Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir

Şahbuz rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində

Şahbuz, 19 yanvar, AZƏRTAC

Əlverişli təbii-coğrafi şəraitə və turizm potensialına malik olan Şahbuz rayonu böyük inkişaf yolu keçib. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan kompleks quruculuq işləri Şahbuz rayonunu da əhatə edib. Bu gün istər Şahbuz şəhəri, istərsə də rayonun qəsəbə və kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, eləcə də turizm obyektlərinin, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Şahbuzda məskunlaşmanı daha da artırıb.

Şahbuz şəhərində yeni yaşayış binası
istifadəyə verilib, şəhid ailəsi mənzillə təmin olunub

Son illər muxtar respublikada istifadəyə verilən yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir. Muxtar respublikada şəhid ailələrinin mənzillə təmin olunması da daim diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 19-da Şahbuz şəhərində yeni yaşayış binası istifadəyə verilib, binada şəhid Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Şahbuz rayonunda istifadəyə verilən 40 mənzilli yaşayış binasında ilk mənzil şəhid ailəsinə verilir. 1992-ci ildə Sədərək rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunur. Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş 42 şəhid ailəsinə mənzil verilmiş, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Şəhidlər, qazilər olmadan Vətən torpağı qorunmaz, suverenlik, dövlət müstəqilliyi möhkəmləndirilə bilməz. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri daim qəhrəmanlıq göstərmişdir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İstər Vətən müharibəsində, istərsə də Birinci Qarabağ müharibəsində şəhid və qazilərimiz olmuşdur. Sabah isə 20 Yanvar faciəsinin ildönümüdür. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizin tezliklə sağalmasını, şəhid ailələrinə isə səbir diləyirəm.

Ali Məclisin sədri şəhid ailəsinə yeni mənzillərində rahat və firavan həyat arzulayıb, mənzilin orderini şəhidin anası Çəməngül Orucovaya təqdim edib.

Şəhid anası Çəməngül Orucova ailə üzvləri adından minnətdarlıq edərək deyib: Mənim oğlum Mehman Orucov Birinci Qarabağ müharibəsində Sədərəyin nankor ermənilərin hücumlarından müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Bir ana kimi qürur duyuram ki, övladım Vətən uğrunda həlak olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbə bütün şəhid anaları kimi, mənə də böyük təsəllidir. Çünki işğal altında olan torpaqlarımız azad edilməklə, həm də şəhid balalarımızın qisası alındı. Şəhid ailəsi kimi dövlətimizin qayğısını daim hiss etmişik. Bu gün bizə verilən mənzil isə həmin qayğının davamıdır. Dövlətimizin bu qayğısını bütün ailə üzvlərim böyük minnətdarlıqla qarşılayır.

Şəhid ailəsinə verilən mənzildə yaşayış üçün bütün şərait yaradılıb, təmir olunub, xalça hədiyyə edilib.

Sonra binaya baxış olub. Məlumat verilib ki, ümumi sahəsi 5 min 388 kvadratmetr olan binanın tikintisinə 2018-ci ilin avqust ayında başlanılıb. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan bina 40 mənzillidir. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. İkiotaqlı mənzillərin hər birinin ümumi sahəsi 63 və 64, üçotaqlı mənzillərin ümumi sahəsi isə 83 və 88 kvadratmetrdir. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. Həmçinin binada mərkəzləşdirilmiş antena sistemi quraşdırılıb.

Yaşayış binasının zirzəmisində yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, elektrik cihazlarının təmiri, ərzaq və təsərrüfat malları mağazaları vardır.

Binanın həyətində geniş abadlıq işləri aparılıb, yaşıllıq sahəsi salınıb.

Şahbuz Rayon Gigiyena və Epidemiologiya
Şöbəsi üçün müasir iş şəraiti yaradılıb

Əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması səhiyyə sisteminin əsasını təşkil edir. Muxtar respublikada bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını alıb. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da görülən işlərin nəticəsidir.

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək deyib: “Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər epidemioloji vəziyyətin sabitləşməsinə zəmin yaradıb, insanların sağlamlığı daim diqqətdə saxlanılıb. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsində muxtar respublikada yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınıb. Bu sahədə əsas iş Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin üzərinə düşür. Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən də bu sahədə işlər görülüb, parazitoloji və bakterioloji müayinələr aparılıb, uşaqlar vaksinasiyaya cəlb edilib. Bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır”. Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə Ali Məclisin sədrinə minnətdarlıq edib.

Ötən il Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin istifadəyə verilməsi zamanı Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının Epidemioloji Atlasının hazırlanması ilə bağlı tapşırıq verib. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva yeni nəşr olunmuş atlası Ali Məclisin sədrinə təqdim edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş otaqları istifadəyə verilir. Şahbuz rayonu 1930-cu ildə yaradılıb. Bu illər ərzində rayon böyük inkişaf yolu keçib, təşkilatlar formalaşıb. Rayonun ötən illərdə inkişafına töhfə verən təşkilatlardan biri də Gigiyena və Epidemiologiya Şöbəsidir. Şöbənin kollektivi tərəfindən rayonda epidemioloji vəziyyətə daim nəzarət olunur, əhali arasında maarifləndirici tədbirlər aparılır. Şahbuz rayonunda 1 şəhər, 1 qəsəbə və 22 kənd vardır. Rayonda 25 mindən çox əhali yaşayır. Əhalinin gigiyenik qaydalara əməl etməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, eyni zamanda, ərazidə epidemioloji vəziyyətə nəzarət üçün şöbənin iş şəraitinin müasirləşdirilməsinə ciddi ehtiyac vardı. Dünyada baş vermiş epidemioloji vəziyyət gigiyena və epidemiologiya sahəsinin nə qədər vacib olduğunu göstərdi. Bütün bunlar nəzərə alınaraq 2020-ci ildə muxtar respublikada bu sahədə struktur dəyişikliyi edilərək Naxçıvan Muxtar Respublikasında Gigiyena və Epidemiologiya Mərkəzi, rayonlarda isə şöbələri yaradıldı. Şahbuz rayonundakı şöbə 26 ştat vahidi ilə fəaliyyətə başladı.

Ali Məclisin sədri deyib: Dünyadakı epidemioloji vəziyyətlə bağlı olaraq bu gün gigiyena və epidemiologiya sahəsinin üzərinə mühüm vəzifələr düşür. Adından da göründüyü kimi, gigiyena və epidemiologiya sahəsi bütün dövrlərdə vacibdir. Ümum dünya Səhiyyə Təşkilatının tövsiyəsi də ondan ibarətdir ki, gigiyenik qaydalara əməl edilsin, təmizlik, sosial məsafə qorunsun, ərazilərin epidemioloji vəziyyətinə nəzarət olunması üçün dezinfeksiya işləri aparılsın və əhali daim maarifləndirilsin. Bu sahə daim diqqət mərkəzində olmalı, maddi-texniki bazası möhkəmləndirilməli, kadr potensialının təkmilləşdirilməsi nəzarətdə saxlanılmalı, maarifləndirici tədbirlər keçirilməlidir. Artıq muxtar respublikanın bir sıra rayonlarında Gigiyena və Epidemiologiya şöbələri müasir iş şəraiti ilə təmin olunmuşdur. Bu işlər cari ildə də davam etdiriləcəkdir. Gigiyena və epidemiologiya sahəsində vaxtında görülmüş işlərin nəticəsidir ki, muxtar respublikada epidemiya pandemiyaya çevrilmədi.

Ali Məclisin sədri kollektivə fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin həkim köməkçisi Mehriban İmanquliyeva rayonun səhiyyə işçiləri adından minnətdarlıq edərək deyib: Kollektivimiz əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi ki, bu da işin keyfiyyətinə təsir edirdi. Artıq bizim üçün müasir iş şəraiti yaradılıb. Bu, daha yaxşı işləməyimizə, əhalinin sağlamlığının və epidemioloji vəziyyətin qorunmasına təminat verir.

Gigiyena və Epidemiologiya Şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilib ki, şöbədə müdir, epidemioloq, sterilizasiya və dezinfektor otaqları, epidemioloji, bakterioloji, parazitaloji, ümumi sanitariya laboratoriyaları, bufet və anbar vardır. Şöbə nitratometr, dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, avtoklav, distilyator, sentrifuqa, analitik tərəzi, quruducu və soyuducu şkaflar, həmçinin köməkçi tibbi ləvazimatlarla təmin edilib. Ötən il Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən rayonda 1620 obyektdə 813 min kvadratmetr sahədə dezinfeksiya, 167 obyektdə 172 min kvadratmetr sahədə isə dezinseksiya işləri aparılıb.

Ali Məclisin sədri bölgədəki turistik ərazilərdə və yaylaqlarda dezinfeksiya işlərinin aparılması, su hövzələrindən nümunələrin götürülərək yoxlanılması, ailə təsərrüfatlarında istehsal olunan konservləşdirilmiş məhsullara nəzarət olunması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Fikrət Sadıxov: Azərbaycan öz gücünə arxalanaraq suverenliyini bərpa etdi VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır