Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir

Naxçıvan, 31 may (AZƏRTAC). Mayın 31-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov teatrın foyesində uşaqların əl işlərindən və uşaq mövzusunda muxtar respublikada nəşr olunmuş kitablardan ibarət sərgiyə baxmışdır.

Bildirilmişdir ki, muxtar respublikada uşaqların istedadlarının üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrində milli dəyərlərimiz, qədim adət-ənənələrimiz, xalq sənəti nümunələrimiz yetişməkdə olan gənc nəslə ətraflı öyrədilir.

Sərgidə Naxçıvan Qızlar Liseyinin “Xalçaçılıq” və “Tikiş-toxuculuq” dərnəyinin üzvləri tərəfindən hazırlanmış toxuculuq nümunələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq mərkəzlərinin xüsusi istedada malik şagirdlərinin muxtar respublikanın tarixi abidələrini, dövlət atributlarını, təbiət mənzərələrini əks etdirən bədii tikmə və dekorativ tətbiqi sənət nümunələri, müxtəlif maketlər maraqla qarşılanmışdır. Uşaq ədəbiyyatını əks etdirən guşədə isə uşaqların intellektual inkişafına, onların dünyagörüşünün formalaşmasına xidmət edən və müxtəlif dövrlərdə çap olunan əsərlər, bu il nəşr olunan “Təmsillər”, “Poema və pyeslər”, “Şeir və hekayələr” kitabları nümayiş etdirilir.

Sərgi ilə tanışlıqdan sonra keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirakçıları 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edərək demişdir: Uşaqları qorumaq, onları müdafiə etmək hər bir dövlətin qarşısında duran əsas vəzifədir. O cəmiyyət öz sabahına ümidlə baxa bilər ki, gənc nəslin yetişməsi qayğısına qalsın, bununla bağlı vəzifələri yerinə yetirsin. Bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərimizin rəhbərliyi ilə Azərbaycanda tikilən məktəblər, məktəbdənkənar və məktəbəqədər tədris müəssisələri, kitabxanalar xalqımızın və ölkəmizin gələcəyinə hesablanmış tədbirlər idi. Müstəqillik dövründə isə Ümummilli Liderimizin rəhbərliyi ilə Azərbaycanda dövlət uşaq siyasətinin əsası qoyulmuş, uşaq hüquqlarının qorunması sahəsində zəngin qanunvericilik bazası yaradılmışdır.

Ali Məclisin Sədri demişdir: Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Uşaqların əqli inkişafı, onların cəmiyyətin layiqli üzvü kimi yetişməsi qarşıda duran əsas vəzifədir. 1995-ci ildən ötən dövr ərzində bu vəzifələrin icrası diqqətdə saxlanılmış, 197 məktəb binası, 18 uşaq bağçası, 40 idman obyekti tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərinin maddi-texniki bazası gücləndirilmiş, təhsil ocaqları müasir informasiya texnologiyaları ilə təmin olunmuş, elektron kitabxanalar yaradılmışdır. Hazırda muxtar respublikada Uşaq Kitabxanası, Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, şahmat və uşaq musiqi məktəbləri fəaliyyət göstərir. Muxtar respublikada məhdud fiziki imkanlı uşaqlar da hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası üçün lazımi şərait yaradılmış, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audio və elektron kitabxana istifadəyə verilmişdir. Bununla yanaşı, Uşaq Bərpa Mərkəzinin də fəaliyyəti gücləndirilmiş, uşaqların reabilitasiyası üçün bütün şərait yaradılmışdır.

“Uşaqlarla iş gündəlik fəaliyyət və peşəkarlıq tələb edir. Çalışmaq lazımdır ki, gələcəyimiz olan uşaqlar, ilk növbədə, xalqımıza xas milli dəyərlər ruhunda tərbiyə olunsunlar, təhsilli, vətənpərvər vətəndaşlar kimi yetişsinlər”, - deyən Ali Məclisin Sədri aidiyyatı orqanlara konkret tapşırıqlar verərək demişdir: Uşaq hüquqlarının qorunması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirici tədbirləri gücləndirməli, təbliğat işinin nəticəli olmasına çalışmalı, uşaqlar haqqında elektron məlumat bankının yaradılmasını başa çatdırmalıdır. Təhsil Nazirliyi ümumtəhsil məktəblərində uşaqların hərtərəfli təhsili ilə yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyəsinə də diqqəti artırmalı, şagirdlərdə milli dəyərlərimizə sahiblik hissi formalaşdırılmalıdır.

Qeyd olunmuşdur ki, uşaqların sağlamlığının qorunması ən ümdə vəzifələrdəndir. Səhiyyə Nazirliyi mütəmadi olaraq uşaqların tibbi yoxlamadan keçirilməsini təmin etməli, profilaktik tədbirlər görülməli, səhiyyə ocaqlarında uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yüksəldilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsini daim diqqət mərkəzində saxlamalı, onların cəmiyyətə inteqrasiyası, təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün aidiyyəti orqanlarla birlikdə tədbirlər görməlidir. Uşaqların məktəbdənkənar vaxtlarının, xüsusilə də yay tətili dövrünün səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlamalı, uşaqların bədən tərbiyəsi və idmanla, eləcə də şahmatla məşğul olmaları xüsusi nəzarət qaydasında həyata keçirilməlidir. Yazıçılar Birliyi uşaqların zehni inkişafına və onların vətənpərvərlik tərbiyəsinə xidmət edən yeni əsərlərin yazılmasına nail olmalı, uşaq ədəbiyyatının inkişafı sahəsində yaradılmış dönüş davamlı xarakter daşımalıdır.

Ali Məclisin Sədri qeyd etmişdir ki, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri Rəssamlar Birliyi ilə birlikdə məktəbdənkənar müəssisələrdəki və uşaq incəsənət məktəblərindəki rəsm dərnəklərinin fəaliyyətini gücləndirməli, istedadlı uşaqların əsərlərindən ibarət sərgilər təşkil edilməlidir. Mədəniyyət və Turizm Nazirliyi istedadlı uşaqların aşkara çıxarılması və onlarla işin təşkili üçün fəaliyyətini gücləndirməlidir. Kütləvi informasiya vasitələrində uşaqların əqli inkişafına xidmət edən teleradio verilişləri və qəzet materialları hazırlanmalı, televiziya, radio və qəzetlərdə ayrıca uşaq və gənclər redaksiyaları fəaliyyət göstərməlidir. Uşaqlara qayğı yalnız dövlət qurumlarının vəzifəsi olmamalıdır. Bu, hər bir vətəndaşı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir. Vətəndaş cəmiyyəti təsisatları, elmi tədqiqat institutları, müxtəlif ictimai təşkilatlar uşaq siyasətinin həyata keçirilməsində yaxından iştirak etməlidirlər.

Ali Məclisin Sədri bundan sonra da uşaq və gənclərin yaxşı təhsil alması və onların sağlam mənəvi mühitdə böyümələrinə səy göstərilməsinin vacibliyini bildirmiş, bu yolda əlaqədar təşkilatlara uğurlar arzulamış, çıxışını Ümummilli Liderimizin yetişməkdə olan gənc nəslə müraciəti ilə tamamlamışdır: “Əziz uşaqlar, Azərbaycanın gələcəyi sizinlə bağlıdır, sizin istedadınızla, gələcək fəaliyyətinizlə bağlıdır. Siz bizim sabahımızsınız, bizim gələcəyimizsiniz. Siz bizim hər birimizin, bütün Azərbaycan xalqının xoşbəxtliyisiniz”.

Tədbirin bədii hissəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsinin qalibləri Azərbaycana, Naxçıvana və Ulu Öndərə həsr olunmuş şeirlər oxumuşlar. Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzinin, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin vokal və rəqs qruplarının, Culfa Şəhər Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi, gənc istedad Xaliq Həsənovun ifaları, Naxçıvan şəhərindəki uşaq bağçalarının rəqs qruplarının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının vokal qrupunun və skripkaçalanlar ansamblının, Naxçıvan Şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin nağaraçalanlar ansamblının və xor kollektivinin, “Şərur qönçələri” yallı qrupunun çıxışları alqışlarla qarşılanmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur