Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 17 faiz artıb
Naxçıvan, 22 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 110 yeni icarə müqaviləsi bağlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunlardan 79-u qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub, 134 icarə müqaviləsinin müddəti isə uzadılıb.
Yanvar-iyun ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 419 min manat vəsait ödənilib. Bu ilin ilk altı ayında dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
Müxbir - Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [22:54]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:41]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:26]