səviyyədə təşkili bunu deməyə əsas verir ki, qədim Azərbaycan torpağı olan Naxçıvan bu gün bütün sahələrdə olduğu kimi, hərbi kadrların hazırlanmasına da öz töhfəsini verir.

Kursant Əmrah Məmmədov çıxış edərək demişdir: Qarşımızda peşəkar zabit kimi yetişmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq kimi şərəfli vəzifələr durur. Bu gün müstəqil dövlətimizin təminatçısı olan qüdrətli ordumuz vardır. Bu ordu sıralarında zabit kimi xidmət etmək ən böyük arzumuzdur. Gələcək təhsil illərində səylə çalışacaq, hərbi biliklərə dərindən yiyələnəcək, liseyimizin məzunu adını şərəflə doğruldacağıq.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun təbrik məktubunu oxumuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 14-cü buraxılışının əlamətdar dövrdə - hərbi liseyin yaradılmasının 10-cu ildönümündə keçirildiyini bildirmiş, Ulu Öndərin adını daşıyan təhsil müəssisəsinin 10-cu ildönümü və hərbi liseyin 14-cü buraxılışı münasibəti ilə bütün kursant, zabit və müəllim heyətini, tədbir iştirakçılarını təbrik edərək demişdir: Müstəqil Azərbaycanda ordu quruculuğu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedir. Bu yol Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsi yoludur. Onun ən mühüm istiqamətlərindən birini isə milli hərbi kadrların hazırlanması təşkil edir.

Ali Məclisin Sədri demişdir: Ölkəmiz müstəqillik əldə etdikdən və Ümummilli Liderimizin ali hakimiyyətə qayıdışından sonra ordu quruculuğu daha geniş vüsət almış, maddi-texniki bazanın gücləndirilməsi ilə yanaşı, hərbi kadrların hazırlanmasına da üstün istiqamət verilmişdir. Naxçıvanlı gənclərin hərbi təhsil almalarının zəruriliyindən danışan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycan dövlət müstəqilliyini ilbəil möhkəmləndirərək, eyni zamanda, ordusunun zabit heyətini peşəkar kadrlarla təmin etməyə çalışır. Bu baxımdan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialının yaradılması məsələsi meydana çıxdı. Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır. Bu çətinliklər Naxçıvan Muxtar Respublikasında əlavə tədbirlər görməyimizi tələb edirdi. Bütün bunları nəzərə alaraq, biz burada Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialını yaratdıq. İnanıram ki, Naxçıvan Filialı qısa bir zamanda burada yeni bir hərbi liseyin yaranması üçün əsas qoyubdur”.

Gələcəyə böyük ümidlərlə söylənən bu fikirlər reallığa çevrilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə 1998-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan Filialının bazasında Heydər Əliyev adına Hərbi Lisey yaradılmışdır. Dövlətimizin başçısının diqqət və qayğısı ilə Hərbi Lisey qısa zamanda böyük inkişaf yolu keçmişdir. Burada nümunəvi hərbi tədris şəhərciyi təşəkkül tapmış, kursantların yaşayışı, təhsili, sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülmüşdür. Heydər Əliyev adına Hərbi Lisey ötən dövrlər ərzində tədris və tərbiyə sahəsində mühüm nailiyyətlər əldə etmişdir. Filial kimi 56 kursantla fəaliyyətə başlayan liseydə bu gün 656 kursant təhsil alır. Ötən dövrlərdə hərbi liseyin məzunlarından 1857-si ali hərbi məktəblərə qəbul olunmuşdur. Müdavimlərdən min nəfərə yaxını isə hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmətlərini davam etdirirlər.

Ali Məclisin Sədri demişdir: Biz bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına baxarkən, bu məktəbin məzunlarının hərbi xidmətdəki fəaliyyətlərini izləyərkən möhkəm iradəyə malik vətənpərvər gəncliyi görür, istər-istəməz doğma Azərbaycanımızın gələcəyini düşünür və bununla iftixar hissi keçiririk. Heydər Əliyev adına Hərbi Liseyin kursantı olmaq böyük məsuliyyət və şərəf işidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev adına Hərbi Liseydə oxumaq böyük şərəfdir və böyük məsuliyyətdir. Bu Liseydə təhsil alan gənclər gələcəkdə bizim ordumuzda xidmət edəcəklər. Azərbaycanın müstəqilliyinin keşiyində duracaqlar”.

“Azərbaycanın müstəqilliyi xalqımızın sahib olduğu ən böyük milli dəyərdir. Bu dəyəri qorumaq hər birimizin müqəddəs borcudur”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki, dövlətçiliyə sədaqət, dövlət müstəqilliyinin qorunması doğma Azərbaycanımızın bu günü və gələcəyi, bütövlüyü və suverenliyi üçün vacib şərtdir. Böyük dövlət xadimi Heydər Əliyev deyirdi: “Bizim hamımızın bir Vətəni var - bu, Azərbaycandır. Hamımız bir torpaqda yaşayırıq - bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir”.

Ali Məclisin Sədri bir daha kursantları təbrik etmiş, gələcək təhsildə və xidmətdə onlara uğurlar arzulamışdır.

Sonra Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Liseyin müəllimlərinə “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” fəxri adlarının döş nişanlarını və vəsiqələrini, “Rəşadətli əməyə görə” nişanını, eləcə də liseyin əlaçı kursantlarına attestatları və hərbi liseyə xatirə hədiyyəsini təqdim etmiş, zabit, müəllim və kursantları mükafatlandırmışdır.

Hərbi liseyin rəisi, polkovnik Elman Orucov Heydər Əliyev adına Hərbi Liseyin inkişafına göstərdiyi diqqət və qayğıya görə şəxsi heyət adından Ali Məclisin Sədrinə xatirə hədiyyəsi təqdim etmişdir.

Kursant Kəmaləddin Musayev təhsil ocağının rəmzi kötüyünə xatirə lövhəsi vurmuş, orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.

Ali Məclisin Sədri kursantlarla xatirə şəkli çəkdirmişdir.

Sonra Ali Məclisin Sədri hərbi liseydə tədrisin keyfiyyəti və xidmətin təşkili ilə maraqlanmış, kursantlarla birlikdə nahar etmişdir.

10 illiyini qeyd edən Heydər Əliyev adına Hərbi Liseyə yeni xidməti avtomobil hədiyyə olunmuşdur.  

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək