Naxçıvanda birinci yarımildə 116 qida zəhərlənməsi qeydə alınıb
Naxçıvan, 16 iyul, AZƏRTAC
Cari ilin birinci yarısında Naxçıvanda, ümumilikdə, 116 qida zəhərlənməsi hadisəsi baş verib.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, zəhərlənmə hadisələrindən, ümumilikdə, 172 nəfər zərər çəkib. Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakı olub.
Qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:57]
Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO
- 30.09.2026 [17:28]