Naxçıvanda futbol festivalı təşkil olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
AFFA-nın təşkilatçılığı, Naxçıvan Futbol Federasiyası və “Araz Naxçıvan” klubunun dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində 11-14 yaşlı uşaqlar arasında festival xarakterli əyləncəli minifutbol turniri keçirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən və 2 yaş qrupu üzrə ümumilikdə 16 komandanın iştirak etdiyi turnirə 80-dən çox uşaq cəlb olunub.
Yekunda iştirak edən hər bir uşağa UEFA və AFFA tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Hədiyyələri iştirakçılara Kütləvi futbol departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Naxçıvan Futbol Federasiyasının prezidenti Vüqar Abbasov, vitse-prezident Sakit Rzayev və “Araz Naxçıvan” klubunun rəsmiləri birlikdə təqdim ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]