Naxçıvanda İqtisadi artım üzrə Alt İşçi qrupun iclası keçirilib
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə Naxçıvan Muxtar Respublikası üzrə yaradılmış İqtisadi artım üzrə Alt İşçi qrupun iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Alt İşçi qrupun rəhbəri Kazım Hüseynəliyev çıxış edərək, sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə Naxçıvanda iqtisadi artımın təşviqi istiqamətində həyata keçiriləcək tədbirlərin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
İclas çərçivəsində 2027–2030-cu illərdə muxtar respublikada iqtisadi artım sahəsində həyata keçirilməsi planlaşdırılan tədbirlər, strateji fəaliyyət istiqamətləri, əsas prioritetlər və hədəflər müzakirə olunub.
İclas zamanı İşçi qrupun üzvləri tərəfindən sözügedən istiqamətlər üzrə təkliflər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb, müzakirələrin növbəti iclasda davam etdirilməsinə dair razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:23]
Culfada yeni Vəkil Bürosunun açılışı olub
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]